Icma.az
close
up
RU
Angela Merkel xatirələrinə görə nə qədər pul alacaq?

Angela Merkel xatirələrinə görə nə qədər pul alacaq?

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyanın keçmiş kansleri Angela Merkelin “Azadlıq” adlı xatirə kitabı ona milyonlar qazandıracaq və pensiyasına təxminən 15 min avro əlavə olunacaq.

Rusiya və Çin də daxil olmaqla 31 ölkədə eyni vaxtda nəşr olunan kitab Almaniyada bir nüsxəsi 42 avroya satılır.

Məlumata görə, Merkel və onun həmmüəllifi, ofisinin rəhbəri Beate Bauman xatirələr üzərində işləmək üçün “iki rəqəmli milyon” məbləğində avans alıblar.

Ekspertlər belə bir ödənişi kifayət qədər haqlı hesab edirlər, çünki kitab artıq özünü qlobal bestseller kimi təsdiqləyib və böyük partiyalar, o cümlədən siyasi təşkilatlar və fondlar ənənəvi olaraq belə kitabları böyük miqdarda alırlar.

Kitabın alman dilində nəşr hüquqları üçün gözlənilən avans təqribən 1,5-1,8 milyon avro təşkil edir ki, bu da Helmut Kolun memuarlarının qonorarından xeyli yüksəkdir.

Bununla belə, güclü marağa baxmayaraq, Merkel öz xatirələri üçün 60 milyon avroluq müqavilə imzalayan Barak və Mişel Obama kimi beynəlxalq fiqurlardan geri qalır.

Merkel və Bauman birbaşa Kiepenheuer & Witsch nəşriyyatı ilə müqavilə bağlayaraq ədəbi agentin əlavə xərclərindən yayınıblar.

Keçmiş kansler noyabrın 28-də ilk avtoqraf sessiyasını keçirib, bundan sonra o, Ştralsunddan başlayaraq Almaniyaya qastrol səfərinə çıxmağı planlaşdırır.

Xatırladaq ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin xatirələrində Trampın Putinlə niyə belə yaxşı rəftar etməsinin təfərrüatlarını açıqladığını yazıb. O, Avropanı genişmiqyaslı hərbi münaqişəyə aparan səbəblər haqqında fikirlərini bölüşdüyü xatirələr yazıb. /Lent.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri