Ankarada diplomatiya tıxacı Ərdoğan onlarla görüşəcək
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin paytaxtı Ankara bu gün 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinə ev sahibliyi edir.
Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən və iki gün davam edəcək sammitdə alyansa üzv 32 ölkənin liderləri, 100-ə yaxın nazir və yüksək səviyyəli diplomatlar iştirak edir.
Ərdoğanın bu gün sammit çərçivəsində ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. O, Bakı vaxtı ilə 12:00-da Kanada Baş naziri Mark Karni və 13:30-da Finlandiya Prezidenti Aleksander Stubb ilə görüşdən sonra, saat 15:00-da ABŞ Prezidenti Donald Trampı rəsmi mərasimlə qarşılayacaq. Axşam saatlarında isə Ərdoğan və xanımı Əminə Ərdoğanın adından qonaq liderlərin şərəfinə rəsmi ziyafət veriləcək.
Qeyd edək ki, sammitin əsas müzakirə mövzuları Ukraynadakı cari vəziyyət və alyansın cənub sərhədlərində baş verən son proseslərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 İyul 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















