Icma.az
close
up
RU
Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatdı

Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatdı

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

İcbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün Ankara Universitetində "Xəstəxanaların idarə edilməsi” mövzusunda keçirilən 11 günlük təlim kursu başa çatıb.

AZXEBER.COM xəbər verir ki, təlim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Ankara Universiteti arasında imzalanmış "Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə təşkil olunub. Təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib. 

Təlim proqramında Agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları ilə yanaşı, 13 dövlət tibb müəssisəsinin direktor və müavinləri də iştirak ediblər.

Təlim proqramının bağlanış mərasimində Ankara Universitetinin rektoru Prof. Dr. Necdet Ünüvar, Sağlamlıq Elmləri İnstitutunun direktoru Prof. Dr. Emine Özmete, TİKA-nın vitse-prezidenti Prof. Dr. Rəhman Nurdun və Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak ediblər. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə tədbirə onlayn qaydada qoşulublar.

Tədbirin açılışında çıxış edən Prof. Dr. Emine Özmete qeyd edib ki, bu proqramlar davamlı şəkildə həyata keçirilməlidir: "Sağlamlıq idarəçiliyi sahəsində qazandığımız təcrübənin qardaş Azərbaycana ötürülməsi iki ölkə arasındakı strateji əməkdaşlığa da töhfə verir”.

TİKA-nın vitse-prezidenti Prof. Dr. Rəhman Nurdun bildirib ki, 1992-ci ildən bu günə qədər Azərbaycanda 1500-dən çox layihə həyata keçiriblər: "Onlardan 160-ı məhz səhiyyə sahəsinə aiddir. TİKA olaraq Azərbaycanın səhiyyə sahəsindəki inkişaf təşəbbüslərinə daim dəstək verməyə və birgə yeni layihələr həyata keçirməyə hazırıq”.

Zaur Əliyev təlim proqramının keçirilməsində Agentliyə dəstək olan TİKA-ya və Ankara Universitetinə dərin təşəkkürünü bildirib: "2022-ci ildən etibarən artıq 5-ci dəfədir ki, bu təlimlər keçirilir və bu müddət ərzində iştirakçılar tibb müəssisələrinin effektiv idarə olunmasına dair yeni bilik və yanaşmalara yiyələniblər. İcbari tibbi sığortanın uğurlu tətbiqində tibb müəssisələrində idarəetmənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır və bu kimi beynəlxalq təcrübə mübadiləsi prosesə mühüm töhfə verir”.

Vüqar Qurbanov çıxışında qeyd edib ki, keçirilən təlimlər fəaliyyətimizin məqsədinə doğru atılan mühüm addımlardandır: "Dövlət səhiyyə siyasətinin mütərəqqi idarəçilik yolu ilə həyata keçirilməsi və tibb müəssisələrinin beynəlxalq standartlara uyğun təşkili əsas vəzifələrimizdəndir”. 

Prof. Dr. Necdet Ünüvar isə çıxışında bu təlimlərin həm peşəkar, həm də mənəvi baxımdan önəmini vurğulayıb: "Bu təlimlərlə sadəcə məlumat paylaşmırıq, həm də qardaş ölkə ilə təcrübəmizi bölüşürük. 70 saatdan çoxunu əhatə edən bu proqramın faydalı olacağına ürəkdən inanıram. Eyni niyyətlə bu işi gələcəkdə də davam etdirəcəyik”. 

Rəşad Məmmədov qeyd edib ki, bu təşəbbüsün uzun müddət davam etməsi təşkilatçılar və iştirakçıların işə olan ciddi və məsuliyyətli münasibətindən xəbər verir: "Bu proqramlar həm Azərbaycan, həm də Türkiyə səhiyyəsinin inkişafına böyük töhfə verir. İki qardaş ölkə arasında səhiyyə sahəsində davamlı əməkdaşlığın möhkəmlənməsi hər iki tərəf üçün qiymətli təcrübə və bilik mübadiləsi imkanı yaradır”.

Təlim müddətində iştirakçılar xəstəxanalarda insan resurslarının idarəedilməsi, keyfiyyətin idarəedilməsi və akkreditasiya, səhiyyə xidmətlərinin maliyyələşdirilməsi və iqtisadi qiymətləndirmə, eləcə də xəstəxanalarda korporativ fəaliyyətin qiymətləndirilməsi kimi mövzularda müzakirələr aparıblar.

Proqram çərçivəsində nümayəndə heyəti Türkiyənin bir sıra tibb müəssisələrində və idarəetmə strukturlarında olub, səhiyyə idarəçiliyi sahəsində informasiya texnologiyalarının tətbiqi imkanlarını yerindəcə araşdırıblar.

Qeyd edək ki, təlim proqramı Ankara Universitetinin Səhiyyənin idarə edilməsi bölməsinin professor-müəllim heyəti, müvafiq xəstəxanaların rəhbər və işçiləri və Türkiyə Səhiyyə Xidmətlərində Keyfiyyət və Akkreditasiya İnstitutu tərəfindən tədris edilib.  

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:295
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 İyun 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri