İqor Ponomaryov: “İsveçlə oyunda Azərbaycan millisinə inamım böyükdür” İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycan millisinə inamım böyükdür”.
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu İqor Ponomaryov deyib.
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç komandasına qarşı keçirəcəyi oyundan danışan funksioner şansları dəyərləndirib.
Milli ilə səfərə yollanan Olimpiya çempionu komandada ab-havanın yaxşı olduğunu bildirib: “Sadəcə, futbolçular Qəbələdə Estoniya ilə oyunda qələbə qazanmadıqlarına görə təəssüflənirlər. Həmin görüşdə yaxşı şanlarımız var idi. Əhvali-ruhiyyənin daha da yaxşı olması üçün İsveçi məğlub etməliyik. Çəkinmədən mübarizə aparmalıyıq. Əzmkarlıq önəmli rol oynayacaq. Futbolçular bunu yaxşı anlayırlar. Rəqibin baş məşqçisi fərqli taktikalara sahib mütəxəssisdir. İndiki komanda əks-hücumlarda daha təhlükəli olur. Ümid edirəm ki, futbolçularımız meydanda əllərindən gələni edəcəklər”.
Qeyd edək ki, bu gün “Strouberri Arena”da keçiriləcək İsveç-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 19 Noyabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















