Ankarada saxta içkidən daha 54 nəfər öldü
Icma.az bildirir, Newscenter.az-ə əsaslanaraq Ankarada saxta içkidən daha 54 nəfər öldü.
Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkilər 54 nəfərin ölümünə səbəb olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hazırda 40 nəfərin isə reanimasiyada müalicəsi davam edir.
Ankara Baş Prokurorluğu tərəfindən saxta spirtli içki istehsal edən və ticarəti ilə məşğul olan şəxslərə qarşı araşdırmalar davam edir.
Bu çərçivədə Ankara Respublika Prokurorluğu tərəfindən "qaçaqmalçılıq" və "mümkün qəsdlə ölümə səbəb olma" cinayətləri ilə bağlı açılan istintaq fayllarına Tibb Qurumunun toksikoloji hesabatları əlavə edilib.
Bu çərçivədə aparılan araşdırmalar nəticəsində 28 şübhəlinin həbs olunduğu, 25 nəfərin isə məhkəmə nəzarəti ilə sərbəst buraxıldığı bildirilir.
Mehman Mehdiyev

Ankarada 38 nəfər saxta spirtli içkidən öldü
11 Fevral 2025 02:47
Ankarada 54 nəfər saxta içkinin qurbanı olub
17 Fevral 2025 19:43
Ankarada saxta spirtli içkidən 33 nəfər ölüb
07 Fevral 2025 12:11
Ankarada saxta spirtli içkidən 38 nəfər ölüb 20 nəfər isə reanimasiyadadır
10 Fevral 2025 15:03
Saxta içkidən 17 nəfər öldü
04 Dekabr 2024 15:17
