Icma.az
close
up
RU
Anarın hansı hekayəsi SSRİ də telefon hucumuna səbəb olmuşdu?

Anarın hansı hekayəsi SSRİ də telefon hucumuna səbəb olmuşdu?

Icma.az, Azpost saytına istinadən bildirir.

Anarın hansı hekayəsi SSRİ-də “telefon hucumuna” səbəb olmuşdu?

Nasir-dramaturq,  əməkdar incəsənət xadimi Firuz Mustafa  xalq yazıçısı Anarın ““Mən, sən, o və telefon” hekayəsinin SSRİ-də doğurduğu rezonans barədə maraqlı paylaşım edib. 

AzPost paylaşımı təqdim edir:

Bir filmin qəribə taleyi

Rusiyada 1969-cu ildə lentə alınmış “Hər axşam saat onbirdə” («Каждый вечер в одиннадцать») filmi Moskvada iki nazirliyi bir-biri ilə necə “düşmən etdi?

Xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” hekayəsinin motivləri əsasında iki film çəkilib (Rusiya və Türkiyədə), radiopyes hazırlanıb. Əsər bir çox dillərə tərcümə edilib.

İndiki halda Rusiyada 1969-cu ildə lentə alınmış “Hər axşam saat onbirdə” («Каждый вечер в одиннадцать») filmi ilə bağlı maraqlı bir hadisəni yada salmaq istəyirəm.

Əvvəla, onu deyim ki, həmin hekayəni məşhur rus dramaturqu və yazıçısı Edvard Radzinski ssenariləşdirmişdir. Filmin rejissoru Samson Samsonovdur. Baş rolun ifaçısı isə aktyor, RF-nın xalq artisti, şair və nəğməkar Mixail Nojkindir. Orasını da qeyd edim ki, Radzinski nədənsə (zənnimcə, yazıçının razılığı olmadan) filmdəki versiyada adları dəyişərək “ruslaşdırmışdır”.

Mənim danışmaq istədiyim əhvalat, filmin bir çox iştirakçılarının, əsasən də “baş qəhrəman”, daha doğrusu bu rolun ifaçısı Nojkinin xatirələri əsasında qələmə alınıb.

Hekayədə olduğu kimi, filmdə də subay qəhrəman öz dostlarının zarafatına əməl edərək telefonun sayğacını fırladır. Dostların şərti isə belə idi: “Əgər telefonda qadın cavab versə, sən onunla evlənməlisən…” Bildiyiniz kimi, telefonda məlahətli qadın səsi eşidilir… Həmin rolu RF-nin xalq artisti Marqarita Volodina (S.Samsonovun həyat yoldaşı) ifa edirdi. Məsələ burasındadır ki, tamaşaçıların maraqla qarşıladığı film tezliklə ekrandan həyata “addımlamağa” başladı. Belə ki, SSRİ-nin böyük şəhərlərində, xüsusən paytaxt Moskvada, demək olar ki, hər axşam saat onbirdə telefonlarda, ən çox da küçələrdəki telefon köşklərindən gələn zənglərin “tıxacı” yaranırdı. Bəs bunun səbəbi nə idi? Səbəb həm sadə, həm də mürəkkəb idi. Hər axşam saat onbirdə gənclər, təbii ki, ən çox da oğlanlar, ixtiyari nömrələrə zəng edir, dəstəkdə qadın və ya qız səsi eşidərkən haqqında danışdığımız filmin qəhrəmanı kimi hərəkət edir, “sarı simə” vuraraq gələcək tanışlıq üçün “nömrələr”, “bəhanələr” irəli sürürdülər.

Kimsə deyə bilər ki, burada qəribə nə var? Onsuz da həyatda filmlərin qəhrəmanlarına bənzəmək istəyən adamlar az olmayıb. Bəli, doğrudur… Amma bu “hadisədə” məsələ bir az başqa istiqamət alıb. Gecə (və ya axşam) saat 11-dən sonra telefonların uzun müddət məşğul olması əhalinin, o vaxtkı ibarə ilə desək “zəhmətkeşlərin” narazılığına səbəb olub. Az sonra SSRİ Rabitə Nazirliyinin ünvanına saysız-hesabsız “şikayət məktubları” gəlməyə başlayıb. Sovet adamları öz müraciətlərində bu maraqlı filmin axşamlar onların telefon danışıqlarına təsir göstərdiyini yazırdılar. Rabitə Nazirliyi yeganəxilas yolunu SSRİ Dövlət Kinematoqrafiya Komitəsinə şikayət məktubu göndərməkdə gördü…

Film isə bütün maneə və təzyiqlərə rəğmən öz “qəhrəmanları” kimi uzun illər öz “ömrünü” yaşamaqda oldu…

Yeri gəlmişkən onu da qeyd edək ki, melodram janrında çəkilmiş bu filmə 24 milyondan çox seyrçi tamaşa edib.

Firuz MUSTAFA

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Mart 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri