Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Anastasiya Lavrina: Fransanın xarici siyasəti yeni münaqişələr yaratmaqda davam edir AZƏRTAC

Anastasiya Lavrina: Fransanın xarici siyasəti yeni münaqişələr yaratmaqda davam edir AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 yanvar, AZƏRTAC

Son illər Fransa Ermənistana təkcə diplomatik səviyyədə deyil, həm də silah-sursatla fəal dəstək verir ki, bu da Ermənistan ordusunu gücləndirir və revanşist əhvali-ruhiyyəni qızışdırır, regionda sabitliyi pozur. Artıq heç kimə sirr deyil ki, bu strategiya Fransanın regionda Türkiyə və Azərbaycana qarşı yönəlmiş geosiyasi oyununun bir hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə azərbaycanlı politoloq, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun elmi işçisi Anastasiya Lavrinanın “EU Today” nəşrində dərc olunan məqaləsində deyilir.

Müəllif avropalı oxucuların diqqətini rəsmi Parisin açıq-aşkar faktları bilməməzdən gəlməsinə və Ermənistanın siyasətinə haqq qazandırmasına, habelə keçmiş müstəmləkələrə neokolonial təsirinin saxlanmasına yönəldir ki, bu da A.Lavrinanın sözlərinə görə, Fransanın dünya dövləti rolu ilə bağlı öz köhnəlmiş təsəvvürlərindən yapışdığını göstərir.

“Bu yaxınlarda şəbəkədə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Qarabağda və Ermənistanda etnik təmizləmə siyasətini açıq şəkildə etiraf etdiyi bəyanatı ilə video çəkiliş yayılıb. Bununla belə, Makron bu cür etirafları şərh etməməyə üstünlük verir, çünki bu, Fransadakı güclü erməni diasporu arasında onun dəstəyini sarsıda bilər. Fransa prezidenti 2020-ci ildə döyüşlərin və 2023-cü ildə Azərbaycanın antiterror tədbirlərinin dövlətin suveren ərazisində aparılması faktına da məhəl qoymur. 2023-cü ilin oktyabrında isə Ermənistanın baş naziri Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan bəyanat imzaladı”, - deyə ekspert yazır.

O, daha sonra xatırladır ki, 2024-cü ildə Fransa əsl siyasi fırtına yaşayıb: baş nazir postunda üç nəfər dəyişdi, bu da siyasi qeyri-sabitliyin və ölkəni bürümüş daxili böhranın bariz əksi oldu. “Kənardan gələn saxta təhdidlərin arxasında real problemləri gizlətmək istəyi yalnız əhalinin yadlaşmasını və narazılığı artırır. Dünya səhnəsində demokratik dəyərlərə sadiqliyini bəyan edən Paris onları ölkə daxilində həyata keçirməkdən getdikcə uzaq olur. Buna misal olaraq Yeni Kaledoniyanın tələblərinə məhəl qoyulmaması və Bakının ünvanına Fransanın daxili işlərinə qarışmaqda ittihamları göstərmək olar. Aydındır ki, bu cür bəyanatlar diqqəti daha dərin məsələlərdən yayındırmaq cəhdidir. Baxmayaraq ki, məhz Bakının Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində gördüyü işlər sayəsində dünya “yardım” və “əməkdaşlıq” fasadının arxasında gizlənən fransız neokolonializmi haqqında həqiqətləri görməyə başladı”, - deyə müəllif qeyd edir.

Nəşrdə vurğulanır ki, Fransa müstəmləkəçilik dövrünün başa çatdığını elan edəndə onun keçmiş müstəmləkələrin xalqlarını “azad etməsi” alqışlarla qarşılanıb, lakin onilliklər sonra məlum olub ki, Paris bu ölkələrə nəzarəti davam etdirir, lakin yeni üsullarla.

“Neomüstəmləkəçilik sadəcə bir termin deyil, Fransanın iqtisadi, hərbi və mədəni mexanizmlər vasitəsilə təsirini saxladığı keçmiş müstəmləkələr üçün reallıqdır. Diqqətəlayiq nümunə, hələ də 14 Afrika ölkəsində istifadə edilən və Parisin nəzarəti altında qalan Fransız frankı – CFA-dır. Bu, həmin dövlətlərin iqtisadi müstəqilliyini məhdudlaşdırır, onların ərazisində çıxarılan təbii sərvətlərdən əldə olunan gəlirlər isə çox vaxt birbaşa Parisə göndərilir. “Total” və “Orange” kimi fransız şirkətləri Afrika iqtisadiyyatında hökmranlıq etməkdə davam edir, ölkənin hərbi bazaları isə “sülhməramlı” missiyalar adı altında əsas regionlar üzərində strateji nəzarəti təmin edir”, - deyə məqalədə deyilir.

A.Lavrinanın sözlərinə görə, Fransanın təsiri təkcə iqtisadiyyat və ordu ilə məhdudlaşmır: fransız dili, təhsil sistemi və “Alyans Fransez” kimi mədəniyyət qurumları vasitəsilə mədəni dominantlıq psixi asılılığın qorunub saxlanmasına töhfə verir. Bu, xüsusilə gənclər arasında narazılıq yaradır, onlar həqiqi müstəqilliyin və Fransanın nəzarətindən azad olmağın zəruriliyini getdikcə daha çox dərk edirlər.

“Beləliklə, Makronun Azərbaycanın ünvanına tənqid yağdırması, aşkar faktlara məhəl qoymaması və Ermənistan siyasətinə haqq qazandırması, eləcə də keçmiş müstəmləkələrə neokolonial təsiri davam etdirməsi – bütün bunlar Fransanın dünya dövləti rolu ilə bağlı köhnəlmiş ideyalarından yapışdığını göstərir. Ölkə daxili böhranlarla və artan narazılıqla üzləşdiyi bir vaxtda onun xarici siyasəti özgəninkiləşdirməni dərinləşdirməkdə və yeni münaqişələr yaratmaqda davam edir, dünyanı sual verməyə məcbur edir: Fransa, həqiqətən də, öz demokratik prinsiplərinə uyğun yaşamağa hazırdırmı?” – deyə politoloq yekunlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri