Icma.az
close
up
RU
Antalya Forumu yeni çoxqütblülüyün aynası kimi

Antalya Forumu yeni çoxqütblülüyün aynası kimi

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Müasir dünyanın siyasi mənzərəsi getdikcə daha da mürəkkəbləşir; geosiyasi təlatümlər bir-birini əvəzləyir. Beynəlxalq institutların etibarlılığı sarsılır, hüquqi çərçivələr tənəzzülə uğrayır, müxtəlif qütblər arasında gərginlik artır.

Resurslar, kimliklər və nüfuz bölgələri uğrunda gedən çəkişmələr diplomatiyanın klassik funksiyalarını kölgədə qoyur. Belə bir vaxtda münaqişələrin qarşısının alınması və idarə olunması kimi diplomatik funksiyalar yenidən nəzərdən keçirilməli, bəlkə də, bərpa edilməlidir.

Elə bu səbəbdən, 2025-ci ildə keçirilən Antalya Diplomatiya Forumunun (ADF) əsas mövzusu - "Parçalanmış dünyada diplomatiyanın bərpası" - sadəcə bir deviz deyil, həm də rasional düşüncəyə geri dönüş çağırışıdır. Forumda söz və dialoqun yenidən güc qazanması, zor tətbiqinə məğlub olmaması ideyası ön plana çıxır.

Bu gün ADF təkcə diplomatik müzakirə meydanı deyil, həm də alternativ bir qloballaşma modelinin simvoludur. Bu model inklüzivlik, dialoqa əsaslanan yanaşma, davamlı inkişaf və strateji muxtariyyəti əsas götürür. Türkiyənin bu təşəbbüsdə aparıcı mövqe tutması və Azərbaycan Prezidenti İlham Əliyev kimi nüfuzlu liderlərin iştirakı Forumu yeni çoxqütblü dünyanın önəmli güc mərkəzlərindən birinə çevirir.

Forumun keçdiyi yol da diqqətəlayiqdir: başlanğıcda bir təşəbbüs kimi ortaya çıxan ADF qısa müddətdə institusional səviyyəyə yüksəlib. 2021-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin təşəbbüsü və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə yaradılan bu platforma ilk gündən Avrasiya məkanında Qərb təsirindən kənar, azad fikir və dialoqa əsaslanan bir platforma yaratmaq iddiasında olub.

2021 və 2022-ci illərdə keçirilmiş ilk forumlar artıq sübut etdi ki, Türkiyə burada adi bir beynəlxalq tədbir təqdim etmir - o, özünəməxsus "dialoq memarlığı" formalaşdırır. Bu memarlıq isə qlobal Cənub ölkələrinə, müsəlman dünyasına, postsovet məkanına, Asiya və Afrikaya açıqdır. ADF getdikcə "Şərqin Münhen konfransı"na çevrilir - burada əsas dəyərlər suverenlik, maraqlar balansı, mədəni empatiya və strateji baxışdır. Bu forumda ideoloji şablonlar deyil, real və məzmunlu diplomatik fikir mübadiləsi ön plandadır.

Azərbaycanın ADF-də iştirakı isə xüsusi bir geosiyasi məna daşıyır. 2025-ci ildə Prezident İlham Əliyevin şəxsən Forumda iştirakı Azərbaycanın Cənubi Qafqaz və daha geniş Şərqi Avrasiya məkanında əsas aktora çevrildiyinin göstəricisidir. Onun bu tədbirdə iştirakı, eyni zamanda, postsovet coğrafiyasında rasionallığı və uzaqgörənliyi ilə seçilən lider kimi tanınmasının sübutudur.

Azərbaycan bu gün sabitlik yaradan gücdür - Qərb ilə Şərq arasında körpü rolunu oynayır və postmünaqişə dövründə uğurlu bərpa modelini təqdim edir. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz enerji müstəqilliyi, ardıcıl diplomatik xətt və strateji inkişaf baxımından yeni bir nümunə ortaya qoyub. Onun ADF-də iştirakı həm simvolik, həm də praktik əhəmiyyət daşıyır. Bu iştirak Türkiyə ilə Azərbaycanın təhlükəsizlik, enerji, nəqliyyat və Zəngəzur dəhlizi də daxil olmaqla, bir sıra mühüm məsələlərdə koordinasiyalı mövqe tutduğunun siqnalıdır.

Türkiyə-Azərbaycan ittifaqı artıq sadəcə tarixi və mədəni yaxınlıqla izah olunmur. "Bir millət - iki dövlət" prinsipi bu gün konkret geosiyasi məzmuna malikdir. Bu ittifaq ortaq strateji düşüncə və ortaq maraqlar üzərində qurulub. Regionda artan qeyri-sabitlik fonunda Ankara-Bakı tandemi münaqişələrin qarşısının alınması, enerji və nəqliyyat təhlükəsizliyi, və çoxşaxəli xarici siyasətin qurulması baxımından həlledici rol oynayır.

Prezident İlham Əliyevin Forumdakı çıxışı və onun Prezident Ərdoğanla yaxın şəxsi münasibətləri təkcə dostluq jesti deyil - bu, türk-Azərbaycan ittifaqının yeni əsrdə "şərq ikiliyi" kimi dərinləşdiyini göstərən simvolik hadisədir.

Əslində, Antalya Diplomatiya Forumu klassik bir strukturdan daha çox, böyük liderlərin səhnəsidir. Beynəlxalq təşkilatlar artan bürokratiya və ziddiyyətlər fonunda təsir imkanlarını itirdikcə, siyasi gündəliyi məhz liderlərin - prezidentlərin, baş nazirlərin, xarici işlər rəhbərlərinin birbaşa təşəbbüsləri müəyyənləşdirir.

2024-cü ildə keçirilən Antalya Diplomatiya Forumu öz miqyası ilə diqqət çəkdi: 19 dövlət və hökumət başçısı, 148 ölkədən 250 nümayəndə, 16 beynəlxalq təşkilatın təmsilçisi bir araya gəldi. Bu göstəricilər Forumun artıq sadəcə növbəti diplomatik tədbir olmadığını təsdiqləyir - o, Qərbin diplomatik monopoliyasına qarşı alternativ yanaşmanın konkret nümunəsinə çevrilib.

Bu mənzərədə prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev sadəcə tədbirin iştirakçıları deyil - onlar çoxqütblü, suverenlik əsaslı yeni nizamın ideya sahibləridirlər. Hər iki lider, milli maraqlara söykənən, ideoloji diktələrdən uzaq, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda formalaşmış yeni diplomatik yanaşmanı təcəssüm etdirirlər.

Forumun 2025-ci il üçün müəyyən edilmiş ideoloji xətti də təsadüfi deyil. "Parçalanmış dünyada diplomatiyanın bərpası" devizi, qlobal sistemin bifurkasiyaya - yəni yeni seçim mərhələsinə çatdığı bir məqamda səsləndi. Ümumbəşəri prinsiplər getdikcə ikili standartlara çevrilir, beynəlxalq müqavilələrin yerini siyasi təzyiq və geosiyasi alver tutur, BMT, ATƏT, ÜTT kimi institutların rolu daralır, onların yerini isə sanksiya bloku tipli qapalı ittifaqlar alır.

ADF isə diplomatiyanı məhz bu reallıqlar fonunda yenidən bərpa etməyə çalışır - mümkün olanın sənəti kimi. Burada hətta qarşıdurmada olan tərəflər də bir masa arxasında əyləşə bilir. Suverenlik, fərqlilik, maraqların balansı və mədəni özünəməxsusluğa hörmət bu diplomatik fəlsəfənin mərkəzində dayanır. Bu yanaşma Qərbin "qaydalar əsaslı nizam" ritorikasından fərqli olaraq, qaydaların birtərəfli yazılıb tətbiq edildiyi yanaşmaya qarşı durur.

Ərdoğan isə Forumun ideya müəllifi kimi onu "sərhədsiz qloballaşma"ya qarşı çıxan, Avrasiya diplomatik təşəbbüsü kimi təqdim edir. Bu platforma müsəlman ölkələrinə, postsovet məkanına, Afrikaya, Latın Amerikasına və Asiyaya açıqdır. Başqa sözlə, bu Forum yalnız Anadolunun diplomatiyasını deyil, həm də regional aktorların daha çox inam qazandığı, daha çevik və daha az paternalist olan yeni qlobal ünsiyyət modelini təklif edir.

Antalyada müzakirə olunan məsələlərin spektri də geniş idi. Cənubi Qafqazda münaqişədən sonrakı bərpa prosesindən tutmuş, Avrasiya enerji memarlığına, miqrasiya böhranından informasiya təhlükəsizliyinə qədər bir sıra mühüm mövzular masaya yatırıldı. "Cənubi Qafqazda regional əməkdaşlıq" paneli isə sadəcə rəsmiyyətə xidmət edən açıqlama deyildi - bu, bölgənin taleyinin xarici müdaxilədən kənarda öz aktorları tərəfindən həll edilə biləcəyinə dair güclü mesaj idi.

Antalya Diplomatiya Forumu artıq beynəlxalq tədbirlər cədvəlində növbəti bir tədbir deyil - o, yeni qlobal dialoq modelinin yaranmasını təmsil edən institusional platformadır. Bu modeldə suverenlik itaətdən, dialoq isə məcburiyyətdən daha önəmlidir. Regional əməkdaşlıq güc mərkəzlərinin diktəsindən üstündür, lider təşəbbüsü isə strukturlaşmış bürokratiyadan daha effektlidir.

Prezident İlham Əliyevin ADF-2025-də iştirakı Azərbaycan-Türkiyə ittifaqını gücləndirməklə yanaşı, Bakının Qlobal Cənubda çevik, prinsipial və ədalətli diplomatiya ilə seçilən əsas aktorlardan birinə çevrildiyini də nümayiş etdirdi.

Digər tərəfdən, Türkiyə ADF vasitəsilə Avrasiya coğrafiyasında həm ideoloji, həm də institusional liderlik iddiasını gücləndirir. Forum onu göstərir ki, dünya nə qədər dəyişsə də, bu dəyişikliklər içində sağlam düşüncə, dialoq və əməkdaşlıq üçün yer var. Burada silahın dili deyil, sözün qüvvəsi; diktənin zorakılığı deyil, qarşılıqlı hörmət; sanksiya və təcrid deyil, əməkdaşlıq əsas prinsip kimi irəli çəkilir.

ADF - bu sadəcə bir forum deyil.

Bu, diplomatiyanın gələcəyini formalaşdıran bir laboratoriyadır. Elə bu gün burada böhranlar dövrü üçün yeni qarşılıqlı anlayış modelinin əsası qoyulur.
Elçin Alıoğlu
TREND

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Aprel 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri