Icma.az
close
up
RU
Ankara ilə Dəməşq arasında hərbi əməkdaşlıq mümkündürmü? (ŞƏRH)

Ankara ilə Dəməşq arasında hərbi əməkdaşlıq mümkündürmü? (ŞƏRH)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Suriya administrasiyasının Türkiyədən rəsmi şəkildə hərbi dəstək istəməsi və hərbi əməkdaşlığa dair sazişin gündəmdə olması bölgədə mühüm geosiyasi dəyişikliklərin baş verməsindən xəbər verməklə yanaşı, regionun təhlükəsizlik arxitekturasında dönüş nöqtəsi olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib. 

Ekspert qeyd edib ki, Suriya uzun müddət Türkiyəni öz ərazi bütövlüyünə təhdid kimi görürdü, xüsusilə də Türkiyənin Suriyanın şimalında apardığı əməliyyatlara görə Ankaranı təhdid kimi görürüdü:

"Eyni zamanda, Suriyanın șimalında kök salan bölücü terror qruplașmaları Türkiyənin təhlükəsizliyinə ciddi təhdid formalașdırırdı. Lakin indi, görünür ki, yeni hakimiyyət orqanları bu yanaşmadan imtina edərək Ankara ilə əməkdaşlığı zəruri sayır". 

Bu isə həmsöhbətimizə görə, Suriya rəhbərliyinin real təhlükələri - xüsusən də İŞİD və İsrail faktorunu - prioritet hesab etdiyini göstərir:

"Türkiyə ilə Suriya arasında yaxınlaşma fonunda İsrailin Suriyadakı hərbi hədəfləri, YPG terror qruplașmasının təhdidi, daxildə müəyyən icma və silahlı qruplașmalarla bağlı təsirlər qalmaqdadır. "Hürriyet”in məlumatına görə, Ankara və Dəməşq bu yaxınlaşmanı İsrailin mümkün təxribatlarına qarşı ortaq müdafiə mexanizmi qurmaq kimi dəyərləndirirlər. Bu isə İsrail-Türkiyə münasibətlərində yeni gərginlik nöqtəsinə çevrilə bilər".


Vüqar Zifəroğlu düşünür ki, Türkiyə üçün bu əməkdaşlıq Suriyadakı kürd qruplaşmalarına qarşı (PKK/YPG) mübarizədə legitim zəmin yaradır, bu ölkədəki qaçqın problemini həll etmək üçün yeni siyasi platforma təmin edir və ən əsası, bölgədə Rusiya və İranın təsirinə qarşı balanslaşdırıcı rol oynayır: 

"Planlaşdırılan hərbi əməkdaşlıq sazişi təkcə birgə təlimlər və sərhəd təhlükəsizliyi ilə məhdudlaşmır - burada kəşfiyyat məlumatlarının paylaşılması da önə çıxır. Bu isə iki ölkə arasında etimadın artdığını və strateji əməkdaşlığın dərinləşəcəyini göstərir".

Bununla belə, siyasi şərhçi qeyd edir ki, bu hərbi əməkdașlıqla bağlı müəyyən risklər də mövcuddur:

"Bu yaxınlaşma İran və Rusiya ilə Suriyanın münasibətlərində müəyyən təzyiq elementlərinin ișə düșməsinə səbəb ola bilər. Eyni zamanda, İsrailin bu yeni oxu təhlükə kimi dəyərləndirib bölgədə hərbi fəallığını artırması mümkündür. Daxildə isə bəzi qüvvələr, İsrailin dəstəklədiyi durizdlər, İranın dəstəklədiyi nüseyrilər və hazırda passiv olan proksiləri və YPG timsalında kürd terror qrupları, bu sazişə qarşı çıxa bilər". 

Həmsöhbətimiz bildirir ki, ümumiyyətlə bu addım həm Suriyada dövlət institutlarının bərpası, həm də Türkiyənin sərhəd təhlükəsizliyi baxımından mühüm nəticələr verəcək. 

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Suriya daxili təhlükəsizliyi təmin etmək üçün Ankaradan rəsmi olaraq hərbi dəstək istəyib. Nazirlikdən bildiriblər ki, Suriya administrasiyası Türkiyəyə müdafiə qabiliyyətini gücləndirmək və bütün terror təşkilatları, xüsusilə İŞİD ilə mübarizə aparmaq məqsədilə rəsmi dəstək sorğusu ilə müraciət edib. 

Türkiyənin "Hürriyet” qəzetinin məlumatına görə isə Ankara ilə Dəməşq arasında hərbi əməkdaşlıq üzrə hərtərəfli saziş imzalanacaq. Nəşr qeyd edir ki, qeyd edir ki, Ankara və Dəməşq bu mühüm addımı Suriyanın təhlükəsizliyinə qarşı İsrailin yaratdığı təhdidlər fonunda atmağa qərar veriblər. Məlumata görə, imzalanması gözlənilən sənəd hərbi təlimlərdən tutmuş sərhəd təhlükəsizliyi və kəşfiyyat məlumatlarının mübadiləsinə qədər bir çox sahəni əhatə edəcək. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 İyul 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri