Icma.az
close
up
RU
Anti Azərbaycan xislətindən əl çəkməyən Avropa parlamenti müharibə canilərinin müdafiəsinə qalxdı

Anti Azərbaycan xislətindən əl çəkməyən Avropa parlamenti müharibə canilərinin müdafiəsinə qalxdı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycana qarşı çoxsaylı  müharibə cinayətləri törətmiş Ermənistan vətəndaşlarının Bakıda davam edən məhkəmə prosesi beynəlxalq miqyasda da xüsusi diqqət mərkəzindədir. Məhkəmə ilə bağlı ölkə xaricində müxtəlif reaksiyalar da bunun təsdiqidir. Lakin təəssüf ki, bu məsələdə də Azərbaycan yenə ikili standartlarla, qərəzli, yalandolu yanaşmalarla üzləşir. Halbuki, barəsində məhkəmə istintaqı gedən Ermənistan vətəndaşlarının törətdikləri cinayətlər üzrə təkzibedilməz sübutların sayı yetərincədir, onların özlərinin və şahidlərin ifadələri də irəli sürülən ittihamların doğruluğunu təsdiq edir. Amma bütün bunları məqsədyönlü şəkildə görməzlikdən gəlmək istəyənlər təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarını az qala “mələk donunda” göstərməyə çalışırlar.

Qeyd edilməlidir ki, barəsində bəhs olunan Ermənistan vətəndaşlarının bütün hüquqlarının qorunması, məhkəmə prosesində bütün prosedurların gözlənilməsi Azərbaycan tərəfindən tam təmin edilib. Bunu həmin Ermənistan vətəndaşları özləri də vaxtaşırı etiraf edirlər. Onların bir çoxunun məhkəmədə verdikləri ifadələr də irəli sürülən ittihamların doğruluğunu təsdiq edir. Mənzərənin bu dərəcədə aydın olmasına baxmayaraq, prosesi yanlış rakursda, iftira və yalan üzərində təqdim etməyə çalışanlar da var. Belələrindən biri də daim Azərbaycana qarşı xüsusi qərəzi ilə seçilən Avropa Parlamentidir.

Anti-Azərbaycan xislətinə bu dəfə də sadiq qalan  Avropa Parlamenti təkzibedilməz faktlar əsasında müharibə cinayətləri törətdiyi təsdiq olunan Ermənistan vətəndaşlarının bu əməllərini arxa plana ataraq, onları ilk növbədə “siyasi məhbus” kimi təqdim etməyə can atır. Avropa Parlamentinin plenar iclasında məsələnin müzakirəyə çıxarılması və bununla bağlı ölkəmiz əleyhinə yönəlmiş qətnamənin qəbulu istiqamətində görülən hazırlıqlar sözügedən qurumun təkcə qərəzli iş fəaliyyətindən xəbər vermir, həm də onun bəşəri dəyərləri heçə saydığını göstərir.

Baş verənlər həm də onun təsdiqidir ki, Avropa Parlamenti Fransa kimi anti-Azərbaycan qüvvələrin, o cümlədən də erməni diaspor və lobbisinin təsiri altında fəaliyyət göstərməkdə davam edir. Burada o da xüsusi qeyd olunmalıdır ki, Bakıda keçirilən sözügedən məhkəmə prosesi Ermənistanda böyük narahatlığa səbəb olub.  Xüsusən də təqsirləndirilən ermənilərin ifadələri Ermənistanın indiki və keçmiş hakimiyyət təmsilçilərinin Azərbaycana qarşı müharibə cinayətlərinin əsas iştirakçıları sırasında yer aldığını bir daha təsdiqləyir. Elə bu səbəbdən onlar bu məhkəmə prosesi ilə bağlı hər cür hədyanlar səsləndirirlər. Hətta  Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkənin İctimai Televiziyaya müsahibəsi zamanı belə bir sərsəm, həm də olduqca gülünc iddia səsləndirib ki, barələrində məhkəmə araşdırması gedən separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələr tətbiq olunub. Bunun yalan olduğu təqsirləndirilən şəxslərin özləri tərəfindən də bəyan olunub. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən aparılan araşdırmalar da Paşinyanın yalan danışdığını sübuta yetirib. İndi belə bir şəraitdə Ermənistan liderinin cəfəng iddiaları onun və digərlərinin məlum məhkəmə prosesi ilə bağlı nə qədər təşviş içində olduqlarını nümayiş etdirir. Çünki proses onların özlərinin də cinayətlərini üzə çıxarır.

Bütün bunların nəticəsidir ki, Ermənistan havadarları, o cümlədən Avropadakı himayədarları ilə məhkəmə prosesinə xələl gətirməyə çalışır. Halbuki, prosesdə Azərbaycanla əməkdaşlıq etmək Ermənistan üçün ən doğru yoldur və ölkəmiz bu xüsusda müvafiq mövqeyini də ifadə edib.  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkəsindəki səhifəsində bu günlərdə sözügedən məsələ ilə bağlı qeyd edib ki, Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparır: “Sülhə və Azərbaycanla yeni münasibətlərə səmimi can atma digər məsələlərlə yanaşı, Ermənistanın öz məsuliyyətini tanımağa və hərbi cinayətlərdə ittiham olunanları, xüsusilə hazırda Ermənistan ərazisində gizlənənləri təhvil verməyə hazır olması ilə nümayiş etdirilərdi”.  Ermənistanda belə şəxslərin sayı az deyil. Sabiq prezidentlər Robert Köçəryan, Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digərləriAzərbaycana qarşı çoxsaylı müharibə cinayətlərinin əsas iştirakçıları sırasında yer alır. Lakin hələ də onlar Ermənistanda sərbəst şəkildə gəzirlər, hətta bəziləri vəzifələr tutur, hakimiyyət orqanlarında təmsil olunurlar.  Belə şəxslərin ədalət məhkəməsinə cəlb edilməsi əvəzinə, Ermənistan adəti üzrə Azərbaycana qarşı qarayaxma kampaniyasına üstünlük verir, himayədarlarını da buna cəlb edir. Avropa Parlamentində məsələyə yanaşma bunun daha bir təsdiqidir.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi və ondan sonra da Avropa Parlamenti işğalçı Ermənistanın, Qarabağda mövcud olmuş separatçı rejimin nümayəndələrinin müdafiəsi məqsədilə genişmiqyaslı fəaliyyət həyata keçirib və indi də buna davam edir. Bu zaman onların törətdikləri müharibə cinayətləri görməzlikdən gəlinir,  reallıqlar təhrif olunur.  Avropa Parlamentində anti-Azərbaycan mövqedə olanlar aldıqları sifarişlərin icrası üçün hər cür hədyanlar səsləndirirlər, beynəlxalq hüququ, həmçinin, bütün mənəvi, etik dəyərləri çox asanlıqla heçə sayırlar.

Faktdır ki, korrupsiya, rüşvət girdabında boğulan Avropa Parlamentində illərdir anti-Azərbaycan xarakterli sifarişlər icra olunur. Azərbaycanda insan haqları və digər sferalarda vəziyyətlə bağlı da bu vaxta qədər Avropa Parlamentində çoxsaylı böhtanlar səsləndirilib, kağız parçası olmaqdan o tərəfə keçməyən bir neçə qətnamə qəbul olunub. Bütün bunlar  həm də sözügedən qurumun Azərbaycana qarşı qərəzli və selektiv mövqe tutmasından irəli gəlib. Görünən odur ki, ölkəmizə münasibətdə Avropa Parlamenti bu siyasətini davam etdirməkdə qərarlıdır. Bu, həm də Avropa Parlamentinin bəzi təmsilçilərinin erməni diasporundan, biznes dairələrindən gələn pulların qarşılığında fəaliyyətinin nəticəsidir.

Ancaq bütün bunlar Azərbaycana, ölkənin iradəsinə hansısa təsir göstərmək iqtidarında deyil. Bunu dünyada, o cümlədən Avropa Parlamentində də yaxşı bilirlər, amma yenə fəaliyyətləri ilə belə demək mümkündürsə, könül bulandırmada davam edirlər. Azərbaycan yolundan dönməyəcək, bu kontekstdə ölkəmizə qarşı müharibə və digər cinayətlər törədənlər, kimliyindən, etnik mənsubiyyətindən, harada yaşamasından, kimə sığınmasından asılı olmayaraq, layiqli cəzalarına çatacaqlar.  Törətdikləri müharibə cinayətlərinə görə Bakıda məhkəmələri davam edən Ermənistan vətəndaşları ilə bağlı proses də bunun faktiki təzahürlərindən biridir.

MTM Analitik Qrup

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Mart 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see272

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see174

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see170

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see152

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri