Icma.az
close
up
RU

Ankarada Azərbaycan SÖHBƏTİ

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlhamə Qasımlı,
Ankara

Ankaranın mərkəzi olan Kızılay səmtinə, oğluma məktəbli forması almağa getmişdim. Mağazada çalışan gənc satıcıdan mənə lazım olan ölçünü istədim.
Satıcı "hanımefendi, Azerbaycan türkümüsünüz", - soruşdu.
Adətən, tanımadığım adamların şəxsi mövzuda suallarını sevmədiyimçün, əvvəlcə, soyuq cavab vermək istədim. Amma ilk dəfəydi ki, Türkiyədə bir mağazada "azerimisiniz" yox, "Azerbaycan türkümüsünüz" sualını eşitdiyimin fərqinə varıb gülümsünərək, "evet" dedim.
Mən formaya baxdığım sırada satıcı mövzunu davam etdirib "Azerbaycanın neresindensiniz", -  soruşdu.
Dedim, "Azerbaycanda daha önce oldunuzmu? Bölgeleri tanıyormusunuz?".
"Hiç olmadım, ama en büyük hayalim bir gün Suşaya gitmektir", - dedi.
Gənc adam məni hər cavabı ilə təəccübləndirdirməyə başladı.
"Öncelikle Suşa deyil, Şuşadır. İkincisi, Şuşanı tanıyor, hem de orayı ziyaret etmek hayali olan birisiysense, mutlaka Azerbaycana özel ilgin vardır", - dedim.
Azərbaycanla bağlı belə detallı danışan sadə adamlar, adətən, ya nə zamansa Azərbaycana (özü və ya ailə üzvlərindən kimsə) iş üçün geden biri olur, ya da bir azərbaycanlı arkadaşı olmasından dolayı suallar verir deyə, - "İlginin sebebi nedir",- soruşdum.
Gənc oğlan nə desə yaxşıdır?!
"Azerbaycanda hiç olmadım. Ama "sen bizimsen, bizimsen, durduqca bedende can! Yaşa, yaşa çok yaşa, ey canım Azerbaycan!".
Ticarət üçün gəldiyim yerdə belə bir ortamla qarşılaşmağım gözlənilməz idi.
"MHP-limisin", - soruşdum.
"Hayır, ben partili değilim. Sadece türk milliyetçisiyim", - dedi.
Ödənişi etdikdən sonra mağazadan ayrıldım.
Yolda düşündüm, kaş ki bu və bunun kimi gəncləri Azərbaycana göndərmək, xəyal etdikləri kimi, Şuşaya aparmaq imkanım olaydı.
Azərbaycan mövzusunu Türkiyənin milli məsələsi bilən Türk millətçi kəsimi buradakı yenilməz qalamızdır!
Türk millətçi kəsimi Türkiyədə Azərbaycana qarşı yönələ biləcək siyasi qərarlara qarşı hər zaman (bu gün də) sipərdir!
Türkiyə siyasətində MHP faktoru, eləcə də ictmai fikir və gənclik hərəkatındakı türk millətçiliyinin inkaredilməz gücü və təsiri, bütün zamanlarda Azərbaycanın milli maraqlarının təminatıdır.
Millətçi kəsimin Türkiyə iqtidarları üzərində basqısı olmasaydı, Ermənistanla sərhədlər çoxdaaaan açılmışdı.
Bu kəsimlə Azərbaycanın geniş və aktiv əlaqələrə sahib olması Türkiyədəki gücümüzə güc qatar!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see312

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see248

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see243

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see237

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see236

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see234

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see231

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see201

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see200

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see193

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see168

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see166

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see166

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see166

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see163

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see163

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see163

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see162

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see158

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri