Icma.az
close
up
RU
Ankarada “Şirvanşahların minilliyi” kitabının təqdimatı olub

Ankarada “Şirvanşahların minilliyi” kitabının təqdimatı olub

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 28-də Ankarada Türkiyə Milli Kitabxanasının binasında "Şirvanşahların minilliyi" (Şirvanşahlar`ın Bininci Yılı) kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyində Azərbaycan Mədəniyyət Mərkəzinin səyləri ilə təşkil olunan tədbirdə iki qardaş ölkənin diplomatları, alimləri, ekspertləri, beynəlxalq təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan Türkiyə Milli Kitabxanasının baş direktorunun müavini Mehmet Demir Şirvanşahlar dövlətini türk dünyasının mədəni-tarixi irsinin mühüm tərkib hissəsi adlandırıb. O, Türkiyə Milli Kitabxanasının iki qardaş ölkənin yaxınlaşmasına, onlar haqqında reallıqların təbliğinə verdiyi töhfədən məmnunluğunu ifadə edib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Şirvanşahlar dövlətinin minillik tarixinin zənginliyinə diqqət yönəldib. Onun sözlərinə görə, Şirvanşahlar dövləti regionun tarixində dərin iz qoyub, Azərbaycan xalqının mədəniyyətinin və adət-ənənələrinin inkişafına töhfə verib. Şirvanşahlar dövründə görkəmli mütəfəkkirlər, şairlər, dövlət xadimləri yaşayıb-yaratmışlar. Onların xatirəsi bu gün də yaşamaqdadır.

Diplomat Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın, o cümlədən Şirvanşahlar dövləti dövrünə aid mədəni-tarixi irs obyektlərinin qorunması və bərpasına verdiyi töhfəni vurğulayıb.

Diplomatik missiyanın rəhbəri "PAŞA Həyat Sığorta" şirkətinin rəhbərliyinə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı türk dilində kitabların nəşri ilə bağlı təşəbbüslərini dəstəklədiklərinə görə təşəkkür edib və "İRS" jurnalının baş redaktoru Musa Mərcanlının Şirvanşahlar dövləti haqqında yeni kitabın hazırlanmasına verdiyi töhfəni yüksək qiymətləndirib..

R.Məmmədovun sözlərinə görə, Azərbaycan irsinin təbliğinə yönəlmiş nəşrlər turizm sektorunun inkişafı üçün də təkandır.

Daha sonra çıxış edən "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycan irsinin təbliği istiqamətində səyləri öz borcu adlandırıb. "Biz ölkəmizin zəngin tarixinin unudulmasına imkan verməməliyik", - deyə o, qeyd edib ki, "PAŞA Həyat Sığorta" təkcə Azərbaycanın sığorta bazarının liderlərindən deyil, həm də Azərbaycan mədəniyyətinin və irsinin təbliğinə yönəldilən çox sayda proqram və layihələrin sponsorudur.

"Biz Azərbaycanın dünyada, o cümlədən Türkiyədə tanıdılmasına yönəlmiş proqram və layihələri dəstəkləməyə davam edəcəyik", - deyə İdarə Heyətinin sədri əmin edib.

Sütçu İmam Universitetinin (Kahramanmaraş) professoru Toğrul İsmayıl min illik Şirvanşahlar dövlətinin inkişaf mərhələləri haqqında məlumat verib. O qeyd edib ki, min illik Şirvanşahlar dövlətini dünyada ilk müsəlman türk dövləti adlandırmaq olar. "Şirvanşahlar dövləti türk xalqlarının ortaq irsinin mühüm daşıyıcılarından biridir", - deyən İsmayıl Azərbaycan tarixinin belə əlamətdar dövründən bəhs edən kitabın təqdimatından məmnunluğunu ifadə edib.

"İRS" jurnalının baş redaktoru Musa Mərcanlı AZƏRTAC -ın müxbiri ilə söhbətində Azərbaycanla bağlı növbəti kitabın türk dilində nəşrini iki xalqın bir-birinə yaxınlaşması və qardaş ölkə ictimaiyyətinin Azərbaycan xalqının irsi haqqında məlumatlandırılması istiqamətində mühüm mərhələ adlandırıb. "Ölkələrimizin mədəniyyətinin və tarixinin gənclər arasında təbliğini xüsusilə vacib hesab edirəm", - deyə o, vurğulayıb.

M.Mərcanlı qeyd edib ki, "Şirvanşahların minilliyi" kitabı "PAŞA Həyat Sığorta"nın dəstəyi ilə nəşr olunan türk dilində kitablar silsiləsindən dördüncüdür. Bu, 30-dan çox kitabdan ibarət İRS seriyasının davamıdır.

Onun sözlərinə görə, hazırda Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı yeni nəşrlər hazırlanır. "İRS jurnalı türk xalqlarının ortaq irsinin təbliğinə yönəlmiş layihə həyata keçirməyi planlaşdırır", - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri