Icma.az
close
up
RU
Andrey Şevçenko Bakıya gələcək

Andrey Şevçenko Bakıya gələcək

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə ilk oyununu sentyabrın 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna komandası ilə keçirəcək.

İdman.biz mənbələrinə istinadən xəbər verir ki, bu matça Ukrayna Futbol Assosiasiyasının prezidenti, 2004-cü il "Qızıl top"un sahibi Andrey Şevçenkonun da gələcəyi gözlənilir.

Məlumata görə, AFFA məşhur futbol adamının Bakı səfəri üçün geniş və əhatəli proqram hazırlayıb.

Qeyd edək ki, Şevçenko 2024-cü il yanvarın 25-dən Ukrayna Futbol Assosiasiyasına rəhbərlik edir. O, futbolçu kimi karyerasının böyük hissəsini "Milan"da keçirib, baş məşqçi kimi isə Ukrayna yığması və "Cenoa"nı çalışdırıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Avqust 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri