Icma.az
close
up
RU
Ayxan Abbasov: “Sabah” “Barselona”ya imkan vermirdi”

Ayxan Abbasov: “Sabah” “Barselona”ya imkan vermirdi”

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Sabah”la oyunda çox əziyyət çəkdiklərini etiraf edib”.

Bunu Azərbaycan futbol millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Bakı təmsilçisinin güclü rəqiblərə qarşı layiqli mübarizə apardığını bildirib.

“Sabah” bu turnirdə ilk dəfə çıxış edir. Rəqiblər də həqiqətən olduqca güclüdürlər. Buna baxmayaraq, komanda çox inamlı oynayır. Bu sözləri hətta səfərdə böyük hesabla uduzduqları “Mançester Yunayted”lə görüşə də aid etmək olar. Orada da qol imkanları çox idi, təəssüf ki, istifadə edə bilmədilər. “Barselona” ilə oyuna gəlincə, bu gün futbolda tam güclə oynamadan, rahat çıxıb qələbə qazanmaq anlayışı yoxdur. Rəqibin baş məşqçisi və futbolçuları da matçdan sonra mətbuata açıqlamalarında çox əziyyət çəkdiklərini etiraf etdilər. İlk dəqiqələrdə, birinci hissədəki oyuna baxsaq, məşqçiləri də çox əsəbi idi, istəkləri alınmırdı. “Sabah” onlara imkan vermirdi və həmin ərəfədə 2 real qol epizodu yarandı. Bəlkə də həmin hücumlar qolla nəticələnsəydi, görüş başqa cür davam edə bilərdi. Buna baxmayaraq, “Barselona” təcrübəlidir. Belə uzaq səfərlərə gəlməyi çox xoşlamasalar da, futbolçular öz səviyyələrini ortaya qoydular. Fərdi keyfiyyət öz sözünü dedi. Bəlkə də cüzi, individual səhvlər var idi ki, bunlara yol verilməməli idi. Birinci qola baxsaq, orada böyük təhlükə yox idi, sadəcə, cinahdan asmadan sonra qapıçının qaytardığı top rəqibdə qaldı. Bunlar da ustalıq göstəricisidir, qarşıdakı komanda “Barselona”dır”, - deyə o report.az-a açıqlamasında söyləyib.

A.Abbasov “Sabah”ın uzunillik zəhmətin bəhrəsini gördüyünü və bu yarışda böyük təcrübə topladığını vurğulayıb:

““Sabah” bu il ən yaxşısını edib. Klub olaraq Çempionlar Liqasına vəsiqə qazanıblar və neçə ildir qurulan işin bəhrəsini görürlər. Komandanın hansı yollardan keçdiyinə, nələrə dözdüyünə, nələri düz etdiyinə və 9-10 il ərzində bu səviyyəyə çatdığına fərqli prizmadan yanaşmaq lazımdır. Bu, Azərbaycanın digər klublarına da nümunə olmalıdır. Demək ki, hər şey mümkündür. “Sabah” bu mövsüm təcrübə qazanır, əldə olunan istənilən xal isə bonusdur. Məncə, bu kollektiv böyüyür, futbolçular da bu turnirdə inkişaf edəcəklər. Gələcəkdə bunun faydasını görəcək və daha münasib rəqiblərlə matçlarda yaxşı çıxış edəcəklər”.

Millinin baş məşqçisi paytaxtdakı oyun atmosferini və təşkilatçılığı da yüksək qiymətləndirib:

“Dünən stadionda əsl futbol ab-havası var idi, böyük komandaların gəlişi azarkeşlər üçün də maraqlı oldu. Azərbaycan tanındı. Özüm də arenada idim və yaxın ölkələrdən nə qədər tərəfdarın gəldiyini gördüm. Belə geniş azarkeş kütləsini cəlb etmək oyunun təşkilatçılarının mühüm nailiyyətidir. Uğurlar arzulayıram, inanıram ki, “Sabah” bu görüşlərdən böyük təcrübə qazandı”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunun “Sabah” - “Barselona” matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah” növbəti turda dekabrın 8-də səfərdə İspaniyanın “Vilyareal” komandası ilə qarşılaşacaq. Bakı təmsilçisi üç xalla turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. “Barselona” isə 12 xalla dördüncü sıradadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Noyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri