Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Antarktidanın dəhşətli üzü: 65 il sonra buzlaqlar arasında tapıldı

Antarktidanın dəhşətli üzü: 65 il sonra buzlaqlar arasında tapıldı

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

65 il əvvəl 25 yaşlı Dennis "Tink" Bell Britaniya elmi tədqiqat proqramının bir hissəsi olaraq Antarktika yarımadasında Admiralti körfəzi yaxınlığındakı düşərgəyə yola düşüb. Londonda yaşayan radio operatoru və meteoroloq Bell həmkarı Jeff Stokes ilə "Ekoloji Buzlağı" adlı buzlaq haqqında məlumat toplamağa başlayıblar. 


Sherg.az “Hürriyet.com.tr”yə istinadən bildirir ki, “Ekologi Buzlaq”, Kral Corc adasında, Antarktika yarımadasının şimal ucuna yaxın, Admiral körfəzinə qədər uzanan əhəmiyyətli bir buzlaq sahəsidir. Bölgə ətrafdakı elmi tədqiqat stansiyaları sayəsində uzun illər iqlim və ekologiya alimləri tərəfindən yaxından öyrənilib. Bell üçünsə bu missiya sonuncu, geri dönüşü olmayan səyahət idi. Qalın qar örtüklü qayalara növbəti  dırmanışı zamanı xizəyə qoşulmuş itlər yorğun olduğundan Bell xizəklərsiz, piyada yeriməyə qərar verib. Bir neçə addm atdıqdan sonra isə dərin, qarla örtülmüş bir yarğana düşüb. Təxminən 30 metrlik bu düşüş ölümcül olub.  Dennis Bell yarğana düşəndən sonra Ceff Stokes onu xilas etmək üçün qeyri-adi səy göstərib. O, dostunun səsini eşidib kəndir atıb, ondan özünü bağlamasını xahiş edib. Bell ipi belinə dolayıb. Lakin o kəndirlə yuxarı çəkilən zaman belindəki kəməri qopub və o, yenidən dərinliyə yuvarlanıb. Digər komanda üzvlərinin köməyi ilə edilən əlavə xilasetmə cəhdləri isə sərt hava şəraiti və yarığın dərinliyi səbəbindən uğursuz olub. O vaxtdan bəri Bellin qalıqlarını tapmaq mümkün olmayıb. Ancaq Antarktidanın buzlaqlarının əriməsi və yerini dəyişməsi onun hekayəsini illər sonra yenidən işıqlandırıb. 2025-ci ilin yanvar ayında Polşadakı Henryi Arctouski Antarktika Stansiyasından bir araşdırma qrupu, əriyən buzlaqların ifşa etdiyi Admiralti körfəzi yaxınlığındakı qayalıq ərazini araşdırarkən insan qalıqları və bəzi qədim artefaktlarla rastlaşıb. Qalıqlar və artefaktlar BAS tədqiqat gəmisi "RRS Sir David Attenborough" tərəfindən Folklend adalarına, sonra isə Londona daşınıb. İnsan sümükləri London Kral Kollecinin DNT eksperti, professor Denis Sinderkomb Kourt tərəfindən araşdırılıb. 

Dennis Bellin qardaşı David Bell və bacısı Valeri Kellidən götürülmüş nümunələrlə müqayisə edilən DNT uyğunluğu təsdiqlənib: Qalıqlar Dennis Bellə məxsus idi! BAS müstəntiqləri təkcə qalıqlarla deyil, həm də Bellə aid olduğu müəyyən edilən 200-dən çox şəxsi əşya ilə rastlaşıblar. Tapıntılar arasında radio avadanlığı parçaları, İsveç Mora bıçağı, üzərində yazılmış "Erguel" qol saatı, xizək dirəkləri, fənər və Bellə aid olduğu təsdiqlənən boru sapı da olub. Bu əşyalar təkcə bir dövrün deyil, həm də o dövrün ruhunu təcəssüm etdirən həyatın sübutu idi. Dennisin qardaşı David Bell Avstraliyadan verdiyi açıqlamada hisslərini dilə gətirib: "Şokdayıq, amma həm də rahatıq. O, bizim qəhrəmanımız idi. Onun evə gətirilməsi bu itki ilə mübarizədə böyük addım idi". Dennis Bellin hekayəsi təbiətin gücünü və təhlükəsini bir daha vurğulayır. Bu gün buzlaqlar iqlim dəyişikliyi səbəbindən sürətlə əriyir. Bu, təkcə ekoloji nəticələrə malik deyil, həm də illər əvvəl qarla örtülmüş keçmişi ortaya qoyur. Eynilə Dennis Bellin hekayəsindəki kimi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2025 04:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri