Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İlhamə Quliyeva müsahibə verdi və ağladı

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Anım Günü Azərbaycanın haqq və şərəf işi olan ərazi bütövlüyü və suverenliyi uğrunda gedən mübarizənin simvoludur

Anım Günü Azərbaycanın haqq və şərəf işi olan ərazi bütövlüyü və suverenliyi uğrunda gedən mübarizənin simvoludur

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.                                                                    

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycana qarşı 200 ildən artıq ərazi iddiaları və düşmənçilik siyasəti aparan Ermənistan ötən əsrin əvvəllərində Zəngəzura və digər tarixi torpaqlarımıza sahib olduqdan sonra növbəti işğal planlarını həyata keçirməyə çalışmış, ötən əsrin 90-cı illərində bölgədə və ölkəmizdə yaranmış siyasi şəraitdən və həmin dövrdəki yarıtmaz hakimiyyətin səriştəsizliyindən istifadə edərək Qarabağı və Şərqi-Zəngəzuru ilhaq etməyə nail olmuşdur.

Xarici havadarları tərəfindən silahlandırılan ermənilər bir milyon soydaşımızı doğma yurd-yuvasından didərgin salaraq Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan Ermənistanın hərbi-siyasi rəhbərliyi öz qəsbkar siyasəti ilə dinc əhalini amansızcasına qətlə yetirmiş, Azərbaycanın mədəni irsini məhv etmiş, yüzlərlə yaşayış məntəqəsini vandallığa məruz qoymuşdur. Xocalı, Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir.

30 il ərzində beynəlxalq ictimaiyyətin “ikili standartlar” siyasətinə, o cümlədən ATƏT-in Minsk qrupunun münaqişənin həllinə yox, dondurulmasına xidmət edən fəaliyyətinə arxalanan İrəvan aparılan sülh danışıqlarına məhəl qoymayaraq hətta yeni ərazi iddialarına dair sərsəm bəyanatlar verirdi. Beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirən və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışan Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən işğal faktına dair qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi üçün uzun illər fasiləsiz səylər göstərmiş, ancaq bu sənədlər 27 il kağız üzərində qalaraq icra olunmamışdır.

Nəticəsiz danışıqlar birmənalı olaraq onu şərtləndirirdi ki, Ermənistan vaxtı uzatmaqla status-kvonu möhkəmləndirməyə, işğalı əbədiləşdirməyə çalışır. Eyni zamanda, ərazilərimizdə təxribatlar törətmək və təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəşlər açmaqla Azərbaycanı işğalla barışmağa məcbur etmək istəyirdi.

İşğalla heç zaman barışmayacağını bəyan edən Ali Baş Komandan İlham Əliyev Azərbaycanın daim güclənən iqtisadi potensialını nümunəvi və peşəkar Zəfər Ordusunun formalaşmasına yönəltdi, Ulu Öndər Heydər Əliyevin ali tapşırığı olan torpaqlarımızın azad edilməsi yolunda bütün səylərini birləşdirdi.

Prezident İlham Əliyev 17 il ərzində dayanıqlı iqtisadi arxitekturanı möhkəmləndirdi, onun düzgün strategiya və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyi daha da artırdı, respublikamız iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən və ya beynəlxalq maliyyə qurumundan asılı olmayan güclü dövlətə çevrildi. Bu qüdrətli yüksəliş təminatı ordu quruculuğunda da əsaslı dönüşə səbəb oldu, bütün vəzifələri yerinə yetirməyə qadir Silahlı Qüvvələr bərqərar oldu.

2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz Ermənistana sarsılmaz gücünü nümayiş etdirdi və işğalın tezliklə bitəcəyinin, Qələbənin ilk anonslarını verdi.

Bu döyüşlərdən və üzləşdiyi ağır itkilərdən nəticə çıxarmayan İrəvan hakimiyyəti təxribatlarını davam etdirməklə, Azərbaycanın digər ərazilərinin işğalı bəyanatları verməklə müharibə hərəkatını alovlandırdı.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutan Ermənistan ölkəmizə qarşı növbəti təcavüzə başladı. Ordumuzun hərbi qulluqçularının və 11 dinc sakinimizin, o cümlədən iki uşağın həlak olması ilə nəticələn bu diversiya aktını dəf etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək, hərbi təcavüzə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün əks-hücuma keçmək əmri verdi.

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, hərbi müstəvidə əldə edilən qələbənin növbəti fazası siyasi müstəvidə davam etdirildi və nəticədə 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, qan tökülmədən Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və hərbi infrastrukturunun zərərsizləşdirilməsi, azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı həyata keçirildi.

Beləliklə, Prezident İlham Əliyev Zəfərin nidasını qoyaraq Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin qanını yerdə qoymadı, tarixi ədaləti, beynəlxalq hüququ və haqqı, Azərbaycanın dövlət suverenliyini və Konstitusiya quruluşunu təmin etdi.

Ali Baş Komandan ərazilərimizin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin hərbi qulluqçularına yüksək ehtiramın əlaməti olaraq müxtəlif orden və medallarla təltif edib. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin təsis olunmuş 15 medal Vətən müharibəsində qələbəmizi təmin edən igidlərə verilən ali dəyərin rəmzlərindən biridir.

Dövlət başçısının  2020-ci il 2 dekabr tarixli Sərəncamına  əsasən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Anım Günü kimi qeyd edilməyə başladı ki, bu da Zəfər salnaməmizi xalqımızın və gələcək nəslin milli yaddaşında daimləşməsini təmin etməkdədir.  

Azərbaycanın qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradıldı. 10 hektar ərazidə salınan Zəfər Parkının girişində hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı və muzey ötən ilin noyabrında istifadəyə verilib.

Münaqişə bitib və artıq Azərbaycan və Ermənistan sülh gündəliyinin son akkorduna – dayanıqlı barış, regional əməkdaşlıq və rifah cəmiyyətinin qurulmasına yönələn qətiyyətli səylər nümayiş etdirir. Avqustunda 8-də Vaşinqtonda sülh sazişi mətninin paraflanması tarixi anlaşma olmaqla uzunömürlü regional sabitlik, iqtisadi inkişaf və təhlükəsizlik sahələrində yeni imkanlar açmaqdadır.

30 il səmərəsiz fəaliyyəti ilə etimadsızlıq təsisatına çevrilmiş ATƏT-in Minsk qrupunun ləğv olunması da Azərbaycan və Ermənistan arasında dinc qonşuluq mühitində münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyir.

Prezident İlham Əliyevin təkrarolunmaz unikal siyasi zəkası və sarsılmaz qətiyyəti, dəmir iradəsi sayəsində Azərbaycan qazandığı Zəfəri siyasi mübarizə meydanında da qalibiyyətlə bitirərək regiona sülh və sabitlik, beynəlxalq hüquqa isə ədalətlilik prinsiplərini gətirdi.

Ramid Namazov,

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see254

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see240

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see213

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see211

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see209

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see195

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see189

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see187

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see161

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see155

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see147

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see145

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri