Icma.az
close
up
RU
“AnewZ” regionun səsini dünyaya çatdıran media platformasıdır

“AnewZ” regionun səsini dünyaya çatdıran media platformasıdır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1 yaşlı “AnewZ”in hədəfləri:

* Azərbaycan və regionun səsini ingilisdilli auditoriyaya çatdırmaq;

* Geosiyasi informasiya mübarizəsində milli maraqları önə çıxarmaq;

* Qlobal xəbər və analitika sahəsində alternativ baxış təqdim etmək;

* Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqin səsini Bakıdan dünyaya yaymaq;

* Beynəlxalq təcrübəli jurnalistləri cəlb etməklə yüksək standartlara nail olmaq.

1 il bundan əvvəl ilk ingilisdilli yerli elektron media qurumu, beynəlxalq telekanal kimi fəaliyyətə başlayan “AnewZ” efir məkanında yeni səs, yeni format təqdim etməyi hədəfləyirdi. Qısa zaman kəsiyində telekanal istər beynəlxalq informasiya platformasında, istərsə də onlayn yayım şəbəkəsində kifayət qədər auditoriya toplamağı bacarıb.

“AnewZ” beynəlxalq telekanalının icraçı direktoru Rüfət Həmzəyevlə söhbətimiz arxada qoyduqları birillik efir vaxtı, bu müddətdə əldə etdikləri uğurlar, eləcə də qlobal efir məkanının özünəməxsus prinsipləri və telekanalın yeni planları ətrafındadır.

– Rüfət bəy, 1 ildir ki, efirdəsiniz. Debüt necə alındı? Bu gün “AnewZ”in beynəlxalq informasiya məkanına daxil olduğunu söyləyə bilərsinizmi?

– Sualınıza tam əminliklə, birmənalı şəkildə cavab vermək çətindir, həm də bu, təvazökarlıqdan uzaq olar. Amma elə elementlər var ki, – onları indikator da adlandıra bilərik – məhz onlar sualınızı müsbət cavablandırmaq üçün göstərici sayıla bilər. Bu zaman nəyi nəzərdə tuturuq? Misal üçün, çox mühüm bir komponentə nəzər yetirək. Dünyaca məşhur, nüfuzlu xəbər agentliklərinin istinad etdiyi xəbər mənbəyinə çevrilmək faktı telekanalımızın belə yüksək statusda qəbulolunma mərhələsini keçdiyinə dəlalət edir. Yəni deyə bilərik ki, arxada qoyduğumuz bir il ərzində dünyanın aparıcı media qurumları tərəfindən istinad edilən telekanala çevrilmişik. Bunların sırasında “Reuters”, BBC, “Evronews”, “Independent” və başqa tanınmış media subyektləri var. Düşünürük ki, bu amil nail olduğumuz əsas göstəricilərdən biridir. Eyni zamanda, heç kəsə sirr deyil ki, qlobal informasiya məkanında çox güclü rəqabət gedir. Bu rəqabətə davam gətirməkdən ötrü unikal bir forma, ifadə vasitəsi tapmalı idik. “AnewZ”in yaradıcı kollektivinin məqsədi məhz bu istiqamətdə inamla irəliləməkdir.

– Xəbərin tamaşaçıya, onlayn izləyiciyə unikal formada çatdırılmasından danışdınız. Bir il əvvəl efirə başlayanda qlobal xəbər və analitika sahəsində tamaşaçıya alternativ baxış təqdim edəcəyinizi bildirmişdiniz. Birinci sualımızın davamı kimi, bilmək istərdik, “AnewZ” ötən bir ildə bu missiyanı nə dərəcədə reallaşdırıb?

– Əvvəlki fikirlərimi bir qədər genişləndirərək, demək istərdim ki, biz bir il əvvəl qarşımıza qoyduğumuz məqsədlərə doğru irəliləməkdə davam edirik. Bəli, biz ortaya fakta və hadisəyə fərqli bir baxış qoymaq, eyni zamanda, regionun səsini dünyaya çatdırmaq istəyirik. Bu missiyanı nə dərəcədə reallaşdıra bildiyimizə gəldikdə isə, düşünürəm ki, təkcə müxtəlif ölkələrdəki müxbir məntəqələrimizi sadalasaq, bunun özü həm təhlil, həm də nəticə üçün bir səbəb ola bilər. Əgər biz Qafqaz regionundan danışırıqsa, hazırda Gürcüstanda müxbir postumuz var, ötən bir il ərzində İrəvanda canlı sorğular keçirmişik. Demək istəyirəm ki, telekanalımız vasitəsilə Qafqazın siyasi nəbzinin, gündəminin dünyaya çatdırılması istiqamətində müəyyən işlər görmüşük. Mərkəzi Asiya bölgəsini, ondan bir qədər geniş coğrafiyanı nəzərdə tuturuqsa, deməliyəm ki, bizim Astanada və Daşkənddə müxbir postlarımız fəaliyyət göstərir. Dünyanın bir çox nüfuzlu media qurumlarının, sözün həqiqi mənasında, əllərinin çatmadığı, yaxud yetişməkdə çətinlik çəkdikləri İran və Əfqanıstanda müxbir məntəqələri qurmuşuq. “AnewZ” gündəlik regiondan operativ xəbərləri verməklə bu ölkələrin səslərini ingilisdilli tamaşaçıya fərqli baxışla çatdırmağa çalışır. Ümumiyyətlə, xəbər sıralamamızda, yaxud gündəmimizdə dünyanın bütün qitələrindən informasiyalar yer alır. Bu iki istiqamət arasında yaradıcı ahəngdarlıq tapmağa, onu geniş auditoriyaya çatdırmağa çalışırıq ki, bunu da ilk növbədə izləyicilər hiss etməlidir. Statistik göstəricilərə nəzər salsanız görərsiniz ki, bizim peyk üzərindən dünyanın 110-dan artıq ölkəsinə yayımımız var. Digital formatda yayımda da digərləri ilə müqayisədə üstünlüyümüzü qeyd edə bilərəm. Bu sıraya, əlbəttə ki, web-saytımızı, sosial şəbəkələri, akkaunt səhifələri, “Yootube” platformasını da əlavə etmək lazımdır. Peyk yayımının statistikasını aparmaq bir qədər çətindir, amma bütün digital platformalarda “AnewZ” bu gün 6 milyon izləyiciyə malikdir. Bu rəqəm böyük və stajlı media subyektlərinin göstəriciləri ilə müqayisədə o qədər də yüksək görünməyə bilər, amma mövcud reallıqları, regionun səsi olduğumuzu nəzərə alaraq, cəmi 1 illik yol keçmiş media qurumu üçün düşünürük ki, ən azı, gələcəyə nikbin baxmağa imkan verir.

– İnformasiya siyasətinizdə əsas konsepsiyanın xəbərlər, bülletenlər və analitika üzərində qurulduğu məlumdur. Telekanalın efirində həftə ərzində bir neçə siyasi proqram, tok-şou yayımlanır. Analiz və şərhlər üçün mövzuları hansı prinsipə əsaslanaraq seçirsiniz? Bunu telekanalın rəhbərliyi, yaxud ayrı-ayrı fərdlər müəyyənləşdirir, yoxsa kollektiv beynin məhsulu olaraq ortaya çıxır?

– Bu məsələyə iki cür yanaşa bilərik. Qeyd etdiyiniz kimi, əgər xəbər və bülletenlər prizmasından baxsaq, xəbərə inteqrasiya olunmuş siyasi tok-şou formatı, yəni xəbər bülleteni üstünlük təşkil edir. Bunun içərisində informativ materiallar gedir, eyni zamanda, bir beynəlxalq və bir regional xəbərin dərindən təhlili aparılır. İndiyə qədər bizim gün ərzində beş xəbər-bülletenimiz yayıma gedirdi, bir saatlıq efir məhsulunun içərisində regional mövzuya həsr olunmuş iyirmi dəqiqəlik tok-şou təqdim edilirdi. Bir saatlıq bülletenin digər iyirmi dəqiqəsi isə operativ və aktual dünya xəbərlərinə fokuslanır. “AnewZ”in efir setkasına baxdıqda burada ekspert-analitiklərin sayı, həm də müxtəlifliyi göz önünə gəlir. Gün ərzində 10, 12, bəzən 14 ekspertin mövzulara müxtəlif baxış bucaqlarından şərhləri tamaşaçıya çatdırılır.

– Telekanalınızda yüksək səviyyəli komandanın formalaşdığından danışılır. Burada dünyanın müxtəlif ölkələrindən, fərqli coğrafiyalardan xeyli əcnəbi jurnalist çalışır. Siz həmin aparıcıların, ekspertlərin seçimində hansı meyarları əsas götürürsünüz?

– Bu suala cavabı bəlkə də bu formada ifadə etməyimiz doğru olar: yerli və xarici istedadların kompozisiyası. Yəni sözün həqiqi mənasında, biz həm Azərbaycanın media məkanında peşəkarlığı ilə seçilən və gələcəyinə böyük ümidlər bəslənilən, ilk dəfə məhz “AnewZ”in efirində görünən şəxslər var. Digər tərəfdən, dünyanın aparıcı media orqanlarında kifayət qədər zəngin iş təcrübəsinə malik insanların burada çalışmasından söhbət gedir. Onlar müxtəlif ölkələrdən və fərqli media strukturlarından dəvət olunublar. Bunların sırasında “CNN”, “Evronews”, “BBC”, “Əl-Cəzirə”, “TRT WORD” və digərlərinın adlarını çəkə bilərəm. Orada yetişmiş peşəkarlar indi təcrübələrini bizim telekanalda bölüşürlər.

Fərqli ölkələrin təcrübəsini eyni komandada toplamağın, bir növ, sintezə nail olmağın öz üstünlükləri var. Fəaliyyətimizdə yaradıcı ahəngdarlığın formalaşdırılması əsas missiyamızın kollektivin bütün üzvlərinə düzgün və dolğun təqdim olunmasından keçir. Bəli, biz regionun səsi olmağa çalışırıq. Hələlik bu yolun başlanğıcında olsaq da, inanıram ki, irəliyə doğru inamla addımlamağı bacaracağıq.

– Xəbər bülletenlərinin, analitik verilişlərin, tok-şouların bədii tərtibatının hazırlanmasında innovativ texnologiyalardan, konkret olaraq, süni intellektdən nə dərəcədə və hansı formada istifadə olunur?

– Həm yaradıcı, həm də texniki prosesə uyğun şəkildə müasir texnologiyaların ən son nailiyyətlərindən birmənalı istifadə olunur. Efir məhsullarımızın hazırlanmasında qlobal trendə çevrilmiş süni intellektin yeddi istiqamətdə seqmentinin tətbiqi var. Bu, daha çox video, eyni zamanda, foto məsələlərinə aiddir. Səs klonlaşdırılmasından tutmuş mətnin redaktəsi, montaj effektlərinə qədər materialların keyfiyyətinin daha da yaxşılaşdırılması xidmətlərindən yararlanırıq. Daha asan, daha əlçatan axtarış formalarının tətbiqini də qeyd etmək istərdim. Qlobal media məkanın səciyyəvi xüsusiyyəti odur ki, müasir auditoriya kontent olaraq qısa, daha çox vizual və qəbulu rahat, əlçatan efiri izləməyə meyillidir. Əslində, buna görə televiziya ilə digitalın arasında müəyyən uyğunlaşma yaratmağa çalışırıq. Buna “digital-force” deyilir. Bütövlükdə digital transformasiyanın bir növü hesab edilir.

– Aydın məsələdir ki, telemətbəxdən çıxan efir məhsulunun son aqibəti xüsusi əhəmiyyət kəsb edir. Öz məhsulunuzun tamaşaçıya, izləyiciyə operativ çatdırılmasına, efir sürətinə görə “AnewZ”i hansı beynəlxalq media qurumu ilə müqayisə edərdiniz?

– Maraqlı sualdır və ona tam səmimi cavab verməyə çalışacam. Başda “Evronews” olmaqla, əsas tərəfdaşlarımızla – dünyanın aparıcı media strukturları ilə sıx əməkdaşlıq edirik. İnformasiya mübadiləsi əməliyyat sistemlərinin formasından və tətbiqindən tutmuş kontentə yanaşmaya qədər bütün mərhələləri özündə əks etdirir. Bu barədə yaradıcı heyətlə danışanda, müzakirə aparanda belə bir ifadə işlədirik: kopyalamırıq, amma özümüzə məxsus yeni kontent yaratmağa çalışırıq. Ona görə də, müqayisə aparmalı, hansı mövqedə olduğumuzu müəyyənləşdirməli olsaq, ilkin mərhələ üçün orta səviyyədə qərar tutduğumuzu söyləyə bilərik. Ötən dövr ərzində siyasi gündəmin əsasını təşkil edən xəbərlərin mərkəzində olmağa çalışdıq. Hətta bəzi hallarda efir sürətimiz bəzi aparıcı xəbər mərkəzlərindən daha irəlidə idi...

– Növbəti sualımız bir qədər fərqli olacaq. Erməni lobbisinin təsir dairəsindəki bəzi qlobal media subyektləri Azərbaycana qarşı dezinformasiya kampaniyasını bu gün də davam etdirirlər. Doğrudur, buna qarşı mübarizə aparılır. İnformasiya müharibəsinin günümüzün reallığı olması faktını rəsmilərimiz də qeyd edirlər. Bu istiqamətdə mübarizənin effektivliyini artırmağın yollarını necə təsəvvür edirsiniz?

– Ümumiyyətlə, əgər biz Azərbaycan həqiqətlərinin dünyaya, beynəlxalq ictimaiyyətə çatdırılması məsələsindən danışırıqsa, düşünürəm ki, “AnewZ” kimi media platformalarının mövcudluğu, böyüməsi birmənalı şəkildə vacib və labüddür. Efir materiallarımızda regionun səsi olmağı hədəfləyiriksə, balanslı, neytral, bütün tərəflərin mövqeyini özündə əks etdirən xəbərlərin istehsalından söhbət getməlidir. Amma eyni zamanda, onu da fikirləşirik ki, xəbər siyasətində Azərbaycanın haqlı mövqeyinin qlobal auditoriyaya çatdırılması müzakirə predmeti ola bilməz. Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi, əgər biz regional baxış bucağından danışırıqsa, bunun əyani isbatı kimi İrəvan şəhərində keçirdiyimiz iki sorğunu göstərə bilərik. Sorğulardan birincisini 8 avqust Vaşinqton görüşündən sonra keçirdik.

Erməni respondentlərimiz Zəngəzur dəhlizi ilə bağlı öz fikirlərini telekanalımızın əməkdaşları ilə bölüşmüş, sülh prosesi barədə rəylərini bildirmişdilər. Yəqin izləmisiniz, həmin sorğularda biz erməni cəmiyyətində bu məsələlərə fərqli yanaşmaları olduğu kimi işıqlandırdıq. Məsələyə qlobal baxış sərgiləsək, əlbəttə ki, Azərbaycan həqiqətlərinin müasir jurnalistikanın standartlarına uyğun şəkildə, neytral və balanslı formada çatdırılması beynəlxalq auditoriyanın ölkəmizə olan inamını artıracaq. Hesab edirəm ki, məhz bu istiqamətdə daha səylə çalışmalıyıq ki, Azərbaycanın hansısa formada informasiya blokadasında qalmaması üçün yardımçı funksiyasını da yerinə yetirək.

– Bir il bundan əvvəl yayıma başlayarkən iddialı açıqlama vermişdiniz ki, məqsədlərinizdən biri Azərbaycanda ingilisdilli peşəkar jurnalistikanın inkişafına töhfə verməkdir. Bu istiqamətdə irəliləyiş varmı?

– Bəli, belə bir iddiamız var. Amma iddia həm də qarşıya qoyulan məqsədə çatmaq üçün əlavə dəstək sayıla bilər. Ötən bir ildə nail olduğumuz uğurları sadalayım, özünüz nəticə çıxararsınız. Fəaliyyətə başladığımız mərhələdə Azərbaycanın ali təhsil ocaqlarında ingilis dilində təhsil alan tələbə-jurnalistlərin “AnewZ”in müsabiqələrində iştirakını təşkil etmişik. Tələbələrin arasında 3-cü, 4-cü kurs tələbələri vardı ki, onlardan bəziləri üçün bura ilk iş yerinə çevrildi. Bəziləri artıq tam ştat olaraq kollektivimizə üzvlüyə qəbul olundular. Bu, birinci istiqamət oldu. İkincisi, bu yay təcrübə mübadiləsi proqramını reallaşdırdıq. Buna da maraq kifayət qədər böyük idi. Gənclərin iki həftə ərzində xəbərlər, eləcə də digital departamentdə qazandıqları təcrübə, gördükləri iş, yəni ümumi prosesin bir hissəsinə çevrilmələri həvəsləndirici məsələ sayılırdı. Düşünürəm ki, iddiamızı addım-addım, pillə-pillə gerçəyə çevirəcəyik.

– Sonda “AnewZ”in yaxın perspektivə yaradıcılıq planları, eləcə də Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılması yönündə yeniliklər barədə danışardınız.

– İl ərzində ona yaxın unikal layihələrimiz var idi ki, onlar özlərində ən müxtəlif istiqamətləri – sənədli filmlərdən tutmuş xüsusi reportaj sistemlərinə qədər ehtiva edirdi. Həmin layihələrdə postmünaqişə dövrünün reallıqlarını, dünyanın gündəmində olan məsələləri işıqlandırmağa çalışdıq. Mövzular müxtəlif, yanaşmalar fərqli idi. Bunlara misal olaraq, İsrail–HƏMAS münaqişəsində “AnewZ” hadisələrin episentrində idi. Bundan başqa, Rusiya–Ukrayna hərbi qarşıdurması ilə bağlı xüsusi reportajlar silsiləsi yayımladıq. Söhbət təkcə münaqişələrdən getmir. Məsələn, Roma Papasının seçkisi zamanı müxbirimiz Vatikanda idi və seçki günü oradan xüsusi reportaj hazırladı. Suriya hadisələrindən bəhs edən ayrıca sənədli filmimiz efirə verildi. Münaqişələrin ağır fəsadlarından biri sayılan, torpaqların minalarla çirkləndirilməsi problemindən bəhs edən orijinal seriyalarımız yayımlandı.

Bu qəbildən olan proqramların davam etdirilməsini nəzərdə tutmuşuq. Yeni mövsümdən (söhbət noyabrın 4-ü başlayacaq efir mövsümündən gedir – red.) etibarən tok-şou seqmentində müəyyən yeniliklərin tətbiqi barədə də düşünürük. Bu, səhər və axşam efirində canlı yayımlanan, özündə bir neçə komponenti birləşdirən saatyarımlıq veriliş olacaq. Digital transformasiya istiqamətində də yeniliklər gözlənilir. Ümumilikdə konseptual baxışda hazırda bir nömrəli prioritetimiz məhz digital transformasiyadır. Digitalizasiyaya dair dünyanın aparıcı nümunələrindən ilhamlanaraq, yaxın perspektivdə onun elementlərinin özümüzə məxsus tətbiqini ortaya qoyacağıq.

– Rüfət bəy, bir yaşınızı qəzetimiz adından təbrik edir, Azərbaycan naminə gördüyünüz faydalı işlərinizdə sizə yeni uğurlar diləyirik.

– Yubileyimizdə bizim yanımızda olduğuna görə Azərbaycanın aparıcı və ənənəvi, eyni zamanda, elektron xəbər yayımı istiqamətini də tətbiq edən “Xalq qəzeti”nin kollektivinə təşəkkürümü bildirirəm. Oxucu və izləyicilərə xəbərin ilk və etibarlı ünvanı kimi məhz sizin platformanıza üz tutmalarını tövsiyə edirəm.

Söhbəti qələmə aldı:
İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see216

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see204

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see180

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see179

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see132

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri