Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Antalya 2026 cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

Antalya 2026 cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Möhtəşəm təbiəti, günəşli sahilləri, Mavi Bayraq sertifikatlı çimərlikləri, qədim tarixi abidələri və zəngin mədəni irsi ilə Antalya tarix, təbiət və müasir komfortu bir araya gətirən nadir şəhərlərdən biridir. Aralıq dənizi mətbəxinin seçilən nümunələri və yüksək səviyyəli xidmət təqdim edən dəbdəbəli kurortları ilə şəhər Türkiyə Rivyerasının ən cəlbedici istiqamətlərindən biri, eyni zamanda Türkiyənin turizm sektorunun aparıcı simalarından hesab olunur.
Lakin Antalya yalnız istirahət turizmi ilə seçilmir. Şəhər 300-dən çox beşulduzlu hotel və 175 mindən artıq oturacaq tutumuna malik tədbir məkanlarını əhatə edən güclü konqres infrastrukturu ilə işgüzar turizm sahəsində də ön sıralarda yer alır. Daha əvvəl G20 Zirvə Toplantısı kimi nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Antalya etibarlı qlobal görüş və tədbir mərkəzi kimi mövqeyini möhkəmləndirib.
Newscenter.az xəbər verir ki, Antalya 2026-cı ildə də beynəlxalq tədbirlər təqvimində xüsusi yer tutacaq. Şəhərdə il ərzində qlobal konfranslar, mədəniyyət və incəsənət festivalları, eləcə də iri idman yarışları təşkil olunacaq.
2026-cı ilin ən mühüm tədbirləri sırasında 31 may–3 iyun tarixlərində keçiriləcək və Türkiyənin ilk beynəlxalq idman turizmi sərgisi olan Sports & Events Türkiye, 5–9 oktyabr tarixlərində baş tutacaq 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC) və 9–20 noyabr tarixlərində təşkil ediləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) yer alır.
Bununla yanaşı, Antalya dünyanın ən nüfuzlu mədəniyyət tədbirlərindən biri hesab olunan Aspendos Opera və Balet Festivalına, eləcə də Runtalya Marafonu və Turkish Airlines Open qolf turniri kimi beynəlxalq idman yarışlarına da ev sahibliyi edəcək.
Beləliklə, Antalya 2026-cı ildə həm turizm, həm biznes, həm də mədəniyyət və idman sahələrində qlobal diqqəti üzərinə çəkən aparıcı beynəlxalq tədbir məkanlarından biri olacaq.
Antalyanın zəngin tədbirlər təqvimi çərçivəsində şəhər uzun illərdir fəaliyyət göstərən beynəlxalq platformalara da ev sahibliyi etməyə davam edir. Onlardan biri olan Antalya Moda Həftəsi (Antalya Fashion Week – AFW) 2026-cı ildə doqquzuncu dəfə təşkil olunacaq. İyunun 2–4-də keçiriləcək tədbir Antalyanın mədəni irsini, multikultural ruhunu və unikal coğrafiyasını beynəlxalq moda səhnəsinə daşımağı hədəfləyir.
Antalyanın mədəni kimliyini ön plana çıxaran IX Antalya Moda Həftəsi moda anlayışına mövsümlərdən kənar yeni baxış təqdim edən innovativ proqramlarla diqqət çəkəcək. Tarixi məkanlarda keçiriləcək xüsusi podium nümayişləri, yaradıcı əməkdaşlıqlar və müxtəlif seminarlar vasitəsilə şəhərin özünəməxsus ruhu müasir moda dili ilə yenidən şərh olunacaq.
Tədbirdə Türkiyənin tanınmış modelyerləri ilə yanaşı, başda Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan olmaqla müxtəlif ölkələrdən dizaynerlər iştirak edəcəklər. Bu isə Antalya Moda Həftəsinin beynəlxalq miqyasda artan nüfuzunu və qlobal moda sənayesində güclənən mövqeyini bir daha nümayiş etdirəcək.
Doqquzuncu dəfə keçiriləcək Antalya Moda Həftəsi şəhərin təkcə turizm və tədbirlər mərkəzi deyil, həm də regionun yüksələn moda platformalarından biri olduğunu təsdiqləyəcək.
İldə təxminən 300 gün günəşli hava, büllur təmiz Aralıq dənizi sahilləri və zəngin turizm imkanları ilə Antalya uzun illərdir Türkiyənin ən populyar yay istirahəti istiqamətlərindən biri kimi tanınır. Ailəvi istirahət üçün əlverişli hotellər, Mavi Bayraq sertifikatlı çimərliklər və geniş əyləncə imkanları şəhərin cəlbediciliyini daha da artırır.
Lakin Antalya yalnız yay turizmi ilə məhdudlaşmır. Mülayim iqlimi, zəngin tarixi irsi, təbiət gözəllikləri və qastronomiya imkanları sayəsində şəhər ilin bütün dövrlərində müxtəlif maraqlara sahib turistlər üçün ideal səyahət məkanı hesab olunur.
Üç qədim sivilizasiya bölgəsinin qovşağında yerləşən Antalya tarix və mədəniyyət həvəskarları üçün də əsl kəşf məkanıdır. Şəhərin tarixi mərkəzi olan Kaleiçinin dar küçələri və qədim memarlıq nümunələri turistləri keçmişə səyahətə aparır. Bundan əlavə, Aspendos, Patara, Side və Faselis kimi dünya şöhrətli arxeoloji abidələr bölgənin minilliklərə söykənən tarixini yaxından tanımaq imkanı yaradır.
Aktiv istirahət sevənlər üçün də Antalya geniş seçimlər təqdim edir. Əfsanəvi Likya Yolunda yürüş etmək, Tavr dağlarının mənzərəli marşrutları boyunca velosiped sürmək və ya bölgənin gizli koylarını kəşf etmək üçün mavi səyahət turlarına qatılmaq mümkündür.
Yay mövsümünün əksər hallarda oktyabr ayına qədər davam etdiyi Antalya qolf, dalğıclıq və macəra turizmi sahəsində də seçilir. Turistlər Belekin məşhur qolf meydançalarında vaxt keçirə, Kaşda dalğıclıq edə, Karain və Damlataş mağaralarını ziyarət edə və ya Köprülü Kanyonunda rafting həyəcanı yaşaya bilərlər.
Səyahətin ayrılmaz hissəsi olan yerli mətbəx isə Antalyadakı təcrübəni daha da zənginləşdirir. Təzə dəniz məhsulları, zeytun yağı ilə hazırlanan Aralıq dənizi təamları və bölgəyə məxsus şərablar qonaqlara şəhərin dadlarını kəşf etmək imkanı yaradır.
Tarixi, təbiəti, dənizi, macəra imkanları və zəngin mətbəxi ilə Antalya ilin istənilən dövründə ziyarətçilərinə unudulmaz təcrübələr vəd edən nadir turizm istiqamətlərindən biri olaraq diqqət çəkir.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 İyun 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri