Ankarada tarixi əsər qaçaqmalçılığı əməliyyatı
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Ankaranın Etimesqut rayonunda tarixi əsər qaçaqmalçılığı əməliyyatı zamanı 69 obyekt ələ keçirilib.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Ankara İl Jandarma Komandanlığı tərəfindən aparılan işlər çərçivəsində dünən saat 21:00 radələrində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi (KOM), Kəşfiyyat Şöbə Müdirliyi və Bağlıca Jandarma Stansiya Komandanlığı tərəfindən əməliyyat keçirilib.
Əməliyyat zamanı şübhəlilər 4 şüşə vaza, Bizans və Roma dövrünə aid 6 sikkə, 4 terakota su qabı, at fiqurlu saxsı küp, 7 heyvan fiqurlu saxsı heykəl, 8 ədəd insan fiqurlu saxsı heykəl gətirdilər.
2 milyon lirəyə satmaq məqsədi ilə gətirdikləri 2 ədəd heyvan fiqurlu metal üzük, 37 ədəd müxtəlif fiqurlu metal və şüşə əşyalar olmaqla, ümumilikdə 69 tarixi əsər ələ keçirilib.
Hadisə ilə bağlı saxlanılan şübhəlilər ifadələrinin ardından sərbəst buraxılıblar.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 Dekabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















