Icma.az
close
up
RU
Anastasiya Lavrina: 2023cü il Cənubi Qafqazın tarixində Azərbaycanın suverenliyinin bərpası ilə nəticələnən mühüm hadisə oldu AZƏRTAC

Anastasiya Lavrina: 2023cü il Cənubi Qafqazın tarixində Azərbaycanın suverenliyinin bərpası ilə nəticələnən mühüm hadisə oldu AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 dekabr, AZƏRTAC

2024-cü ildə Cənubi Qafqazda bir sıra amillərin, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması üzrə danışıqlar prosesinin inkişafı ilə əlaqədar mühüm geosiyasi dəyişikliklər baş verdi. Bu proses regional siyasətin mərkəzi elementinə çevrilib və onun əsas iştirakçıları təkcə Rusiya kimi ənənəvi güclər deyil, həm də yeni fəal oyunçular – Türkiyə, ABŞ və Avropa İttifaqıdır. Çoxdan gözlənilən sülh axtarışları fonunda bu dinamik dəyişikliklər tarixi gərginliyin tənzimlənməsi üçün yeni perspektivlər yaradır, eyni zamanda, strateji əhəmiyyətli regionda təsir uğrunda xarici aktorlar arasında rəqabəti artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı, politoloq Anastasiya Lavrinanın İtaliyanın “Eurasiaticanews” nəşrində dərc olunan məqaləsində deyilir.

Müəllif vurğulayır ki, 2023-cü il Cənubi Qafqazın tarixində mühüm məqam olub: Azərbaycanın Qarabağdakı bütün ərazilərində dövlət suverenliyi bərpa olunub. Bu hadisə Ermənistanın 1980-ci illərin sonunda başladığı və iki Qarabağ müharibəsinə səbəb olmuş uzunmüddətli münaqişəyə son qoyub. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan işğalçılarının Azərbaycan ərazisində separatçı rejiminin mövcudluğuna son qoyan lokal xarakterli antiterror tədbirləri keçirib. Həmin hadisələr Bakı ilə İrəvan arasında gələcək sülh danışıqlarına və münasibətlərin normallaşmasına imkan yaradıb.

Politoloqun yazdığı kimi, 2024-cü ildə iki dövlət arasında sərhədin delimitasiya və demarkasiya prosesi başlayıb. Aprel ayında Azərbaycan və Ermənistan ərazi mübahisələrinin yekun tənzimlənməsi istiqamətində ilk addımı atıblar. Ermənistan 4 sərhədyanı kəndi Azərbaycanın nəzarətinə qaytarıb. O vaxt yerli sakinlərlə görüşündə baş nazir Nikol Paşinyan bildirib ki, kəndlər de-yure Azərbaycan ərazisi olduğundan onların qaytarılmasının alternativi yoxdur. Alma-Ata Bəyannaməsini sərhədlərin delimitasiyası prosesinin əsası kimi müəyyən etməklə tərəflər keçmiş SSRİ respublikalarının sərhədləri daxilində bir-birlərinin ərazilərini tanıyırlar.

ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ikitərəfli sazişin mətninin hazırlanmasında əhəmiyyətli irəliləyişin olduğunu bildirib. Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumət saatında çıxışı zamanı qeyd edib ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzərində iş prosesini sürətləndirir. Politoloq məqaləsində diqqətə çatdırıb ki, Bakının əsas tələblərindən biri -Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan Konstitusiyasının dəyişdirilməsi zərurəti – həll olunmayıb.

Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Baş nazir Nikol Paşinyan Azərbaycanla münasibətlərin yaxşılaşdırılması kursunu davam etdirmək istəyini ifadə edir, lakin o, ölkə daxilində güclü müxalifətlə, eləcə də bir sıra Qərb ölkələrindəki erməni diasporunun ayrı-ayrı nümayəndələrinin tənqidi ilə üzləşir.

Avropa İttifaqı Avropa Komissiyası və digər Avropa agentlikləri tərəfindən maliyyələşdirilən və əlaqələndirilən müxtəlif humanitar proqramlar vasitəsilə Ermənistana fəal şəkildə cəlb olunub. Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşdirilib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) çatdırılacağını elan edib. Bu missiyanın vəzifəsinin heç də sülhü təşviq etmək deyil, Rusiya, İran və Türkiyənin maraqlarına zidd olaraq bölgədə mövqe qazanmağın zəruriliyi olduğunu hesab edənlər var.

Lavrina vurğuladığı kimi, Fransa Ermənistanı, o cümlədən silah tədarükünü fəal şəkildə dəstəkləyir və bu, Azərbaycan və Türkiyədə narahatlıq doğurur. Bu dəstək gərginliyi artırmaq məqsədilə ikitərəfli danışıqlar prosesinə müdaxilə kimi qəbul edilir. Azərbaycan bu cür hərəkətləri neytrallığın pozulması, Türkiyə - təhlükəsizliyə təhdid, Rusiya isə ona qarşı ikinci cəbhə açmaq istəyi kimi qiymətləndirir.

“Türkiyə ərazi bütövlüyü və təhlükəsizlik məsələlərində Bakını fəal dəstəkləyir, eyni zamanda, regionda iqtisadi mövcudluğunu genişləndirir. Ankara Cənubi Qafqazı daha geniş iqtisadi və enerji layihələrinə, o cümlədən nəqliyyat dəhlizlərinə və enerji infrastrukturuna inteqrasiya etməyə çalışır. Tarixi gərginliklərə baxmayaraq, son illər Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün cəhdlər edilib. Türkiyə və Ermənistanın xüsusi nümayəndələri münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün bir neçə görüş keçiriblər. Lakin ən mühüm hadisə kimi Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində görüşü hesab etmək olar. İrəvanla ikitərəfli münasibətləri daha da yaxşılaşdırmaq üçün Ankaranın əsas şərti Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır. Türkiyənin bu bəyanatı və yanaşması, bir tərəfdən, onun regionda sabitliyin təmin edilməsində strateji marağını əks etdirir, digər tərəfdən, Azərbaycanın mövqeyinə sıx bağlılığını nümayiş etdirir”, - deyə Anastasiya Lavrina bildirib.

Rusiyanın Azərbaycanla münaqişəyə müdaxilə etməkdən imtina etməsi səbəbindən 2023-cü ildə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dondurulmasına baxmayaraq, Moskva ölkəyə, xüsusən də təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində əhəmiyyətli təsirini saxlamaqda davam edir. Ermənistan öz ərazisində Rusiya hərbi bazalarının olması, eləcə də sıx iqtisadi və enerji əlaqələri, o cümlədən Avrasiya İqtisadi İttifaqına üzvlük çərçivəsində bağlı olması səbəbindən Rusiyadan strateji asılı olaraq qalır.

“Beləliklə, 2024-cü il Cənubi Qafqaz üçün dönüş nöqtəsi olub, regionda sülh və sabitlik üçün yeni perspektivlər açıb. Eyni zamanda, proseslərdə Türkiyə, Rusiya və Avropa İttifaqının fəal iştirakı siyasi atmosferi formalaşdırmağa davam edir. Bakı və İrəvan üçün ikitərəfli sülh danışıqlarının davam etdirilməsi vacibdir, hərçənd Cənubi Qafqazda sülh üçün regional və qlobal təhlükəsizliyin daha geniş kontekstini əhatə edən hərtərəfli yanaşma lazımdır”, - deyə analitik məqaləsini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri