Icma.az
close
up
RU
Mərkəzi Bank yoxlama proseslərini avtomatlaşdırıb

Mərkəzi Bank yoxlama proseslərini avtomatlaşdırıb

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycan Mərkəzi Bankı tərəfindən nəzarət proseslərinin təkmilləşdirilməsi məqsədilə “SupTech” (nəzarət texnologiyaları) həllərinin tətbiqinə əsaslanan “Nəzarət yoxlamalarının idarə edilməsi” layihəsi uğurla həyata keçirilib.

Bu barədə “APA-Economics”ə Mərkəzi Bankdan bildirilib.

Məlumata görə, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində həyata keçirilmiş bu layihənin məqsədi nəzarət yoxlamalarının idarə edilməsi üçün xüsusi bir platforma tətbiq edərək yoxlamaların planlaşdırılmasını, aparılmasını və nəticələrinin izlənilməsini tam avtomatlaşdırmaq, məlumatları vahid bazada toplamaq və risk əsaslı nəzarət metodunu effektiv şəkildə həyata keçirmək olub. Görülən işlər çərçivəsində maliyyə institutlarına nəzarəti həyata keçirən Mərkəzi Bankın aidiyyəti departamentləri öz yoxlama funksiyalarının effektiv icrası üçün müvafiq proqram təminatı ilə təmin edilib. Yoxlamaların bu proqram təminatı vasitəsilə aparılması proseslərin risk əsaslı prioritetləşdirilməsinə, yoxlama planlarının daha effektiv tərtib edilməsinə və maliyyə institutlarına verilmiş göstərişlərin icra vəziyyətinin operativ izlənilməsinə imkan verib. Eyni zamanda, avtomatlaşdırma çərçivəsində yoxlama prosedurlarının standartlaşdırılması, yoxlama hesabatlarının öncədən müəyyən edilmiş formalara uyğun olaraq daha qısa müddət ərzində tərtib edilməsi və bütün məlumatların vahid elektron məlumat bazasında saxlanılması mümkün olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Dekabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri