Icma.az
close
up
RU
GƏDƏBƏY RAYONUNUN ADININ QZILTORPAQ OLARAQ DƏYİŞDİRİLMƏSİ TƏKLİFİ

GƏDƏBƏY RAYONUNUN ADININ QZILTORPAQ OLARAQ DƏYİŞDİRİLMƏSİ TƏKLİFİ

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Tarixi, iqtisadi və mədəni əsaslar

Son illərdə Azərbaycanın bir sıra bölgələrində toponimlərin yenilənməsi, tarixi və mədəni dəyərlərə daha uyğun adların seçilməsi ilə bağlı müzakirələr kontekstindən çıxış edərək, bir vətəndaş və Gədəbəyə ürəkdən, candan bağlı , həm də  bu gözəl diyarın bir övladı olaraq TƏKLİF  EDİRƏM Kİ, Gədəbəy adı  “Qızıltorpaq” ilə əvəz edilsin. Təklif  etdiyim bu İSTƏK   həm tarixi köklərə, həm də bölgənin iqtisadi və simvolik mahiyyətinə əsaslanır.

Tarixən Gədəbəy Azərbaycanın ən qədim mədənçilik mərkəzlərindən biri kimi tanınmışdır. Buradakı mis və qızıl yataqları hələ XIX əsrdə dünya sənayesinin diqqətini cəlb etmiş, Nobel qardaşları və Siemens kimi şirkətlərin bölgədə fəaliyyət göstərməsi tarixə düşmüşdür. “Qızıltorpaq” adı məhz bu tarixi mirası yada salır və bölgənin köklü sənaye ənənəsini məntiqli şəkildə simvolizə edir. Rayon ərazisi təbii sərvətlərlə zəngindir. Qızıl, mis yataqları həm tarixi, həm də müasir dövrdə Gədəbəyi iqtisadi cəhətdən strateji bölgəyə çevirib.

“Qızıltorpaq” adının seçilməsi rayonun iqtisadi potensialını daha aydın ifadə edə, brend dəyərini yüksəldə bilər. “Qızıltorpaq” ifadəsi təkcə mədənçiliyi xatırlatmır. Bu ad həm də torpağın dəyərini, müqəddəsliyini və bərəkətini vurğulayan poetik məna daşıyır. Azərbaycan ədəbiyyatında “qızıl torpaq” obrazı tez-tez vətən anlayışı ilə yanaşı işlədilir. Bu baxımdan bu yeni ad həm milli-mədəni simvolika ilə uyğundur, həm də bölgənin obrazını gücləndirir. Son illərdə ölkədə turizmin inkişafı fonunda bölgələrin adları onların tanıdılmasında mühüm rol oynayır. Dünyada bir çox regionun uğurla tanınması məhz adın yaddaqalan olmasından başlayır.

Zənimcə “Qızıltorpaq” adı turistlər üçün həm ekzotik, həm maraq doğurucu, həm də cəlbedici səslənər və bölgənin təqdimatını gücləndirə bilər. Niyə məhz “Qızıltorpaq”?

1. Tarixi mədənçilik ənənəsini əks etdirir

2. Rayon qızıl-mis yataqları ilə tanınır

3. Poetik və milli çalarda səmimi bir ifadədir

4. Bölgənin tanıtım dəyərini yüksəldə bilər

5. Yaddaqalan və özünəməxsus bir addır

Düşünürəm ki, Gədəbəy rayonunun adının “Qızıltorpaq” olaraq dəyişdirilməsi ideyası sadəcə toponim dəyişikliyi deyil, həm tarixi, həm iqtisadi, həm də mədəni əsaslara söykənən konseptual bir yanaşmadır.

Zəka Vilayətoğlu.

yazıçı, şair, Prezident mükafatçısı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Dekabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri