Icma.az
close
up
RU
And dağlarında siyasi fırtına

And dağlarında siyasi fırtına

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Latın Amerikasının strateji bölgəsində yerləşən iki qonşu dövlət - Kolumbiya və Ekvador son onilliyin ən ağır diplomatik böhranını yaşayır. Bir vaxtlar iqtisadi və hərbi müttəfiq olan bu ölkələr indi bir-birinə qarşı sərt bəyanatlar səsləndirir. Bu gərginliyin kökündə sadəcə, sərhəd mübahisələri dayanmır. Burada transmilli narkomafiya, həbsxana qiyamları və iki fərqli siyasi baxışın toqquşması var.

Böhranı alovlandıran "Fito" kimdir?

Tam adı Xose Adolfo Masias olan "Fito" Ekvadorun ən böyük və qəddar cinayətkar şəbəkəsi olan "Los Choneros" qruplaşmasının lideridir. Bu qruplaşma yerli cinayətkar dəstə olmaqla yanaşı, Meksikanın nəhəng narkokartelləri ilə ortaqdır. "Fito" 2024-cü ilin yanvarında Ekvadorun ən ciddi mühafizə olunan "La Regional" həbsxanasından qaçmağı bacarmışdı. Bu hadisə eyni zamanda ölkədə dövlət sisteminin nə qədər zəif olduğunu üzə çıxarmış, Ekvadorda xaos yaratmışdı. Bundan sonra cinayətkar qruplar televiziya kanallarına hücum etmiş, polisləri girov götürmüşdü. Ekvador prezidenti Daniel Noboa buna cavab olaraq ölkədə "daxili silahlı münaqişə" vəziyyəti elan etmişdi. O, cinayətkarları "terrorçu" adlandıraraq ordunu küçələrə çıxarmışdı.

Petro və Noboa arasında soyuq müharibə

Kolumbiya və Ekvador prezidentləri bir-birinə tam zidd xarakterlərə və siyasi xəttə malik siyasi fiqurdur. Kolumbiya prezidenti Qustavo Petro keçmiş partizan və solçu siyasətçidir. Onun doktrinası "Total Sülh" adlanır. Petro inanır ki, narkotik ticarəti ilə mübarizdə silah yox, sosial islahatlar lazımdır. O, cinayətkar qruplarla danışıqlara üstünlük verir.

Ekvador prezidenti Daniel Noboa isə sağ mərkəzçi, gənc və varlı bir iş adamıdır. O, cinayətkarlığa qarşı "dəmir yumruq" siyasətini dəstəkləyir. Noboa zaman-zaman hətta ordudan belə cinayətkarlara qarşı mübarizədə istifadə edir.

Petro qonşusunun bu sərt hərbi metodlarını bəyənmir. Noboa isə Petronu narkobaronlara qarşı yumşaq davranmaqda ittiham edir. Bundan başqa, Ekvador tərəfi "Fito"nun Kolumbiya ərazisində gizləndiyini əsas gətirərək Petro hökumətinin onu tapmaqda maraqlı olmadığı fikrindədir.

Ekstradisiya müəmması: 1500 məhbusun taleyi

Diplomatik gərginliyin ən praktik və gərgin tərəfi ekstradisiya məsələsidir. Hələ 2024-cü ilin yanvarında Daniel Noboa Ekvador həbsxanalarında cəza çəkən təxminən 1500 kolumbiyalı dustağı dərhal Kolumbiyaya göndərəcəyini bildirmişdi. Prezident bununla ölkə büdcəsinə qənaət etmək və həbsxanaların yükünü azaltmaq istəyirdi. Lakin Kolumbiya buna qəti etiraz etmişdi. Petro kütləvi deportasiyanın qanunsuz olduğunu, hər bir məhbusun işinin fərdi araşdırılmalı olduğunu söyləmişdi. Əks halda bu şəxslər Kolumbiyada azadlığa çıxa və cinayət dalğasını gücləndirə bilərlər. Maraqlıdır ki, həmin ilin aprelində Ekvador Kolumbiyaya cəmi 13 məhbusu ekstradisiya etsə də, sonradan bu proses dayandı. Buna rəğmən, Noboanın istənilən vaxt 1500 nəfəri ölkəsinə göndərmək ehtimalı yüksək olaraq qalır.

Diplomatik münasibətlərin qırılma nöqtəsi

Gərginliyi geridönməz hala gətirən hadisə 2024-cü il aprelin 5-də Meksikanın Kitodakı səfirliyində baş verdi. Ekvador xüsusi təyinatlıları Meksika səfirliyinin hasarlarını aşaraq içəri girdi. Orada sığınacaq tapan keçmiş vitse-prezident Xorxe Qlası həbs etdi. Beynəlxalq hüquqa görə, səfirliklər toxunulmaz ərazidir və bura hücum etmək birbaşa müharibə sayılır.

Qustavo Petro bu hadisədən sonra Ekvadorla bütün hərbi və iqtisadi əlaqələri dayandırdığını açıqladı. O, Noboanı diktator kimi davranmaqda və beynəlxalq nizamı məhv etməkdə günahlandırdı. Bu hadisə iki ölkə arasındakı sonuncu diplomatik körpünü də yandırdı.

Bu azmış kimi, qarşılıqlı vergi faizinin artırılması ilə ölkələrin iqtisadi sahədə də əlaqələri böyük ölçüdə pozuldu.

Regional təhlükəsizlik və gələcək proqnozlar

Hazırda Kolumbiya və Ekvador sərhədi dünyanın ən təhlükəli zonalarından birinə çevrilib. İki ölkə arasında kəşfiyyat məlumatlarının mübadiləsi tamamilə dayanıb. Sərhəddə isə hər iki tərəfin canlı qüvvəsi və texnikası cəmləşir. Bu isə narkotik kartelləri üçün böyük fürsət deməkdir.

Əgər "Fito" yaxın zamanında zərərsizləşdirilməsə, Ekvadordakı xaos Kolumbiya ərazisinə də sıçrayacaq. Cinayətkar qruplar iki ölkə arasındakı bu düşmənçilikdən istifadə edərək sərhəddə öz "boz zonalarını" yaradırlar.

Yeri gəlmişkən, aprelin 20-də dünya mətbuatında Petronun Noboanı məhkəməyə verəcəyi xəbəri tirajlandı. Buna səbəb Noboanın ona böhtan artmasıdır.

Məsələ burasındadır ki, Petro ötən ilin yazında Ekvadorda səfərdə olub. Bu zaman onu yerli hərbçilərlə yanaşı, Kolumbiyanın xüsusi xidmət orqanlarının əməkdaşları müşayiət edib, qoruyub. Yaxınlarda isə Noboa Petronun Ekvadora gəlişi zamanı bəzi şübhəli görüşlər keçirdiyini deyib. Konkret olaraq isə "Fito"nun yaxın ətrafı ilə təmas qurduğunu bildirib.

Məsələ artıq iki dövlət arasındakı gərginlik deyil, bütün Latın Amerikasının gələcək idarəetmə modelinin savaşıdır. Bir tərəfdə sülh və dialoq tərəfdarı olan Kolumbiya, digər tərəfdə isə hərbi güc və sərt intizamı seçən Ekvador var. Dövlətlərarası bu qarşıdurmadan kimin qalib çıxacağını zaman göstərəcək. Bir fakt isə dəqiqdir: yaranmış xaos azadlıqda gəzən "Fito" və onun transmilli şəbəkəsi üçün əlverişlidir. And dağlarındakı bu gərginlik isə qlobal narkotik bazarındakı qiymətlərdən tutmuş, regionun geosiyasi xəritəsinə qədər hər şeyə təsir edəcək gücdədir.

Aytən PAŞAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri