Icma.az
close
up
RU
Anatoli Ponomaryov: “Futbolumuzda dəyişiklik üçün gənclərdən başlamalıyıq” İdman və Biz

Anatoli Ponomaryov: “Futbolumuzda dəyişiklik üçün gənclərdən başlamalıyıq” İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Oyunu canlı izləyəcəyik. Atam da burdadır. Ailə üzvlərimiz ilə birlikdə matça gedəcəyik”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryov deyib.

İsveçdə yaşayan və bu ölkədə futbol agenti kimi çalışan Ponomaryov bu gün yığmamızın Millətlər Liqasında İsveçə qarşı oynayacağı matç haqqında danışıb. O bildirib ki, rəqibin rotasiyalara gedəcəyinə ümid edir: “Düşünürəm ki, stadionda çox adam olmayacaq. Çünki burda hava çox soyuqdur. 1-ci yeri rəsmiləşdirdikləri üçün oyuna çox da ciddi yanaşmayacaqlar. Deyan Kluşevski, Viktor Qyökeres və Aleksandr İsak triosundan istifadə etsələr, millimizin işi çətin olacaq. Yığmamızın bu gün qalib gəlməsini ürəkdən istəyirəm”.

Ponomaryov yığmanın hazırkı durumunu da dəyərləndirib: “Yeni məşqçiyə alışmaq çətindir. Millinin nəticələrindən məmnun deyiləm. Baş məşqçi Fernandu Santuşun seçiminin nə dərəcədə düzgün olduğunu gələcəkdə görəcəyik. Azərbaycanda futbolun inkişafı üçün gənc oyunçulara diqqət ayrılmalıdır. Gələcək onlardan asılıdır. Buna misal kimi, Mərakeşi göstərə bilərik. Onlar futbol ölkəsi olmasalar da, hazırda çox yaxşı oyunçular yetişdirirlər. Azərbaycan futbolunda nəyisə dəyişmək istəyiriksə, gənclərdən başlamalıyıq”.

Qeyd edək ki, bu gün “Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Emin Ağa
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Noyabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri