Icma.az
close
up
RU
Antalya Forumu başlayır: Azərbaycandan kimlər iştirak edəcək? SİYAHI

Antalya Forumu başlayır: Azərbaycandan kimlər iştirak edəcək? SİYAHI

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bu həftə IV Antalya Diplomatik Forumu öz işinə başlayır. 11-13 aprel tarixlərində keçiriləcək forumda dünyanın bir çox ölkələrindən dövlət başçıları, diplomatlar, nazirlər, ekspertlər iştirak edəcəklər.

Modern.az-ın məlumatına görə, Forumun saytında dəvət edilən şəxslərin siyahısı dərc edilib.

Siyahıya görə, Forumda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edəcək.

Həmçinin, Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, müdafiə naziri Zakir Həsənov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov, deputatlar Əziz Ələkbərli, Nigar Arpadarai, Ramil Həsənin də adı siyahıya daxil edilib.

Digər Cənubi Qafqaz ölkələrindən - Gürcüstan və Ermənistandan da Forumda iştirak edənlər olacaq.

Gürcüstandan Forumda Baş nazir İrakli Kobaxidze, xarici işlər naziri Maka Botçoroşvili iştirak edəcəklər. Ermənistandan isə xarici işlər naziri  Ararat Mirzoyan, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Foruma qatılacaq. 

Saytımıza açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri  Səməd Seyidov bildirib ki, Antalya Diplomatik Forumu getdikcə öz sanbalını, əhəmiyyətini və təsirini genişləndirir:

"Bütün dünyadan siyasətçilər Antalya Forumuna gəlir, bütün məsələləri müzakirə edirlər. Biz parlament diplomatiyası ilə məşğul olan insanlarıq. Ona görə də belə beynəlxalq tədbirdən kənarda qalmaq düzgün deyil.  Azərbaycan həmişə bütün beynəlxalq forumlarda aktiv iştirak edib. Konkret olan məsələlərin hamısı ilə bağlı hər şeyi sizə təqdim etmək fikrində deyiləm. Parlamentin bir neçə deputatı orada iştirak edəcək. Bizim başqa strukturlardan da nümayəndələrimiz də Foruma qatılacaqlar.  Azərbaycanla, regionla, eləcə də dünyada gedən proseslərlə bağlı Azərbaycan təbii ki, öz mövqeyini  açıq şəkildə təqdim edəcək".

Komitə sədri Gürcüstan və Ermənistan nümayəndə heyətləri ilə görüşüb görüşməyəcəkləri ilə bağlı sualımıza isə belə cavab verib:

"Bizim ümumi məqsədimiz bir balaca fərqlidir. Təbii Ermənistandan da, Gürcüstandan da Foruma gəlirlər. Antaliya Diplomatik Forumu dünya diplomatiyasının ən öndə gedən forumlarından birinə, bəlkə də, birincisinə çevrilib. Təhlükəsizlik üzrə Münhen Forumu çox əhəmiyyətli olduğu kimi, diplomatiya üzrə Antalyada keçiriləcək forum önəmlidir. Həmin Forumda bizim iştirakımız vacibdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri