Icma.az
close
up
RU
Ani çöküş, yoxsa xəyanət izi?

Ani çöküş, yoxsa xəyanət izi?

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Yay toplanışında hər şey yaxşı gedərkən, belə bir xəbər yayıldı – “Neftçi”də bəzi oyunçular Yuri Vernidubun ağır fiziki yükləmələrindən narazıdır.

Futbolda belə hallar olur, ancaq əsasən top-klublara xas situasiyadır. “Neftçi”nin son illər düşdüyü vəziyyət top-klub hekayəsi deyil.

Yuri Vernidubun təyinatından sonra ölüvay halından çıxarılaraq avrokubokla zonasınadək yüksəldilən nataraz heyət müəyyən “əl gəzdirmələrlə” gücləndirilə bilərdi. Lakin digər ukraynalı Roman Qriqorçukun vaxtında yayılan məsələ Vernidubun zamanında da aktivləş(diril)di…

Sanki “Neftçi” dirilməyə başlayarkən hansısa “əl” pəl atır və pozur.

…Yoxsa 2:0 öndə olduğu ilk 15 dəqiqədə anidən çökən komandaya niyə çevrilsin?

“Neftçi” ağır fiziki yüklənsəydi, ikinci hissədə çökərdi. Ən ağır yüklənməyə məruz qalan heyət belə nəinki 15, heç yarım saata da haldan düşməzdi. Deməli, fiziki yükləmə mövzusu blefdir.

“Neftçi” pərən-pərən düşdü və bu “domino effekti” ilə baş verdi. Sanki dayaq yarımmüdafiə zonası ilə müdafiə xətti arasında “kəsilən naqillər” xaosun əsasını qoydu və hər şey mükəmməl gedərkən sistem sarsıldı, oyun nizamı məhv oldu və “Dinamo” özü də inanmaya-inanmaya 4 qol vurdu.

Oyunsonrası açıqlamada Vernidubun də bu vəziyyəti məəttəl şəkildə şərh etməsi bir az qıcıq yaradıb. Lakin illərin təcrübəsi görür axı, məsələ fiziki yükləmədə-filanda deyil, oyunu pozan yorğunluq, çöküş yox, ani “qırılma” halları idi…

Məhz bu vəziyyətin doğurduğu “niyə?!” sualı hamı kimi Vernidubu da ritorikaya düçar qoymuşdu.

“Neftçi” yay toplanışında təcrübəli rəqiblərlə oynamışdı. İzləyənlər üçün sezmək çətinlik yaratmazdı – aydın görünürdü ki, oyun sistemi yerində, fiziki forma da həmçinin.

Həmin komandadan əsər-əlamət qalmadı və Minsk klubu bunu bacaracaq keyfiyyətdə deyil. “Neftçi”ni stoplayan, donduran rəqibin futbolu olmadı…

Subyektivimə inanıram, “ağ-qaralar” daxildən yaxşı-yaxşı saf-çürük edilməlidir.

Vernidub hədəfə alınıb və “xain plan” işini davam etdirir.

Dərhal ortaya atılan, “transferlər bərbaddır” iddiası da sanki kimlərəsə xidmət edir…

2-3-4 xəyanətkarın olması bəs edir ki, ən yaxşı transfer belə meydanda aciz görünsün. Quruluşu verilmiş oyun planını çökdürmək üçün ən effektiv ənənəvi “planlardan” biri də budur.

Futbolu müzakirə etməkdən ziyadə daxili iqlimin hardan pozulduğunu tapmaq və çözmək daha faydalı olar. Ki, “Neftçi”nin struktur olaraq indiki vəziyyətində bunu bacaracağına inamım azdır.

Sadəcə, heyfslənməyin verdiyi emosional təlatüm – komanda bu qədər aciz və dağınıq ola bilməz. Futbolyönlü istənilən təhlillə bunu isbatlamaq olar. “Xəyanətin” izinə düşülməlidir…

Elçin Cəlilov

P.S. Kaş “Neftçi” ilk 15 dəqiqədəki oyunu sərgiləsin. Belə olsa, mərhələni keçəcək. Amma keçsə də, keçməsə də, bu komandanın növbəti APL mövsümündə turnir cədvəlinin ortalarında avara qalmaması üçün “çistka” vacibdir.

“Neftçi”nin futbolunda problem görünmür, “pərdəni aralamaq” və yaxşı-yaxşı baxmaq gərəkdir…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 İyul 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri