Icma.az
close
up
RU
Qiymətləndiricilər Palatasının rəhbər heyəti Ankarada beynəlxalq konfransda FOTOLAR

Qiymətləndiricilər Palatasının rəhbər heyəti Ankarada beynəlxalq konfransda FOTOLAR

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbər heyəti Ankarada beynəlxalq konfransda iştirak edir. 

Palatanın sədri Nüsrət İbrahimov, müavinlər Günay İsmayılqızı və Ayan Qəmbərova Türkiyənin paytaxtı Ankarada keçirilən “4. Uluslararası Gayrimenkul Geliştirme ve Yönetimi Konferansı”na rəsmi dəvət alaraq tədbirdə iştirak ediblər. Nüfuzlu beynəlxalq tədbir çərçivəsində Palata nümayəndələri Türkiyə Maliyyə və Xəzinə nazirinin müavini Dr. İsmail İlhan Hatipoğlu, Türkiyə Dəyərləndirmə Uzmanları Birliyinin (TDUB) sədri Yaşar Bahçeci və TDUB-un başqan vəkili Prof. Dr. Harun Tanrıvermiş ilə görüşlər keçiriblər. Görüşlər zamanı beynəlxalq qiymətləndirmə sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən 2025-ci ilin Beynəlxalq Qiymətləndirmə Standartlarının tətbiqi istiqamətləri geniş müzakirə olunub. 

Müzakirələr zamanı qiymətləndirmə sahəsində vahid beynəlxalq standartların tətbiqinin əhəmiyyəti vurğulanıb, regional və qlobal bazarda rəqabət qabiliyyətinin artırılması yolları müzakirə edilib. Həmçinin, Qiymətləndiricilərin biliklərinin artırılması məqsədi ilə Ankara universiteti “Daşınmaz Əmlakın İnkişafı və İdarə Edilməsi” fakültəsi Azərbaycan Qiymətləndiricilər Palatası ilə birgə təlim proqramlarının təşkili və bu sahədə innovativ yanaşmaların tətbiqi barədə fikir mübadiləsi aparılıb. Görüşlərin nəticəsi olaraq, tərəflər qiymətləndirmə sahəsində gələcək əməkdaşlıq üçün konkret addımların atılması barədə razılığa gəliblər. 

Bu, Azərbaycanın qiymətləndirmə sektorunun beynəlxalq standartlara uyğun inkişafına və qiymətləndirmə sahəsinin qlobal bazarda mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.  Azərbaycan Qiymətləndiricilər Palatası beynəlxalq əməkdaşlığı genişləndirməyə və ölkədə qiymətləndirmə fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafını təşviq etməyə davam edir.

"AzPolitika.info"









Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri