Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ankara, 10 fevral, AZƏRTAC
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis fevralın 11-də Türkiyəyə rəsmi səfər edəcək.
AZƏRTAC xəbər verir ki, qarşıdan gələn səfər zamanı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Kiriakos Mitsotakisin sədrliyi ilə Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclası keçiriləcək.
Danışıqlardan sonra bir sıra sənədlərin imzalanması planlaşdırılır. Tərəflər qarşılıqlı ticarət dövriyyəsini hazırkı 6,6 milyard dollardan ildə 10 milyard dollara çatdırmağa hazır olduqlarını bəyan edirlər.
Türkiyə mediasının məlumatına görə, yüksəksəviyyəli danışıqlar zamanı geosiyasi proseslərə, xüsusən də NATO missiyalarına töhfələrə və Avropa təhlükəsizliyinin gücləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Ankara ilə Afina arasında münasibətlər son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb və bu, Egey və Aralıq dənizi bölgələrində etimadın gücləndirilməsinə hazırlıq bəyanatlarında öz əksini tapıb. Xüsusilə, Afina Türkiyə vətəndaşlarına Egey dənizindəki Yunan adalarını ziyarət etmək üçün qısamüddətli vizalar vermək qərarına gəlib.
Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının əvvəlki iclası 2023-cü ilin sonunda Prezident Ərdoğanın iştirakı ilə Afinada keçirilib. Bu müsbət gündəm Yunanıstan Baş nazirinin 2024-cü ildə Türkiyəyə səfəri ilə davam etdirilib.
Türkiyə və Yunanıstan liderləri BMT və NATO da daxil olmaqla beynəlxalq tədbirlər çərçivəsində də görüşlər keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 10 Fevral 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















