Icma.az
close
up
RU
Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları...

Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları...

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çox güman, El-Ninyo haqda nəsə eşitmisiz, həmçinin mayın sonunda Avropanı bürüyən anomal istilərlə bağlı xəbər lentində nələrsə görmüsüz.

"Football-plus.az" xəbər verir ki, əksər oyunları ABŞ-də keçiriləcək qarşıdakı dünya çempionatının gedişində də bu iqlim fenomeni ilə bağlı müzakirələrin artması, havanın əsas mövzulardan biri olması ehtimalı da böyükdü.
El-Ninyo nədi?
El-Ninyo Sakit Okeanda suyun 1,5 dərəcə istiləşməsi zamanı baş verən hava hadisəsidi. Hərarət 2 dərəcə artanda bu artıq super El-Ninyodu. ABŞ-nin Milli Meteoroloji Xidmətinin proqnozuna görə, bu il artım 3 dərəcə olacaq. Sinoptiklərin proqnozlarına inansaq, El-Ninyo may – iyul aralığında başlayacaq və gələn ilin fevralına qədər davam edəcək.
Söhbətin yalnız Sakit Okeandan getməsinə baxmayaraq, bu, qlobal hava fenomenidi, onun təsirləri və nəticələri miqyasına görə bütün dünyada müşahidə oluna bilər. Kəpənək effekti kimidi, yalnız dəfələrlə güclənmiş formada.
El-Ninyo yeni anlayış deyil, təxminən hər 5 ildən bir baş verir. Bu il gözlənilən super Əl-Ninyoya isə son 70 ildə yalnız beş dəfə rast gəlinib. Onun səs-sorağı 2015-ci ildən bəri yox idi. Belə təbiət hadisələrindən ən güclülü 1877-ci ildə qeydə alınıb – onda bütün dünyada qlobal quruluğa, ardından aclığa gətirib çıxarıb ki, nəticədə müxtəlif dəyərləndirmələrə görə, planetdə 50 milyona yaxın adam tələf olub.
Onda bu il nə gözləyək?
Biz El-Ninyoya DÇ-2026 kontektstində baxırıq, odu ki, yalnız ABŞ-yə aid olan hava proqnozuna toxunacağıq. Sinoptiklərin gözləntisi belədi ki, ölkənin şimal hissəsində və Sakit Okean sahillərində isti olacaq, cənubda isə tez-tez və uzunmüddətli yağışlar gözlənilir, bu da öz növbəsində daşqın təhlükəsi yaradır.
Yay hələ yeni başlayıb, amma Arizona və Kaliforniyanın bəzi ərazilərində temperatur 40 dərəcədən çox yüksək olmaqla artıq rekordlar qırılıb. Düzdü, hələ səhrada qeydə alınan hərarətdən danışırıq. Digər tərəfdən, ABŞ-nin əslində olduqca cənub ölkəsi olduğunu anlamaq vacibdi. Dünya xəritəsinə baxsaz, az-çox şimalda yerləşən Çikaqonun belə Krasnodar və Soçi ilə təxminən eyni enlikdə yerləşdiyini görəcəksiz. Hələ Nyu-York şəhərini, daha da cənub ştatlarını demirik.
Və bütün bunlar DÇ-yə necə təsir edəcək?
Hava şəraiti ilə bağlı narahatlıq həm də ötənilki klublararası dünya çempionatının xatirələrindən qaynaqlanır. Onda fırtına xəbərdarlıqları, ildırım və leysan yağışları səbəbindən matçlar dəfələrlə dayandırılıb. “Benfika” – “Oklend Siti” oyunu 2,5 saatdan, daha dəqiq olsaq, 137 dəqiqədən sonra canlanıb.
Lakin super El-Ninyoya və ABŞ-nin cənubunda güclü yağışlar vəd edən proqnozlara baxmayaraq, DÇ-2026-da belə dayanmaların olacağını gözləməyə dəyməz. İş ondadı ki, ötənilki klublararası dünya çempionatı əsasən ölkənin cənub-şərqində keçirildi. Oyunların ildırım və ya fırtına səbəbindən yarımçıq qaldığı beş şəhərdən yalnız Nyu-York DÇ-2026-nın oyunlarını qəbul edəcək (düzdü, final da daxil olmaqla səkkizini). Şarlott, Neşvill, Orlando və Sinsinnati təşkilatçı şəhərlərin siyahısına salınmayıb.
Şimşək çaxması və leysan yağışları ilə bağlı taleyi sual doğuran şəhərlərdən biri də Mayamidi – məsələn, 2023-cü ildə Lionel Messinin yerli “İnter”in oyunçusu kimi təqdimat mərasimi məhz bu səbəbdən 2 saatlığa təxirə salınmışdı. Ümumiyyətlə, yayda Floridanın cənub hissəsində inanılmaz istilik və rütubət hökm sürür. Digər tərəfdən, təşkilatçılar Messinin oynadığı və nəhəng Latın Amerikası diasporunun yaşadığı ştatı dünya çempionatından kənarda qoya bilməzdi. Mayami turnirin 7 oyununu, o cümlədən 3-cü yer uğrunda matçı da qəbul edəcək.
Digər tərəfdən, fırtına və leysan böyük turnirlərin müntəzəm qonaqlarından biridi. Məsələn, AÇ-2024-də 1/8 finalın Almaniya – Danimarka oyunu 24 dəqiqəliyə dayandı. AÇ-2012-nin Donetskdə keçirilən Ukrayna – Fransa oyunununda isə bu müddət 53 dəqiqə çəkdi.
Atlanta da risk zonasına aid oluna bilərdi. Bu şəhər də ABŞ-nin cənub-şərqində yerləşir, hava isti və rütubətli olur, üstəlik yağışlar proqnozlaşdırılır. Ancaq xoşbəxtlikdən orda ultramüasir qapalı arena var, yəni futbolçular və azarkeşlər özünü rahat hiss edəcək.
Bu ifadə Dallasla Hyustona da aiddi – həmin şəhərlərdə klimat-nəzarət sisteminin mövcud olduğu və yeni, qapalı stadionlar tikilib (bu yerlər də yayda hava planında heç də münasib deyil, xüsusən də Meksika körfəzinin sahilində yerləşən Hyuston; orda istiyə rütubət də əlavə olunur).
Təəccüblü deyil ki, təşkilatçılar yuxarıda adı çəkilən üç stadiona oyun sayı baxımından üstünlük verib: Atlantada və Dallasda, uyğun olaraq, 8 və 9, Hyustonda isə 7 oyun keçiriləcək.
Daha hansı risk zonaları var?
Ümumiyyətlə, hələ ötən il Futbolçuların Beynəlxalq Həmkarlar İttifaqı (FİFPro) DÇ-2026-nın təşkilatçı şəhərlərini oyunçular üçün nə dərəcədə riskli (hər şeydən əvvəl yüksək hərarətə görə) olması baxımından qruplara ayırmışdı, onlardan yalnız ikisi – San-Fransisko və Kanadanın Vankuver şəhəri tam rahat sayılmışdı. Ancaq bu şəhərlərin ikisi də Sakit Okean sahillərində yerləşir, proqnozlara görə, super El-Ninyo bu şəhərlərə ekstremal istilik vəd edir. Üstəlik San-Fransiskodakı arena yetərincə köhnədi, orda nəinki dam, hətta tribunaların üstünü örtmək üçün elementar “çətir” də yoxdu.
Həmin sənəddə ən arzuolunmaz yerlər kimi Mayaminin və Meksikanın Monterrey şəhərinin (burda iyun-iyulda hərarət 38 dərəcəyə qədər qalxa bilər, ancaq xoşbəxtlikdən Monterreydə yalnız 4 oyun keçiriləcək) adı çəkilir. Riskli şəhərlərdən biri də Kanzas-Sitidi (Missuri ştatında yerləşir, orda isti, sıxıcı hava olur, qasırğa təhlükəsi var, “Errouhed” isə heç bir tavanı, “çətir”i olmayan köhnə stadiondu). Təşkilatçılar bura 1/4 final da daxil olmaqla 7 oyun salıb. Düzdü, təşkilatçılar bütün risk amillərini nəzərə alıb. Mayami, Monterrey və Kanzas-Sitiyə salınan bütün oyunlar axşam saatlarında keçiriləcək, yəni günortanın istisindən söhbət gedə bilməz.
Hansısa fəlakət və oyunların təxirə salınması gözlənilirmi?
Qısa desək, yox! Bəli, isti, hətta San-Fransiskodakı kimi qaynar hava olacaq. Bəli, meşə yanğınlarından dolayı duman təhlükəsi var – bu, əksər ştatlarda Amerika yayının ayrılmaz bir hissəsidi. Bir neçə il əvvəl Kanadadan gələn tüstü Nyu-Yorku da ağuşuna almışdı. Sözsüz, belə durum apokalipsisi xatırladırdı, futbol oynamaq mümkünsüz idi, ancaq bir neçə gündən sonra tüstü dumanı ötüşdü.
El-Ninyo isə - hətta super variantı da – uzunmüddətli təzahürdü, onun fəsadları əsasən 2026-cı ilin ikinci yarısında və 2027-də hiss olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyun 2026 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri