Arıqlama iynələrini dayandıranda nə olur?
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Arıqlamaq üçün istifadə olunan “Ozempic”, “Wegovy” və “Mounjaro” kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər.
“Qafqazinfo” xəbər verir ki, Oksford Universitetinin alimlərinin “The BMJ” jurnalında dərc olunan araşdırmasına əsasən, arıqlama dərmanlarının qəbulunu dayandıran insanlar ayda orta hesabla 0,4 kiloqram çəki alırlar.
37 elmi araşdırma və ümumilikdə 9341 nəfərin məlumatlarını əhatə edən təhlildə iştirakçıların dərman qəbulunu dayandırdıqdan sonra itirdikləri çəkini orta hesabla 1,5-2 il ərzində yenidən ala biləcəkləri proqnozlaşdırılıb.
“Semaqlutid” və “tirzepatid” kimi yeni nəsil preparatlardan istifadə edənlərdə isə çəkinin geri qayıtma sürəti ayda orta hesabla 0,8 kiloqram olub. Tədqiqatçılar bu şəxslərin müalicədən əvvəlki çəkilərinə təxminən 1,5 il ərzində qayıda biləcəklərini hesablayıblar.
Araşdırmada diqqətçəkən digər məqam isə arıqlama dərmanlarının dayandırılmasından sonra sağlamlıq göstəricilərində əldə olunan müsbət dəyişikliklərin də tədricən itirilməsidir. Belə ki, qan təzyiqi və xolesterin səviyyəsindəki yaxşılaşmanın orta hesabla 1,4 il ərzində əvvəlki vəziyyətə qayıda biləcəyi proqnozlaşdırılıb.
Mövzu ilə bağlı 2026-cı ilin oktyabrında “Metabolites” jurnalında dərc olunan sistematik icmalda da oxşar nəticələr əldə edilib.
İcmala daxil edilən klinik sınaqlardan birində semaqlutid qəbulunu dayandıran iştirakçılar 48 həftə ərzində itirdikləri çəkinin əhəmiyyətli hissəsini geri alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Noyabr 2026 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















