Andres İnyesta Danimarka klubunu aldı
Icma.az, Axar.az-ə istinadən, xəbər edir Andres İnyesta Danimarka klubunu aldı.
İspaniya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Andres İnyestanın "Never Say Never" (NSN) şirkəti Danimarkanın "Helsinger" klubunu alıb.
Axar.az Report-a istinadla xəbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə yerli Sport TV2-yə açıqlamasında bildirib.
O, klubu inkişaf etdirməyə və təkmilləşdirməyə çalışacağını söyləyib.
2005-ci ildə yaranan "Helsinger" klubu ev oyunlarını 4000-dən çox tamaşaçı tutumu olan "Helsinger" stadionunda keçirir. Hazırda ölkənin üçüncü divizionunda mübarizə aparan komanda 2017/2018 mövsümündə Danimarka Superliqasında çıxış edib.
Qeyd edək ki, son olaraq Birləşmiş Ərəb Əmirliklərində "Emireyts"in formasını geyinən İnyesta ötən ay karyerasını başa vurub.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)