Icma.az
close
up
RU
Natiq Əhmədovun xatirəsinə

Natiq Əhmədovun xatirəsinə

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Natiq Əhmədov işğal altında olan torpaqlarımızın azadlığı uğruna 27 sentyabr 2020-ci ildə başlayan haqq savaşına qatılıb. İlk döyüşü Füzuli istiqamətində, son döyüşü isə 11 oktyabrda Hadrutun azadlığı uğruna olub. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün savaşda vəzifə borcunu, yurdu qarşısında övladlıq borcunu ləyaqətlə, hünərlə yerinə yetirib. Anasını 6 yaşında-2003-cü il oktyabrın 11-də itirib Natiq. Bəlkə elə  ana həsrətli olduğundan 17 il sonra onun vəfatı günündə-oktyabrın 11-də şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub.İgidliyinə cəsurluğuna, hərbi bacarıqlarına görə ona çavuş rütbəsi veriib.

27 sentyabr 2020-ci ilə qədər necə yaşayıb Natiq?

Natiq Namiq oğlu 9 mart 1997-ci ildə Bakının Xəzər rayonununun Binə qəsəbəsində dünyaya gəlib. Ailənin sonbeşiyi, 3 bacının yeganə qardaşı idi.  2013-cü ildə dünyasını dəyişən nənənin də, atası Namiqin də, bacılarının da əziz-xələfiydi Natiq.

Ailə əvvəl Xətai rayonunda yaşayıb. Natiq Xətai rayonundakı Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə doqquzillik təhsil aldıqdan sonra 7 nömrəli peşə liseyində təhsilinə davam edib. 2015-2016-cı ildə Naxçıvanda müddətli həqiqi hərbi xidmətini uğurla, təşəkkürnamələrlə başa vurub. Xidmətdən qayıtdıqdan sonra bərbər işləyib. Maşın sürməyi, rəqs etməyi çox sevən Natiq adamların xarici görkəminə, geyiminə, saç düzümünə çox önəm verirdi.  
“İstəyirdi hamı gözəl görünsün. Gözəlliyi sevirdi.-deyir bacısı Aytən.-Öz xarici görkəminə də çox fikir verirdi. Gözəl nitq qabiliyyəti vardı. Başqalarının da nitqinə diqqət edərdi. Ümumiyyətlə, nəsə fərqli işlər görmək istəyirdi. Deyərdi “mən bu dünyanın adamı deyiləm”. Adi yaşamaq istəmirdi.

Aliyə Abdullayevanın dediklərindən: Seçilmək-Qəhrəmanlıq arzusu vardı qardaşımın. Torpaqlarımızın işğalda olması onu narahat edirdi. Tovuz hadisələri baş verəndə bibim oğlu ilə birlikdə könüllü yazılmışdı. Rahatlıq tapmırdı. Deyirdi ki , müharibə olsa gedəcəm. Bilirdim ki, gedəcək. Sadəcə “ataya deməyin” demişdi. Müharibə başlayan kimi də könüllü savaşa yollandı.

Atanın baxışlarındakı həsrət yağış olub yağsa, daşları əridər yəqin...Bu boyda ağrını necə daşıyır gözlər? Baxa bilmirsən. Sadəcə qulaq asırsan: Onların ana həsrətlərinə məlhəm olmağa çalışmışam həmişə. Natiq kiçik idi, 6 yaşında. Nə qədər əzizlənsə də, ana nisgilini hiss edirdim. Böyüdükcə gizlətməyə çalışırdı məndən, mənim qayğıma qalırdı oğlum... Savaşa getməyini də gizlədib. Mənə demədən gedirmiş. Həmin gün təcili yardımda növbətçi idim. Öz oğlumu gördüm. Heç nə demədim. Özüm yola saldım onu müharibəyə. İmkan olanda zəng edirdi. “Ata, haqqını halal et, müharibədi hər şey ola bilər. Bil ki, oğlunla fəxr edəcəksən həmişə”-deyərdi. Bizim yükümüzü daşıdı onlar. Mən şəhid olmalıydım, oğlum şəhid oldu.-Oğlu ilə vidalaşdığı son anın şəklinə baxır ata. Natiq gülür, sevinir. Atanın üzü qayğılıdır- Son şəklimizdi. Müharibəyə getməyinə sevinirdi. Əmin idi qalib olacağımıza.  Amma Natiq, onun kimi oğullar bu qələbə ilə ordumuzun gücünü, ali baş komandanın iradəsini göstərdilər. Azərbaycanı qüdrətli dövlət kimi tanıtdılar bütün dünyaya.

Natiqin xatirəsinə həsr olunmuş guşədə onu xatırladan çox şey var. Təltif olunduğu “Vətən uğrunda”,”Xocavəndin azad olunmasına görə “,  ”Füzulinin azad olunmasına görə”, 3-cü dərəcəli ”Vətənə xidmətə görə” medallar da var. Bir də dostu Hüseynin Natiqin şəhid olduğu yerdən götürdüyü torpaqla yanaşı üzərində onun qanı olan qol saatı. Torpaq və zaman. Üzərində torpaq uğruna şəhid olanların qanı olan zaman. Nə qədər belə zaman var tariximizdə. Bu zamansa fərqli oldu. Qələbə tarixinin zamanı oldu.

Savaşa hamıdan xəbərsiz, yaxınlarına belə demədən könüllü qatılıb Hüseyn Qurbanov. “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medallarına layiq görülüb: Natiq mənim manqa komandirim idi. Çox doğmalaşmışdıq. “Qardaşım” deyirdi mənə. Azad etdiyimiz ərazidə düşmənin qoyub qaçdığı BMP-nin qarşısında şəkil çəkdirdik. Sevinirdik, tapşırığı yerinə yetirmişdik. Amma bu son şəklimiz oldu. Növbəti hücuma hazırlaşırdıq Hadrut istiqamətində. Hadrut alınmaz qala kimiydi. Bilirdik ki, çətin döyüş olacaq. Bir-birimizlə halallaşdıq. Dağa qalxırdıq.  Demək olar ki, yanaşı irəliləyirdik. Azca ondan geridə idim. Ermənilər bizi artilleriya atəşinə tutdu. Sonuncu top mərmisi Natiqin yanına düşdü. Yaralandığını gördüm, ona yaxınlaşdım, qollarımın arasına aldım. Çox qan itirirdi. Çalışırdım ki, huşunu itirməsin. Şillələyirdim. 5-6 saniyə üzümə baxdı “anamın yanına gedirəm” dedi... Bizim taborun ilk şəhidi olan Natiq əvəzsiz döyüşçü, əvəzsiz silahdaş idi. Çox ağır oldu itgisi. Göz yaşlarıma hakim ola bilmədim. Həmin döyüşdə qəlpə yarası alsam da, şəxsi heyətin yardımından sonra döyüşdən çıxmadım,  Onun silahını götürdüm. Son döyüşümə qədər onunla döyüşdüm. Natiqin də, bütün şəhidlərin də, 30 illik ağrıların da qisasını aldıq.

Komandiri gizir Elmar Bəhramlı: Çox ağır döyüşlərdən sonra bölüylə Hadruta daxil olduq. Onda əsgərləri gözdən keçirdim. Döyüşmək çətin deyil, döyüş yoldaşlarını itirmək, onları bir daha görməmək ağır olur. Hamısı da əziz idi. Natiqsə bir başqa idi mənim üçün. O qədər çevik, mərd, dürüst idi. Döyüşdən sonra gözlərim Natiqi axtardı. Hüseyn Natiqin şəhid olduğunu deyəndə dünyam qaraldı elə bil. Nə gizlədim, hönkür-hönkür ağladım. Amma müharibədi, qarşında bu qədər oğulların itkisinin səbəbkarı olan düşmənin var. Biz haqq uğruna, ali amalımız uğruna vuruşurduq. Qələbəyə inanırdıq. Bu elə-belə döyüş qələbəsi deyil. Bu  həqiqətin, ədalətin qələbəsidir.

Elmar haqlıdır. Bu ədalətin qələbəsidir.

Bizə ədalətin qələbə sevincini yaşatdı igidlərimiz.

Dövlətimizi nə qədər güclü olsa, ədalətimiz qalib olacaq. Ədalət qalib olduqca dövlət güclənəcək!

Ədalətin qalib olduğu dövlətin varsa, xoşbəxtsən!

Kamalə Abiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri