Icma.az
close
up
RU
Ancaq aramızda heç nə olmayıb, o evli idi Mikayıl Müşfiq “Yenə o bağ olaydı” şeirini bu qıza yazıbmış

Ancaq aramızda heç nə olmayıb, o evli idi Mikayıl Müşfiq “Yenə o bağ olaydı” şeirini bu qıza yazıbmış

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Rafael Hüseynovun "Bağ romanı" məqaləsini ixtisarla təqdim edir.

Mikayıl Müşfiqin bəlkə də, ən məşhur şeiridir "Yenə o bağ olaydı".
Həmin şeir yarananda gənc şairin həbsə atılmasına, işgəncələrə məruz qalmasına az qalmışdı.

1936-cı ilin qayğısız yay günlərində Pirşağıda yazılıb o şeir.
Şeirin ünvanı uzun müddət naməlum qalıb. Bəziləri düşünüb ki, Müşfiq şeiri həyat yoldaşı Dilbər xanıma yazıb, digərləri şeirin ünvanını tanısalar da, bu haqda danışmayıblar. Şayiələr gəzib. Yalnız ötən əsrin sonunda açıqlanıb o qızın adı.

Bu, Arifə Məmmədxanlı idi - yazıçı Ənvər Məmmədxanlının bacısı...

Ölüm ayağında özü etiraf edib bunu jurnalist Rafael Hüseynova. Bundan bir neçə il qabaqsa bacısı Həbibə xanıma açıbmş sirrini. 1936-cı ilin yayını o dövrün bir neçə tanınan yazıçısı ailəsi ilə birgə Pirşağıda keçirmişdi: Rəsul Rza, Ənvər Məmmədxanlı, Əhməd Cavad və Mikayıl Müşfiq...

Bu söhbət 1994-cü ildə baş tutub - xərçəng xəstəliyi tapan Arifə xanımın həyatının qürubunda...

- 36-nın yayından danışın, Arifə xanım.

- Eh, ay Rafael, nə deyim, yaxşı günümüz onda getdi. Ən yaxşı yayımız onunla bitdi. Yazıq Müşfiq o sehirli gecələrin bəzəyi idi. Romantik idi. Adi adamlar, hətta o biri şairlər kimi də deyildi. Nəsə tamam başqa cür idi o. Çox şən oğlan idi yazıq. Sizlər onu görmədiniz.

- Onun sizə münasibətindən danışın bir az.

- Ee, yaxşı da, Rafael, yox. Yenə başladın?..

- Ay Arifə xanım, bax o vaxt gördüz ki, üstüörtülü yazdım, ad-filan çəkmədim. Amma özümçün, tarixçün bilim də. Nə var axı burda?

- Bizim aramızda heç nə olmayıb, bir elə o şeirdir..

***

"Yenə o bağ olaydı,
yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla
ruhumu dindirəydin,
Məni sevindirəydin,
Gizli söhbət açaydıq
ruhun ehtiyacından.
Qardaşından, bacından
çəkinərək çox zaman
söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə də bir vuraydı
qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli!.."

***

- Yox, onda mənə qarşı heç nə yoxdu, bir elə o şeiri yazmışdı. Bir də ki günü elə bizdə keçirdi. Bizim çox qəşəng həyətimiz vardı, voleybol toru da qurulmuşdu, hamı bizim həyətə yığılardı. Əhməd Cavadın uşaqları Aydın, Tokay hər gün gəlirdilər oynamağa. Müşfiq anama "ana" deyirdi, anam da qayıdırdı ki, nolar, a bala, çağır, sən də mənim oğlum. Müşfiq deyirdi ki, heç nə istəmirəm, bir balaca komam olaydı sizin həyətdə, gecə-gündüz burada qalaydım.Anam soruşurdu ki, niyə, ay Müşfiq? Deyirdi, "nə bilim, bu həyətdən xoşum gəlir. Rəsulgilin həyətindən xoşum gəlmir, bura ürəyimə çox yatır".
Bilirsən, bizim həyətin qumu, bakılıların sözü olmasın, mirvari kimiydi. Tozlu qum yox e, təmiz sarı qum idi...

- Mən o qumu da başa düşürəm, voleybol torunu da, həyətinizin gözəlliyini də. Amma Müşfiq bunu, doğurdan, həyətə görə deyirdi, yoxsa sizə görə?

- Vallah, bilmirəm, nəyə görə deyirdi.

- Yox, yenə də bilim də, boynunuza alın...

- Vallah, bilirsən, bir o deyildi axı, hamı bizim həyətə yığılırdı.

- Bəs axı kişi o boyda şeir yazıb sizə.

- Nə yazıb ki, əşi...

- Az yazıb?

- Yox e, vallah, bağda mən heç nə hiss eləmirdim. Onu da mənə sonra verdi. Bağa gələn kimi oturub başlardı şeir oxumağa, biz də uşaq idik, ağzımızı açıb qulaq asardıq. Mən Müşfiqi Rəsul kimi, Ənvər kimi sayırdım. Bilirdim, onların dostudur da. Onu müqəddəs bir adam bilirdim. Ürəyimdə ona ayrı bir hiss yox idi. Onda nə idi e, 16-17 yaşım vardı. O nə bilim, neçə yaşındaydı - 27 idi, neçəydi. Cavan oğlan idi...

***

"Bu gecə nə qədər xoş gecədir,
Bir qara qız kimi
tellicədir.
Yer işıq, göy işıq,
Hər tərəf yaraşıq,
Sevgilim, dayanma,
sahilə gəl,
Seyr elə gəl.
Ulduzlar ətrafa
nur səpələr
Bir bölük uşaqdır
şən ləpələr.
Onların əlində
top kimi ay.
Sevgilim,
başında ağ kəlağay
Sahilə gəl.
Bu fürsət əlinə
düşməz bəlkə də,
Hər tərəf kölgədə,
Kölgələr işıldar,
Yarpaqlar xışıldar"

***

- Elə olurdu, gecə saat 10-da durub dənizə gedirdik. Onlar gedərdi, biz də gic-gic qoşulardıq onlara. Bağımız dənizə lap yaxın idi. Bir dəfə də Məryəm xalam - Rəsulun anası - gəldi hirsləndi üstümüzə. Anam yox, xalam yaman ötkəm arvad idi. Dəniz bir az aşağı idi, yuxarıda qayalıqlardı. Bir də gördük xalam qayaların üstündədi. Azından gələni yağdırır bizə. Əsas Rəsul idi hamını dənizə çağıran... Amma dənizsiz qala bilmirdik. Gecə dənizi bizə yasaq edilmişdisə də, gündüzlər iki dəfə gedirdik suya baş vurmağa. Bir səhər, bir də axşamüstü. Hava qaralanda qayıdırdıq. Özü də yarışırdıq ki, kim çox qaralar. Nigar idi, Nigarın dostları idi, biz bacılar idik. Gedirdik ilıq dənizə atılıb sərinləyəndən sonra uzanardıq qumun üstünə, başlardıq özümüzü qaraltmağa... Axırıncı yayımız elə keçdi. Onacan Müşfiqin adnı eşitmişdim. O yay yaxından tanış olduq. Sonra hərdən Bakıda evimizə də gəlməyə başladı.

- Bəs şeiri necə oldu verdi sizə?

- Bir gün mən dərsdən qayıdanda Sabir bağının yanında onunla üz-üzə gəldim. Dedi: "Ba, nə xoş bir təsadüf". Heç yadımdan çıxmır. Dedi: "Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şey var. O şeiri verəcəm sənə".
Bükmüşdü, bir dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama. Sonra açıb baxanda gördüm yuxarısında yazıb: "Arifəyə. Yenə o bağ olaydı". Ürəyimdə dedim, görən, bizim bağı yazıb bu? Oxuyub gördüm ki, bağda nə olubsa, hamısı bu şeirdədir. Uzun müddət qaldı məndə o şeir.
Sonra bağışla məni, ərə gedəndə, bir-iki dənə oğlan məktubu-filan vardı, cırdım onların hamısını. Çünki bilirdim İbrahimin xasiyyəti tünddür. Nə qədər zarafatı vardısa da, bir o qədər də qısqanc adam idi. Özü də mənə e... Mənim nəyimi qısqanırdı, bilmirəm. Bu şeirdə, əslində, bircə o "Arifəyə" sözü olmasa, sən deyən elə şey yoxdu. Nə ad çəkilmişdi, nə bir şey. Amma ehtiyat elədim, bunu da cırdım.

- Bəs Müşfiq o şeiri sizə verəndən sonra soruşmadı ki oxudun-oxumadın?

- Yox, bunu soruşmadı. Amma mənə tez-tez rast gəlirdi. Mən dərsdən, adətən, saat ikinin yarısında çıxırdım. Bu da həmişə Kommunist küçəsi ilə qoltuğunda da papkası üzüyuxarı gəlirdi, qabaq-qabağa çıxırdıq. Mən "biofak"da oxuyurdum, o vaxt da universitet indiki Əlyazmalar İnstitutunun yanında idi. Universitetdən çıxıb Sabir bağı tərəfə enirdim, Akademiya binası ilə bağın arasındakı pilləkandan qalxırdım İşərişəhərə - evimizə. İki addımlıq yol idi. Həmişə də Müşfiqlə eyni vaxtda, eyni yerdə - dərsdən qayıdanda bağın tuşunda rastlaşırdıq. Deyirdi: "Bəxtə bax e, mən Azərnəşrdən işdən gəlirəm, sən dərsdən çıxırsan".
Deyirdi ki, buradan - Sabir bağının yanından çıxma, gəl qalxaq, Qala qapısı tərəfdən gedərsən, söhbət eləyə-eləyə gedək, səni ötürüm evinizə... Söhbət eləyirdi, təzə şeirlərini oxuyurdu, evəcən gətirib ötürürdü məni. Tutulmamışdan qabaq da evimizə gəlmişdi. Gəldi, oturdu, çay içdi, anamla danışdı. Ondan heç bir ay keçməmiş eşitdik ki, Müşfiqi tutublar.

- Hər halda barı sonra ağlınıza gəldimi ki, dərsdən çıxanda Müşfiq sizə təsadüfən rast gəlmirmiş?

- Hə, elə sonra ağlıma gəldi ki, bu, qəsdən belə edir. Bilirdi ki, ikinin yarısı dərsdən çıxıram.

- Bunu neçə il sonra başa düşdüz?

- Lap sonra. Mən key idim. Vallah, Rafael, sən mənim oğlumsan, mən bütün ürəyimi sənə açıram. Heç yaxın adamlarıma demədiyim sözləri, bax, sənə deyirəm. Çox key olmuşam. Sonra fikirləşdim ki, niyə elə mən dərsdən çıxanda bu da Kommunist küçəsi ilə Sabir bağının yanına yaxınlaşmış olur.

- Onda Dilbər var idi də. Mən bilən, hətta 35-də bir uşaqları olub, ölübmüş də.

- Hə, evliydi, bağda olanda da evli idi. Arvadı, doğurdan da, qəşəng idi. Dilbər seyrək gəlirdi bağa. Müşfiq özü çox gəlirdi. Elə həmişə Rəsul deyirdi, ay Müşfiq, Dilbəri də gətir. Qayıdırdı ki, əşi. Dilbərin əlində o qədər iş var ki, gəlmək istəmir. Gəlsə, gəlsin də. Tanıyır yolu...

***

"Yenə o bağ olaydı
sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə
yenə verib baş-başa
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi
qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi;
Yarpaqlar arasında
uzadaraq əlini
Oxşayaraq telini,
Gecələr darayaydı
saçlarını Ay, gözəl!
Sən gözəlsən, Ay gözəl?
Əllərində əllərim,
Gözlərində gözlərim...
Asılaydı sözlərim
Könlünün qulağından
Bir qızıl tana kimi,
Günəş doğana kimi".

Məmməd Aslanın nəvəsi: "Maşınını imkansız bir nəfərə hədiyyə eləmişdi" - Müsahibə Ev onun deyilmiş... - Məşhur müğənninin yalanı Seyran Səxavət yaradıcılığı Türkiyədə elmi iş mövzusu olub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see132

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see127

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see120

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see120

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see119

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see117

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see117

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see116

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see114

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see114

Mingəçevirdə qəza: Avtomobil hazırlıqdan gələn məktəbliləri vurdu

02 İyun 2025 19:29see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri