Icma.az
close
up
RU
Ankara İrəvan münasibətləri: prinsiplər dəyişməzdir

Ankara İrəvan münasibətləri: prinsiplər dəyişməzdir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İmzalanacaq sülh regiona nələr vəd edir?

Cənubi Qafqazda sabitliyin və əbədi sülhün bərqərar olması istiqamətində atılan addımlar prosesə sürət qazandırıb. Avqustda Vaşinqtonda baş tutan görüşlər və imzalanan sənədlər, xüsusilə, sülh sazişi layihəsinin paraflanması danışıqların müsbət nəticə ilə yekunlaşacağı barədə ümidləri artırıb. 2022-ci ildən start götürmüş sülh prosesi ümumilikdə Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyması üçün real vasitədir - bu, mühüm bir coğrafiyada yeni münasibətlər sistemi formalaşdıracaq. Belə ki, Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanması həm Bakı-İrəvan, həm də Ankara-İrəvan münasibətlərinin normallaşmasına yol açacaq. İndiki məqamda İrəvan həm də Türkiyə ilə münasibətləri yeni çərçivəyə salmaqda maraqlı olduğunu ortaya qoyur. Çünki Türkiyə ilə Azərbaycanın strateji əməkdaşlığı bölgədə yeni təhlükəsizlik arxitekturası yaratmaqla yanaşı, həm də bölgənin gələcək inkişafının əsas formuluna çevrilib.

Türkiyə XİN bəyan etdi...

Yeri gəlmişkən, ötən həftə sonu iki ölkə arasında normallaşma prosesinə cavabdeh olan nümayəndə heyətləri arasında görüş olub - Türkiyə nümayəndə heyəti Ermənistana səfər edib. Səfərdən öncə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilirdi ki,  iki ölkə arasında tam normallaşmaya nail olmaq məqsədi ilə Türkiyə-Ermənistan normallaşma prosesini davam etdiririk. Qeyd olunurdu ki, xüsusi nümayəndələrin 2022-ci ilin yanvarında Moskvada keçirilən ilk görüşü ilə başlayan proses indiyədək beş raundda həyata keçirilib. Proses fasiləsiz və həssaslıqla həyata keçirilib, normallaşma istiqamətində müəyyən irəliləyişlər əldə olunub. Bildirilirdi ki, xüsusi nümayəndələrin danışıqların altıncı raundu üçün keçiriləcək görüşdə də Türkiyə nümayəndə heyətinə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə Prezident Ərdoğanın təyin etdiyi xüsusi nümayəndə səfir Sərdar Kılıç rəhbərlik edəcək.

Əldə olunan razılaşmalar təsdiqləndi...

Sentyabrın 12-də isə Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Sərdar Kılıç Ermənistana səfər edib. Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan türkiyəli həmkarı Sərdar Kılıçı Ermənistan-Türkiyə sərhədində, Marqara keçid məntəqəsi yaxınlığında qarşılayıb. Daha sonra İrəvana səfər edən nümayəndə heyəti arasında görüş keçirilib. Görüşlə bağlı Ermənistan XİN-in yaydığı məlumatda bildirilir ki, Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr əvvəllər əldə edilmiş razılaşmaları təsdiqləyib və münasibətlərin normallaşması prosesini sürətləndirməyə razılaşıblar. Bu kontekstdə tərəflər 2022-ci il iyulun 1-də keçirilən görüşdə əldə olunmuş sərhəd-keçid məntəqələri haqqında sazişin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusi nümayəndələr bu prosesi sürətləndirmək barədə razılığa gəliblər. Xüsusi nümayəndələr, həmçinin qərara gəliblər ki, hər iki ölkənin müvafiq orqanları Gümrü-Qars dəmir yolu və elektrik ötürücü xəttinin bərpası və istismara verilməsi üçün lazımi texniki araşdırmalar aparacaqlar. 2026-cı ilin yayından müxtəlif istiqamətlərə uçuşlara başlaması üçün lazımi işlərin görülməsinə, bununla da iki ölkə arasında hava marşrutlarının və uçuşların sayını artırmaqla bağlı razılıq əldə olunub.

Bölgədə əməkdaşlığın inkişafı üçün...

Qeyd edək ki, Türkiyənin bu məsələdə mövqeyi açıq və qətidir - Ankara ilə İrəvan arasındakı müzakirələr birmənalı şəkildə Azərbaycanla koordinasiyalı formada həyata keçirilir. Başqa sözlə, İrəvan Türkiyə ilə münasibətlərin tənzimlənməsi üçün sülhü gecikdirməməlidir. Çünki Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması fonunda İrəvan-Ankara münasibətlərinin də yeni mərhələyə qədəm qoyması bütövlükdə regionun iqtisadi gələcəyi üçün mühüm perspektiv yaradır. Təsadüfi deyil ki, Türkiyə rəsmiləri hər zaman bu faktın üzərində xüsusilə dururlar - Ankara-İrəvan əlaqələri Bakı-İrəvan münasibətlərinin normallaşması prosesi ilə birmənalı şəkildə bağlıdır.

Xüsusilə, Zəngəzur dəhlizinin açılması Ermənistanın həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə dünya ilə əlaqələrinin yeni müstəviyə qədəm qoymasına şərait yaradacaq. Səfir Sərdar Kılıç səfərdən öncə jurnalistlərə müsahibəsində bildirmişdi ki, Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır və bəzi layihələrdən əvvəl texniki işlərin görülməsi vacibdir. “Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq İğdır və Qarsın iqtisadiyyatına töhfə vermək arzumuzdur”, - o bildirib.

Vurğulanmalıdır ki, dəhlizin açılması yeni ticari-iqtisadi üstünlüklər yaradır ki, İrəvan da bu üstünlüklərdən faydalana biləcək - əlahiddə olaraq, həm də Türkiyə ilə normal iqtisadi-siyasi əlaqələrə malik olacağı təqdirdə regional inkişafın əsas ünsürlərindən birinə çevrilməklə yanaşı, Şərq-Qərb logistik ticarət və yükdaşıma yoluna qoşula biləcək. Çünki Zəngəzur dəhlizi (TRİPP) Şərq-Qərb marşrutu üzərində ən qısa yol kimi əhəmiyyət daşıyır və dəhlizin coğrafi imkanları olduqca genişdir. Beləliklə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının digər bir mühüm şərti Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə üst-üstə düşür.

Ankara-İrəvan normallaşmasının sürəti sülh prosesindən asılıdır...

Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunda (IAI) keçirilən konfransda bildirib ki, Ermənistanla Azərbaycan arasındakı Şülh sazişinə son imzalar atıldıqdan dərhal sonra Türkiyə ilə Ermənistan arasındakı normallaşma sürətli şəkildə həyata keçiriləcək. Fidan Qarabağda işğal altındakı ərazilərin azad edilməsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh və Azərbaycanla münasibətlər baxımından tarixi addım atdığını, bunun üçün onu təqdir etdiyini bildirib. Bu prosesə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən diplomat ABŞ Prezidenti Donald Trampın da Vaşinqtonda tarixi anlaşmanı möhkəmləndirdiyini deyib. Fidan yekun imzaların gələn ilin ilk yarısında atılacağını gözlənildiyini deyib.

Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin sarsılmazlığına dəlalət edən sübutdur - Türkiyə XİN başçısı bir daha bəyan edir ki, Ankara ilə İrəvan arasındakı normallaşma prosesinin sürəti Ermənistanla Azərbaycan arasında imzalanacaq sülhə əsaslanacaq.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see391

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see366

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see341

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see261

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see256

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see246

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see236

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see193

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see187

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see162

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri