Icma.az
close
up
RU
İrana qarşı yeni cəbhə açılır? Ankara İslamabad xətti...

İrana qarşı yeni cəbhə açılır? Ankara İslamabad xətti...

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə, Pakistan, Səudiyyə və Misirin yaxınlaşması Yaxın Şərqdə güc balansını dəyişir, Azərbaycan isə bu sistemə Ankara üzərindən daxil olur.

“Müsəlman NATO-su” uzun illər ciddi qəbul edilməyən, daha çox siyasi şüar kimi səslənən bir ideya idi. Bu gün isə həmin ideya ilk dəfə real gücə çevrilmək mərhələsinə daxil olur. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin eyni platformada toplanması artıq niyyət yox, formalaşan hərbi-siyasi blok deməkdir. Bu proses təsadüfi deyil. İranın zəiflədiyi, ABŞ-ın regionda əvvəlki nəzarət imkanlarını itirdiyi bir dövrdə Yaxın Şərqdə güc boşluğu yaranıb. Bu boşluq isə ya xaosla, ya da yeni ittifaqlarla doldurulur. Hazırda ikinci ssenari reallaşır.

Əsas fərq ondadır ki, bu dəfə ideya ilə yanaşı real güc komponentləri də eyni masadadır. Türkiyə hərbi texnologiya və əməliyyat təcrübəsi ilə bu strukturun əsas mərkəzinə çevrilir. Pakistan nüvə gücü ilə çaydırıcı çətir yaradır. Səudiyyə Ərəbistanı maliyyə resursları ilə sistemi ayaqda saxlayır. Misir isə say və klassik hərbi güc baxımından ərəb dünyasının ən böyük ordusunu bu blokun ixtiyarına verir. Bu kombinasiya artıq siyasi jest deyil. Bu, işləyə biləcək mexanizmdir.

Bu mexanizmin yaranmasının səbəbi açıqdır. İranın regional təsirinin zəifləməsi və İsrail-İran qarşıdurmasının genişlənməsi Yaxın Şərqdə mövcud təhlükəsizlik modelini dağıdır. ABŞ isə əvvəlki kimi bu sistemi təkbaşına idarə etmək niyyətində deyil və ya bunu etmək imkanını itirir. Nəticədə region öz təhlükəsizlik arxitekturasını özü qurmağa başlayır.

Bu ittifaq rəsmi olaraq “anti-İran” kimi təqdim olunmur. Amma onun geosiyasi məntiqi bunu açıq göstərir. Bu struktur İranın təsir dairəsini məhdudlaşdırmaq və regionda yeni balans yaratmaq məqsədi daşıyır. Bu, klassik blok siyasətidir, sadəcə adı fərqlidir. Bəs bu blok
İslam dünyasının bəlası olan məzhəb ayrımçılığını yenidən alovlandıra bilərmi? Azərbaycanın bu blokda yer alması bu kimi iddiaları sıfırlamaq gücündədir.

Əsas məsələ isə bundan sonra başlayır. Bu blokun xəritəsi yalnız Yaxın Şərqlə məhdudlaşmır. Onun təbii uzantısı Cənubi Qafqazdır. Bu nöqtədə Azərbaycan artıq seçim qarşısında deyil. Azərbaycan bu sistemin içindədir.

Formal olaraq heç bir sənəddə bu yazılmaya bilər. Amma reallıq fərqlidir. Türkiyə ilə Azərbaycanın hərbi-siyasi inteqrasiyası elə səviyyəyə çatıb ki, Ankara hansı təhlükəsizlik sisteminə daxil olursa, Bakı da avtomatik olaraq həmin sistemin orbitinə düşür. Bu, artıq nəzəri yox, praktik reallıqdır.

44 günlük müharibə bu modelin necə işlədiyini açıq şəkildə göstərdi. Türkiyə ilə koordinasiya Azərbaycan üçün sadəcə diplomatik dəstək deyil, real güc amilinə çevrildi. Bu gün isə bu model daha geniş regional çərçivəyə keçir.

Bu isə o deməkdir ki, Azərbaycan bu yeni blokun formal üzvü olmasa belə, onun təhlükəsizlik arxitekturasının bir hissəsinə çevrilir. Başqa sözlə, Bakı bu sistemdə “görünməyən, amma real aktor” rolunu alır.

Bu, həm imkan, həm də riskdir. İmkan ondadır ki, Azərbaycan daha böyük təhlükəsizlik platformasına inteqrasiya edir. Risk ondadır ki, bu, onu daha böyük geosiyasi qarşıdurmaların bir hissəsinə çevirə bilər.

Amma burada bir reallıq dəyişmir. Belə dövrlərdə neytrallıq illüziyadır. Ya sistemin içində olub onun formalaşmasında iştirak edirsən, ya da kənarda qalıb onun nəticələrini qəbul edirsən.

Bu proses artıq nəzəri səviyyədə deyil, real diplomatik koordinasiya mərhələsinə keçdiyini də göstərir.

Son hadisələr bunu açıq şəkildə təsdiqləyir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri ilə birlikdə Islamabad şəhərinə səfəri bu formalaşan blokun praktik konturlarını ortaya qoyur. Nümayəndə heyətinin Nur Xan hərbi hava bazasında qarşılanması isə bu görüşlərin sadəcə diplomatik yox, həm də təhlükəsizlik və hərbi koordinasiya xarakteri daşıdığını göstərir.

Bu səfər təsadüfi diplomatik jest deyil. Bu, artıq eyni platformada olan ölkələrin koordinasiyalı hərəkət etməyə başladığının siqnalıdır. Regional təhlükəsizlik, siyasi sabitlik və əməkdaşlıq mexanizmlərinin müzakirəsi faktiki olaraq bu blokun “institusional mərhələyə” keçdiyini göstərir.

Ankara bu prosesdə yalnız iştirakçı deyil, təşəbbüskar rolunu oynayır. Türkiyənin bu addımı onun regionda yeni təhlükəsizlik arxitekturasının qurucularından biri olmaq niyyətini açıq şəkildə ortaya qoyur.

Bu nöqtədə artıq əsas sual dəyişir. Bu blok yaranacaqmı sualı aktuallığını itirir. Əsas məsələ budur: Bu blok hansı sürətlə və hansı coğrafiyada genişlənəcək? Azərbaycan üçün isə sual daha konkretdir: Bakı bu sistemdə periferiyada qalacaq, yoxsa Türkiyə üzərindən onun mərkəzi aktorlarından birinə çevriləcək? Çünki geopolitikanın dəyişməyən qaydası var: Güc boşluğu yarananda onu ya sən doldurursan, ya da başqası. Orta variant yoxdur.

Elbəyi HƏSƏNLİ, SÜRİX

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Mart 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri