Anasını və qardaşını öldürüb qohumlarından pul yığdı
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Lent.az yerli mətbuata istinadən xəbər verir ki, şübhəli şəxs messencerlərdə öldürdüyü anasının adından onun tanışları ilə yazışaraq borc pul istəyib. O, bu yolla 109 min rubldan çox vəsait əldə edib.
İstintaq orqanının məlumatına əsasən, o, anasına məxsus telefonu istifadə edərək qadının adına mikrokreditlər rəsmiləşdirib və 247 min rublu öz hesablarına köçürüb.
Yaxınları vəziyyətdən şübhələnərək polisə müraciət etdikdən sonra hüquq-mühafizə orqanları cəsədləri aşkar edib. Gənc isə sonradan Perm vilayətində saxlanılıb. Psixoloji-psixiatrik ekspertiza onun anlaqsız vəziyyətdə olduğunu müəyyən edib. Buna görə cinayət işi məcburi müalicə tələbi ilə məhkəməyə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 28 May 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















