Icma.az
close
up
RU
Ankara İslamabad Ər Riyad xətti: Yeni güc mərkəzi

Ankara İslamabad Ər Riyad xətti: Yeni güc mərkəzi

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artıq Yaxın Şərq əvvəlki Yaxın Şərq deyil
Bununla da illərlə bölgədə formalaşmış güc balansı pozulub. Məhz bu səbəbdən bölgənin aparıcı dövlətləri yaranmış geosiyasi boşluğu kənar güclərin deyil, məhz regional aktorların dolduracağı yeni təhlükəsizlik modeli üzərində işləyirlər.
Bu baxımdan Ər-Riyadda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanması gözlənilən birgə müdafiə sazişi təkcə növbəti hərbi sənəd deyil. Bu, Yaxın Şərqin gələcək geosiyasi nizamının əsas sütunlarından biri ola biləcək yeni təhlükəsizlik platformasının başlanğıcı kimi qiymətləndirilə bilər.

Üç dövlət, bir təhlükəsizlik məkanı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın iştirakı ilə keçiriləcək zirvə görüşündə imzalanması gözlənilən saziş ilk baxışdan müdafiə xarakterli sənəd təsiri bağışlada da, daha geniş Mərkəzi Asiya və Yaxın Şərq coğrafiyasını əhatə edəcək. Bu əməkdaşlıq modeli klassik hərbi alyansdan daha çox yeni regional təhlükəsizlik arxitekturasının formalaşdırılması cəhdidir.

Bu proses əslində yeni deyil
Pakistan və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın tarixi altmış ildən artıqdır. 1960-cı illərdən etibarən minlərlə Pakistan hərbçisi Səudiyyə Ərəbistanında xidmət edib. 2025-ci ildə iki ölkə arasında imzalanan qarşılıqlı müdafiə müqaviləsi münasibətləri yeni mərhələyə çıxardı. Müqaviləyə əsasən, tərəflərdən birinə hücum hər iki dövlətə qarşı hücum kimi qiymətləndirilir.
2026-cı ildə İran ətrafında yaranmış böhran zamanı Pakistanın Səudiyyə Ərəbistanına əlavə 8 min hərbçi, 16 ədəd JF-17 qırıcılarından ibarət eskadrilya, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə vasitələri göndərməsi bu əməkdaşlığın artıq praktiki hərbi müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir.

Türkiyənin qoşulması oyunun qaydalarını dəyişir
Əgər Pakistan-Səudiyyə xətti əsasən müdafiə əməkdaşlığı idisə, Türkiyənin bu formata qoşulması yeni geosiyasi reallıq yaradır. Çünki Türkiyə artıq təkcə regional dövlət deyil. Ankara Aralıq dənizindən Qara dənizə, Qafqazdan Mərkəzi Asiyaya, Balkanlardan Afrikaya qədər uzanan geniş geosiyasi məkanda əsas aktorlardan biridir.
NATO üzvü olan yeganə müsəlman dövləti, güclü müdafiə sənayesi, yüksək hərbi texnologiyaları, diplomatik imkanları və logistika potensialı Türkiyəni bu formatın təbii liderlərindən birinə çevirir. Məhz buna görə Türkiyəsiz Yaxın Şərqin yeni təhlükəsizlik sisteminin qurulması faktiki olaraq mümkün görünmür.

"İslam NATO-su" yaranırmı?
Son bir ildə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və digər müsəlman dövlətləri arasında yeni kollektiv təhlükəsizlik platformasının yaradılması barədə müxtəlif səviyyələrdə müzakirələr aparılıb.
Bu təşəbbüs mediada şərti olaraq "İslam NATO-su" adlandırılır. Hazırkı mərhələdə yalnız Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında ilkin siyasi razılaşmanın formalaşdığı görünür. Bu isə göstərir ki, proses ideya mərhələsindən praktik mərhələyə keçmək üzrədir. Lakin bu formatın NATO ilə müqayisəsi tam doğru olmaz. Burada məqsəd kollektiv hücum alyansı yaratmaq deyil. Əsas məqsəd regional təhlükəsizlik, enerji infrastrukturu, dəniz kommunikasiyaları, logistika marşrutları və iqtisadi layihələrin birgə qorunmasıdır.
Üç ölkənin bu addımını həm də İsrailin bölgədəki dominantlığının qarşısını almaq üçün yeni güc balansıdır. Çünki İranın bölgədə zəifləməsi fonunda İsrailin hərbi və siyasi üstünlüyü əhəmiyyətli dərəcədə artıb. Bu isə Yaxın Şərqdə yeni güc balansı məsələsini gündəmə gətirib. Region dövlətləri anlayırlar ki, uzunmüddətli sabitlik yalnız balanslı güc sistemi şəraitində mümkündür. Məhz buna görə Türkiyə-Pakistan-Səudiyyə əməkdaşlığının əsas məqsədi hər hansı dövlətlə qarşıdurma yaratmaqdan daha çox bölgədə balansın qorunmasına xidmət etməkdir.
Bu yanaşma təkcə ərəb ölkələrinin deyil, Avropa İttifaqının, Çinin, Rusiyanın və hətta ABŞ-ın uzunmüddətli maraqları ilə müəyyən dərəcədə üst-üstə düşür. Çünki heç bir böyük güc Yaxın Şərqdə tam dominant olan tək bir aktorun meydana çıxmasını istəmir.

Yeni enerji və logistika təhlükəsizlik sistemi qurulur
Bu əməkdaşlığın hərbi tərəfi görünən hissədir. Görünməyən hissə isə iqtisadiyyatdır. Dünya neft ehtiyatlarının mühüm hissəsi məhz bu regionda yerləşir. Hörmüz boğazı, Bab əl-Məndəb, Qırmızı dəniz və Şərqi Aralıq dənizi dünya enerji təhlükəsizliyinin əsas arteriyalarıdır.
Yeni əməkdaşlıq formatı bu marşrutların təhlükəsizliyini təmin etməyi, enerji ixracını qorumağı, logistika zəncirlərini sabit saxlamağı və yeni regional iqtisadi inteqrasiya modelini formalaşdırmağı qarşıya məqsəd qoyur.

Başqa sözlə, söhbət təkcə hərbi ittifaqdan deyil, gələcəyin geoiqtisadi platformasının qurulmasından gedir.

Bu format genişlənə bilər
Əgər Türkiyə-Pakistan-Səudiyyə əməkdaşlığı uğurlu nəticə verərsə, gələcəkdə Misir, İordaniya, Qətər, BƏƏ və digər ölkələrin də müəyyən formatda bu platformaya qoşulması istisna deyil. Bu halda Yaxın Şərqdə ilk dəfə olaraq təhlükəsizlik, enerji, logistika və iqtisadi əməkdaşlığı birləşdirən regional mexanizm formalaşa bilər.

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yaxınlaşması təsadüfi diplomatik proses deyil. Bu, Yaxın Şərqdə köhnə təhlükəsizlik modelinin dağılması fonunda yeni geosiyasi sistemin formalaşmasının başlanğıcıdır. Türkiyə hərbi-siyasi və texnoloji potensialı, Pakistan nüvə və hərbi imkanları, Səudiyyə Ərəbistanı isə maliyyə gücü və enerji resursları ilə bir-birini tamamlayan üç strateji sütundur. Əgər bu üçlük uzunmüddətli institusional əməkdaşlıq modelini qura bilsə, Yaxın Şərqdə yeni güc mərkəzinin yaranması real perspektivə çevriləcək. Bu isə təkcə regionun deyil, Avrasiyanın və qlobal geosiyasətin gələcək balansına ciddi təsir göstərə bilər.

Mürtəza Bünyadlı
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Avqust 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri