Icma.az
close
up
RU
Ankarada dahi Nizami Gəncəvinin irsinə həsr olunmuş kitabın təqdimatı və konfrans keçirilib AZƏRTAC

Ankarada dahi Nizami Gəncəvinin irsinə həsr olunmuş kitabın təqdimatı və konfrans keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara, 1 dekabr, AZƏRTAC

Noyabrın 30-da 21-ci Ankara Kitab Sərgisi çərçivəsində “Nizami Gəncəvi: Türk dünyasının qürur mənbəyi, dünya poeziyasının incisi” mövzusunda beynəlxalq konfrans, habelə “İsgəndərnamə” poemasının orijinaldan türkcəyə tərcüməsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və respublikamızın Ankaradakı səfirliyinin yanında Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, nizamişünas alim, dosent Təhminə Bədəlova müzakirələrə moderatorluq edib.

O, dahi Nizaminin əsərlərinin zamanın sınağından keçdiyini və əsrlərdən sonra haqlı olaraq dünya poeziyasının şah əsərləri sırasına daxil edildiyini vurğulayıb. “Nizaminin ədəbi irsi geniş və çoxşaxəlidir. Şairin riyaziyyat, astronomiya, fəlsəfə, tarix, coğrafiya, filologiya, memarlıq kimi fundamental elmlərdə dərin biliyini nümayiş etdirən “Xəmsə” (“Beşlik”) - beş poeması mütəfəkkirə dünya şöhrəti gətirdi”, - deyə o bəhs edib.

Alimin sözlərinə görə, şairin əsərlərini diqqətlə oxuyandan sonra belə qənaətə gəlmək olar ki, Nizami öz dövrünün ən savadlı adamlarından biri olub, müasirlərini narahat edən problemlərə dərindən bələd olub.

Çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami yaradıcılığının öyrənilməsinin əhəmiyyətinə diqqət çəkib.

O qeyd edib ki, Azərbaycanda bütün dövrlərdə böyük klassik ədəbi məktəbin banisinin yaradıcılığına xüsusi maraq göstərilib.

“Nizaminin yaradıcılığı dünyanın müxtəlif ölkələrində bir çox şairlər üçün ilham mənbəyi olub. Böyük ustadın yaradıcılığı bu gün də mədəni dəyərlər xəzinəsində şərəfli yer tutur”, - deyə Mədəniyyət Mərkəzinin rəhbəri bildirib.

O, görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin yubileylərinin Azərbaycanda daim təntənəli şəkildə qeyd olunduğunu və dövlət səviyyəsində dəstəkləndiyini xüsusi vurğulayaraq, 2021-ci ilin ölkəmizdə “Nizami ili” elan olunmasını yüksək qiymətləndirib.

2024-cü ilin aprel ayından fəaliyyət göstərən Mərkəz Azərbaycan xalqının irsinin maksimum dərəcədə təbliğinə yönəlib ki, bunun bariz nümunəsi “İsgəndərnamə” poemasının orijinaldan türk dilinə tərcümə edilməsi layihəsidir”, - deyə S.Abbasov bildirib və rəhbərlik etdiyi strukturun Azərbaycanın tanınmış yazıçı, şair və mütəfəkkirlərinin irsi ilə bağlı yeni tədbirlər keçirməyi planlaşdırdığını qeyd edib.

O, türk dilində “İsgəndərnamə” kitabının qardaş ölkənin mədəniyyət mərkəzləri və kitabxanalarının fondlarına pulsuz təqdim olunacağını da bildirib.

Daha sonra çıxış edən Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Nizami Gəncəvini bütün Türk dünyasının qürur mənbəyi adlandırıb.

Onun sözlərinə görə, Nizaminin fars şairi olması ilə bağlı iddialar həqiqətəuyğun deyil.

“Nizami Gəncəvi də digər müasirləri kimi əsərlərini o dövrdə beynəlxalq dil sayılan fars dilində yazıb. Lakin bu, o demək deyil ki, o, fars şairidir. Nizami Gəncəvi öz əsərlərində türk kimliyinə üstünlük verib, türk idarəetmə tərzini tərənnüm edib ki, bu da onun Azərbaycan şairi olmasının sübutlarından biridir”, - deyə akademik vurğulayıb.

N.Cəfərov Azərbaycan xalqının dahi övladının “türk” sözünü əsərlərində ən azı on dəfə və bütün hallarda müsbət mənada işlətdiyini diqqətə çatdırıb. “Biz bu günə qədər mədəniyyətlər arasında körpü olan Şərqin dahi şairi ilə haqlı olaraq fəxr edirik”, - deyə o bildirib.

Qazi Universitetinin (Ankara) professoru İsmət Çetin, Qarabağ Universitetinin müəllimi Əzizağa Nəcəfov, AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov və başqaları dahi şairin irsinin əhəmiyyətindən danışıblar.

Konfransın sonunda sayəsində “İsgəndərnamə” poemasının orijinaldan türk dilinə tərcümə olunan Atatürk Universitetinin (Ərzurum) Fars dili və ədəbiyyatı kafedrasının müdiri, professor Nimet Yıldırım çıxış edib.

O, dahi Nizami irsinin Türk dünyasında təbliğinin vacibliyini vurğulayıb və bu istiqamətdə planlardan danışıb.

Tədbir “Azərbaycan rüzgarları” musiqi qrupunun çıxışı ilə başa çatıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Dekabr 2024 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri