Ançelotti: “Bu futbolçu “Real”ın gələcəyi olacaq”
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Real"in baş məşqçisi Karlo Ançelotti müqavilə ilə kluba məxsus olan Niko Pasla bağlı fikirlərini bildirib.
N.Pasın 20 yaşı var. Argentinalı yarımmüdafiəçi hazırda icarə əsasında “Komo”da (İtaliya) çıxış edir. 2024-cü ildə Argentinanın əsas millisinə də cəlb olunub. O, bu mövsüm “Komo”da 16 oyunda meydana çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib.
QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, N.Pas barədə danışan Ançelotti deyib:
“Pas yaxından izlədiyimiz oyunçudur. O, böyük istedaddır. “Real” Madriddə çıxış etmədiyi bu mövsüm onun üçün faydalı keçir. Biz inanırıq ki, bu futbolçu “Real”ın gələcəyi olacaq”.

Ançelotti “Real”ın rekordçusu oldu
19 Dekabr 2024 10:36
Ançelotti Real ın problemlərindən danışdı
13 Aprel 2025 09:38
Ançelotti gedir Real ın baş məşqçisi kim olacaq?
19 Fevral 2025 15:51
Ançelotti “Real”ın uğurunun açarıdır Ronaldo
30 Dekabr 2024 02:42
Ançelotti “Real”ın ən titullu məşqçisi oldu
18 Dekabr 2024 23:46

