Icma.az
close
up
RU
Antalya hava limanında Rusiyanın SSJ100 təyyarəsi yanıb VİDEO YENİLƏNİB 2

Antalya hava limanında Rusiyanın SSJ100 təyyarəsi yanıb VİDEO YENİLƏNİB 2

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə alovlanan Rusiyanın "Azimut" aviaşirkətinə məxsus "Superjet 100" təyyarəsinin pilotu baş verənlərə münasibət bildirib.

APA xəbər verir ki, Rusiyanın “Mash” nəşrinə açıqlama verən kapitan Andrey Pryadkin hər şeyin yaxşı olduğunu və heç kəsin xəsarət almadığını deyib. O aviaşirkətin hadisə ilə bağlı rəsmi açıqlama verəcəyini bildirib.

“Azimut” Hava Yolları yanğının təyyarənin şiddətli külək səbəbilə kobud eniş etməsindən sonra başladığını bildirib. Təyyarə komandiri sərnişinləri və ekipajı təxliyə şarları vasitəsilə təxliyə etmək qərarına gəlib.

***

01:08

Antalyada Rusiya təyyarəsində baş verən insident zamanı ölən və xəsarət alan olmayıb.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı diplomatların təcili olaraq Antalyaya doğru yola çıxdıqlarını deyib.

Türkiyənin Nəqliyyat Nazirliyi isə Rusiya təyyarəsi ilə bağlı insidentdən sonra hava limanının bazar ertəsi saat 03:00-a qədər təyyarələrin qəbulunu dayandırdığını açıqlayıb.

Təyyarənin göyərtəsində olan 89 sərnişin və 6 ekipaj üzvünün təhlükəsiz şəkildə təxliyyə edildiyi qeyd olunur. Bundan əvvəl hava limanı 79 nəfərin təxliyə edildiyini bildirilmişdi.

Hava limanının müdir müavini Suat Seyitoğlu təyyarədə baş vermiş yanğının yanğınsöndürənlər tərəfindən söndürüldüyünü açıqlayıb.

RA-89085 qeydiyyat nömrəli təyyarə Soçidən Antalyaya A45051 reysini yerinə yetirib və Antalya hava limanında eniş edərkən təyyarənin mühərrikində yanğın başlayıb.

***

23:49

Türkiyənin Antalya vilayətində hava limanında Rusiyaya məxsus SSJ-100 təyyarəsi yanıb.

APA xəbər verir ki, ilkin məlumatlara görə, yanğın Soçidən uçan Azimut Hava Yollarına məxsus “Sukhoi Superjet 100-95LR” təyyarəsinin göyərtəsində baş verib. Hadisə ilə bağlı təyyarənin endiyi enmə zolağı bağlanıb.

Məlumata görə yanğın baş verən təyyarənin göyərtəsindəki 79 sərnişin olub və onlar təxliyə edilib

Şahidlərin sözlərinə görə, ilkin olaraq eniş zamanı sol mühərrik yanıb, daha sonra yanğın daha da güclənib.

Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Noyabr 2024 06:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri