Icma.az
close
up
RU
Hörmüz keçidi məngənədə: dönüş, yoxsa çöküş?

Hörmüz keçidi məngənədə: dönüş, yoxsa çöküş?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Münaqişə bitsə də, iqtisadi titrəyiş il boyu davam edəcək

Beynəlxalq maliyyə arxitekturasının əsas institutlarından olan Beynəlxalq Valyuta Fondu Yaxın Şərqdə baş verən müharibənin qlobal iqtisadiyyata təsirlərini geniş şəkildə təhlil edib. Fondun qiymətləndirmələrinə görə, bu münaqişə yalnız region ölkələrinin sosial-iqtisadi həyatını sarsıtmaqla kifayətlənmir, eyni zamanda, dünya iqtisadi sistemində zəncirvari təsirlər yaradır.

Mövcud vəziyyət göstərir ki, qlobal şok qeyri-bərabər paylanır və ən böyük yük məhz enerji idxalından asılı, maliyyə ehtiyatları məhdud olan ölkələrin üzərinə düşür. Münaqişənin yaratdığı təzyiqlər fonunda enerji, ərzaq və xammal bazarlarında qeyri-sabitlik daha da dərinləşir, bu isə ümumi iqtisadi artım tempinə mənfi təsir göstərir. Bu kontekstdə baş verənlər artıq təkcə regional böhran çərçivəsini aşaraq qlobal iqtisadi reallığın mühüm elementinə çevrilir.

Mövcud proseslərin dərinləşməsi fonunda enerji amili əsas təsir kanalı kimi ön plana çıxır. Xüsusilə də Hörmüz boğazı üzərindən həyata keçirilən enerji daşımalarının pozulması qlobal bazarlarda tarixi miqyasda təchizat zənciri problemləri yaradır. Dünya neftinin əhəmiyyətli hissəsinin və mayeləşdirilmiş təbii qazın mühüm payının bu marşrutdan keçməsi qiymətlərin kəskin artımını qaçılmaz edir. Nəticədə, enerji idxal edən ölkələr üçün bu artım, faktiki olaraq, əlavə maliyyə yükü yaradır və onların iqtisadi sabitliyini sarsıdır.

Bununla yanaşı, enerji qiymətlərinin yüksəlməsi sənaye istehsalına da birbaşa təsir göstərir. Xüsusilə Asiyanın iri sənaye iqtisadiyyatlarında yanacaq və elektrik xərclərinin artması məhsulun maya dəyərini yüksəldir, bu isə həm daxili bazarda qiymət artımına, həm də ixrac qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Eyni tendensiya Avropa üçün də xarakterikdir; burada enerji bazarlarında yeni dalğalanmalar əvvəlki böhranların təkrarlanması riskini artırır və həyat xərclərini yüksəldir.

Digər mühüm istiqamət isə qlobal təchizat zəncirlərində baş verən dəyişikliklərlə bağlıdır. Dəniz nəqliyyat marşrutlarının dəyişdirilməsi, sığorta və logistika xərclərinin artması beynəlxalq ticarətin ümumi dəyərini yüksəldir. Bu isə nəticə etibarilə həm istehsalçıların, həm də istehlakçıların üzərinə əlavə yük qoyur. Xüsusilə gübrə və kənd təsərrüfatı məhsullarının daşınmasında yaranan problemlər ərzaq təhlükəsizliyi məsələsini daha da aktuallaşdırır.

Bütün bu faktorlar paralel şəkildə qlobal inflyasiya təzyiqlərini gücləndirir. Tarixi təcrübə göstərir ki, enerji qiymətlərinin uzunmüddətli artımı adətən iqtisadi artımın zəifləməsi ilə müşayiət olunur. Artan nəqliyyat və istehsal xərcləri son nəticədə mal və xidmətlərin qiymətlərinə ötürülür, bu isə xüsusilə aşağı gəlirli ölkələrdə sosial-iqtisadi gərginliyi artırır.

Digər tərəfdən, Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgieva “Reuters” agentliyinə müsahibəsində bildirir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları dünyada daha yüksək inflyasiyaya və iqtisadi artımın azalmasına səbəb ola bilər.

Onun sözlərinə görə, münaqişə tezliklə başa çatsa belə, BVF qlobal makroiqtisadi proqnozlarını aşağı salmağı planlaşdırır: “Hazırda bütün yollar daha yüksək qiymətlərə və daha aşağı iqtisadi artıma aparır. Müharibə bu gün bitsə belə, dünya uzun müddət onun mənfi nəticələrini hiss edəcək”.

K.Georgieva bildirib ki, enerji ehtiyatları olmayan kasıb və həssas ölkələr bu vəziyyətdən daha çox zərər görəcək. Onun sözlərinə görə, bir çox ölkələrin artan qiymətlərlə mübarizə aparmaq və vətəndaşlarına dəstək vermək üçün kifayət qədər maliyyə imkanları yoxdur. BVF rəhbəri bəzi dövlətlərin artıq maliyyə yardımı üçün müraciət etdiyini, lakin onların adlarını açıqlamadığını qeyd edib.

Niderlandın "ING Group" şirkətinin hesabatında isə qeyd olunur ki, Azərbaycanın idxalının təxminən yarısı Yaxın Şərqdəki vəziyyətlə bağlı inflyasiya risklərinə məruz qalır. Hesabata görə, 2025-ci ilin əvvəlindən inflyasiya 5–6 faiz diapazonunda qalır. İstehlak qiymətləri həm daxili tarif artımları, həm də idxal olunan məhsulların qiymət artımı səbəbindən risk altındadır. Dünya ərzaq qiymətlərinin 10 faiz artımı inflyasiya səviyyəsinə təxminən 1,5 faiz bəndi əlavə edə bilər.

ING analitikləri bildirirlər ki, ölkənin pul-kredit siyasətinin daha da yumşaldılması üçün imkanlar məhduddur. 2026-cı ilin yanvarında Azərbaycan Mərkəzi Bankı inflyasiyanın hədəf diapazonunu əsas gətirərək uçot dərəcəsini 25 baza bəndi azaldıb və 6,50 faizə endirib. Lakin yüksək dollarlaşma və ərzaq idxalı xərcləri faiz dərəcələrinin daha da endirilməsini çətinləşdirir.

Həmçinin vurğulanır ki, son aylarda Yaxın Şərqdəki gərginlik, İranın nüvə proqramı ilə bağlı qarşıdurmalar və ABŞ-İsrail hərbi hücumları region enerji infrastrukturuna və dəniz nəqliyyatına risk yaradıb. Hörmüz boğazındakı təhlükəsizlik gərginliyi neft qiymətlərinin kəskin artmasına səbəb olub və bu, Azərbaycanın idxal inflyasiyasına əlavə təzyiq göstərir.

Ölkəmizin neft gəlirləri aspektində isə mənzərə belədir: neftin orta illik qiymətinin hər 10 dollar artması ölkə iqtisadiyyatına təxminən 2,2 milyard manat əlavə gəlir gətirir. Bu məbləğin təxminən 8 milyard manatı Dövlət Neft Fondunun gəlirlərinin artmasına, təxminən 4 milyard manatı isə dövlət büdcəsinə vergi daxilolmalarının yüksəlməsinə yönəlir. Neftin yüksək qiyməti ölkənin tədiyə balansına müsbət təsir göstərir və ixrac gəlirlərini artırır. O cümlədən Rusiya-Ukrayna münaqişəsinin nəticələri və körfəz bölgəsindəki obyektlərə hücumlar qiymətlərin enməsini məhdudlaşdıracaq, çünki ixrac imkanlarının bərpası vaxt tələb edir.

Hazırda ABŞ və İran arasındakı atəşkəs razılaşması enerji qiymətlərində düşməyə səbəb olub. Lakin bu heç də vəziyyətin normallaşması demək deyil. Ümumi rəy belədir ki, 2026-cı ildə neft qiymətləri yüksək səviyyədə qalacaq və hətta münaqişələr tezliklə başa çatsa belə, onların təsiri bir müddət bazarda hiss olunacaq.

Böyük Britaniyanın “Energy Aspects” analitik şirkətinin təsisçisi Amrita Sen bildirib ki, əvvəlcədən razılaşdırılmış qiymətlər elə təəssürat yaradır ki, vəziyyət o qədər də gərgin deyil. Halbuki maliyyə bazarı real xammal çatışmazlığını gizlədir və bu çatışmazlıq artıq hər yerdə hiss olunur. Misal kimi Avropada topdansatış dizel qiymətlərinin artıq 200 dollar/barel səviyyəsinə çatdığını göstərib.

“Bloomberg”in məlumatına əsasən, hazırda İran nefti misli görünməmiş qiymət dönüşü edib və 2022-ci ilin mayından bəri ilk dəfə olaraq qlobal etalon “Brent” markasına qarşı premiumla ticarət olunmağa başlayıb. İranın əsas ixrac markası olan “Iranian Light Brent”ə nisbətdə müsbət zonaya keçərək barel üzrə 1 dollar premiuma çatıb.

"Allianz Trade" beynəlxalq sığorta və risklərin idarə edilməsi şirkəti isə Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və Hörmüz boğazında gəmiçiliklə bağlı fəaliyyətin pozulması fonunda Azərbaycanın ölkə reytinqini C1 səviyyəsindən B1 səviyyəsinə yüksəldib. Şirkətin mütəxəssisləri vurğulayırlar ki, yaranmış vəziyyət bütövlükdə ödəniş qabiliyyətinin olmaması ilə bağlı risklərin yenidən hərtərəfli qiymətləndirilməsinə səbəb olub, üstəlik reytinqləri aşağı salınan dövlətlərin sayı reytinqləri yüksəldilən dövlətlərin sayından çox olub.

Analitiklər onu da qeyd edirlər ki, ölkə səviyyəsində reytinqlərin aşağı salınması Hörmüz boğazındakı şokdan birbaşa təsirlənən və ya daxili problemlər yaşayan iqtisadiyyatlar arasında özünü göstərib. Qazaxıstan və Azərbaycan karbohidrogenlərə sabit tələbdən və öz geosiyasi mövqelərinin yaxşılaşmasından fayda əldə edir. Regional normallaşma nəticəsində Azərbaycanda da siyasi risklərin azalması qeydə alınır.

N.ABDALOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri