Ankaradan Tehrana sərt xəbərdarlıq: Riskli hərəkətlər etməyin!
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması baxımından dövlətimizin iradəsi və imkanları ən yüksək səviyyədədir”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanettin Duran İrandan ölkəsinə ballistik raket atılmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu çərçivədə Milli Müdafiə Nazirliyi başda olmaqla bütün aidiyyəti qurumlar tam koordinasiya ilə hərəkət edir:
“Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması baxımından dövlətimizin iradəsi və imkanları ən yüksək səviyyədədir. Regiondakı gərginliyin daha da artmaması və münaqişələrin daha geniş ərazilərə yayılmaması böyük əhəmiyyət daşıyır. İran da daxil olmaqla bütün tərəflərə bir daha güclü şəkildə xəbərdarlıq edirik ki, regional təhlükəsizliyi riskə atan və mülki şəxsləri təhlükəyə sala biləcək hərəkətlərdən uzaq dursunlar.
Bu prosesdə vətəndaşlarımızdan və media qurumlarından xahiş edirik ki, təsdiq olunmamış, ictimaiyyəti təşvişə sala biləcək və dezinformasiya ehtiva edən məzmunlara qarşı diqqətli olsunlar və yalnız rəsmi orqanlar tərəfindən verilən açıqlamalara əsaslansınlar”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Mart 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















