Icma.az
close
up
RU
Antalya hava limanında Rusiyanın SSJ100 təyyarəsi yanıb VİDEO YENİLƏNİB

Antalya hava limanında Rusiyanın SSJ100 təyyarəsi yanıb VİDEO YENİLƏNİB

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Antalyada Rusiya təyyarəsində baş verən insident zamanı ölən və xəsarət alan olmayıb.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı diplomatların təcili olaraq Antalyaya doğru yola çıxdıqlarını deyib.

Türkiyənin Nəqliyyat Nazirliyi isə Rusiya təyyarəsi ilə bağlı insidentdən sonra hava limanının bazar ertəsi saat 03:00-a qədər təyyarələrin qəbulunu dayandırdığını açıqlayıb.

Təyyarənin göyərtəsində olan 89 sərnişin və 6 ekipaj üzvünün təhlükəsiz şəkildə təxliyyə edildiyi qeyd olunur. Bundan əvvəl hava limanı 79 nəfərin təxliyə edildiyini bildirilmişdi.

Hava limanının müdir müavini Suat Seyitoğlu təyyarədə baş vermiş yanğının yanğınsöndürənlər tərəfindən söndürüldüyünü açıqlayıb.

RA-89085 qeydiyyat nömrəli təyyarə Soçidən Antalyaya A45051 reysini yerinə yetirib və Antalya hava limanında eniş edərkən təyyarənin mühərrikində yanğın başlayıb.

***

23:49

Türkiyənin Antalya vilayətində hava limanında Rusiyaya məxsus SSJ-100 təyyarəsi yanıb.

APA xəbər verir ki, ilkin məlumatlara görə, yanğın Soçidən uçan Azimut Hava Yollarına məxsus “Sukhoi Superjet 100-95LR” təyyarəsinin göyərtəsində baş verib. Hadisə ilə bağlı təyyarənin endiyi enmə zolağı bağlanıb.

Məlumata görə yanğın baş verən təyyarənin göyərtəsindəki 79 sərnişin olub və onlar təxliyə edilib

Şahidlərin sözlərinə görə, ilkin olaraq eniş zamanı sol mühərrik yanıb, daha sonra yanğın daha da güclənib.

Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Noyabr 2024 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see125

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri