Harri Keyn xəstəxanadan paylaşım edib
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya Bundesliqasının 10-cu turunda “Köln”lə oyunda zədələnən Harri Keyndən xəbər var.
İdman.Biz xəbər verir ki, hücumçu sosial şəbəkə hesabında zədələnməsi ilə bağlı paylaşım edib.
“Həyatın enişli-yoxuşlu anları olur! Bu zədəni aldığım üçün təbii ki, çox məyusam. Amma həmişə olduğu kimi, bunu dözümlülüyümü və inkişafımı göstərmək, 2027-ci ilə daha yaxşı hazırlaşmaq üçün fürsət hesab edirəm.
Mövsümün həlledici mərhələsində yenidən güclü və hazır vəziyyətdə olacağam”, – deyə o yazıb.
Qeyd edək ki, bu gün Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keynin tibbi müayinəsinin nəticəsi açıqlanıb.
Münhen klubunun rəsmi saytının məlumatına görə, Harri Keynin sol ayaq biləyində sindesmoz bağının qopması müəyyən edilib. Bu səbəbdən 33 yaşlı hücumçu 2026-cı ilin sonunadək komandasına kömək edə bilməyəcək. O, noyabrın 25-də Çempionlar Liqasında “Lill”ə qarşı səfər oyununu da buraxacaq.
Baxış sayı:115
Bu xəbər 21 Noyabr 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















