Icma.az
close
up
RU
Angina, stomatit, damaq iltihabları zamanı Zəydən belə istifadə edin

Angina, stomatit, damaq iltihabları zamanı Zəydən belə istifadə edin

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Dağlarda əldə edilən təbii kristal zəy bir çox faydalı müalicəvi xüsusiyyətlərlə zəngindir. Zəy iltihabəleyhinə təsir edir, mikrobları öldürür, qanaxmanı saxlayır, qurudur, tərləmə, qaşınma ilə çox yaxşı mübarizə aparır.

Sağlamolun.az bildirir ki, zəy tər və piy vəzilərinin aktivliyini azaldır və bu səbəbdən təbii antiperspirant kimi istifadə olunur. Belə təbii antiperspirant hazırlamaq üçün kristal sadəcə emal olunur. Zəydən olan antiperspirant əksər hallarda allergiyaya səbəb olmur, dərini qıcıqlandırmır, tər axarların qapanmasına səbəb olmur.


Zəy müxtəlif dəri xəstəlikləri və zədələmələri zamanı çox yaxşı müalicəvi təsir edir - qaşınmanı və qıcıqlanmanı yox edir, dərini qurudur, üzərində qoruyucu təbəqə əmələ gətirir ki, nəticədə sağalma daha tez gedir. Zəy məhlulları müxtəlif dermatitlər, ekzema, uşaqlarda "bişməcə" və s. dəri problemləri zamanı çox yaxşı təsir edir. Bunun üçün zəy (apteklərdə toz şəklində satılır) suda həll olunur və islatmalar və müalicəvi vannalar şəklində istifadə olunur.


Zəy ayaqlarda göbələk xəstəliyi zamanı da çox yaxşı müalicəvi effekt verir. Hər gün yatmazdan əvvəl zəy əlavə olunmuş ayaq vannaları edin.


Belə ayaq vannaları həmçinin pis qoxunu aradan qaldırır, ayaqların tərləməsini azaldır. Ayaqlar həddən artıq tərləyirsə, evdən çıxdıqda corablara zəy tozunu tökün.
Zəy kəsiklər zamanı da yaxşı kömək edir. Kiçik kəsiklərin üzərinə zəy tozunu səpin - qanaxma tez dayanacaq, yara isə daha tez sağalacaq.


Zəy angina, stomatit, damaq iltihabları zamanı iltihab və mikrobəleyhinə vasitə kimi istifadə oluna bilər. Bunun üçün 1 stəkan isti suda 1/2 çay qaşığı zəy tozu həll etmək və bu məhlulla gün ərzində tez-tez qarqara etmək lazımdır.


Zəy məhlulu burun qanaxmaları zamanı tez kömək edir. Bunun üçün burnun üst hissəsinə buz, burnun içinə zəy məhlulunda isladılmış pambıq qoymaq lazımdır.
Babasil zamanı zəy məhlulu ilə oturaq vannaları etmək olar. Bu vasitə qanaxmanı dayandırır, iltihabı azaldır.


Zəy sağalmayan yaraların, varikoz xəstəliyi nəticəsində əmələ gəlmiş xoraların müalicəsində istifadə olunur. Bunun üçün islatmalar və ayaq vannaları istifadə olunur.


Zəy kosmetologiyada da geniş istifadə olunur. Zəy üz dərisində olan iltihabları müalicə edir, dərinin elastikliyini artırır, dərdə olan məsamələri daraldır, daha görünməz edir.


Yağlı məsaməli dərini daha sağlam etmək üçün belə maskadan istifadə edə bilərsiniz: 1 yumurtanın ağı (bir az çalmaq lazımdır), 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı zəy su ilə qarışdırın və üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.


Problemli, səpgili üz dərisini gün ərzində bir neçə dəfə zəy məhlulu ilə silmək lazımdır. Bu dərini daha sağlam edəcək.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri