Anti cib modeli dayanacaqlarda təhlükəsizliyi artıracaq? Ekspertdən İZAH
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Müasir şəhərlərdə ictimai nəqliyyatın təhlükəsizliyinin artırılması məqsədilə müxtəlif infrastruktur həlləri tətbiq olunur. Mütəxəssislərin fikrincə, avtobus dayanacaqlarında istifadə edilən “anti cib” (bus bulb) həlləri sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, dünyanın bir çox şəhərlərində avtobus dayanacaqlarında “anti cib” adlanan həllər geniş tətbiq olunur.
Onun sözlərinə görə, bu sistem dayanacaq sahəsini fiziki olaraq parklanma zolağından və digər hərəkət hissələrindən ayırır:
“Anti cib həlləri avtobusun birbaşa hərəkət zolağında dayanmasını təmin edir və sərnişinlərin minmə-düşmə zonasını qoruyur. Bu yanaşma digər nəqliyyat vasitələrinin dayanacaq sahəsinə daxil olmasını faktiki olaraq mümkünsüz edir. Nəticədə sərnişinlərin təhlükəsizliyi artır və dayanacaq ərazilərində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına töhfə verilir. Müasir şəhər planlaşdırılmasında dayanacaqların təhlükəsizliyi nəqliyyat sisteminin vacib elementlərindən biri hesab olunur.
İctimai nəqliyyatdan istifadə edən insanların təhlükəsizliyi yalnız sürücülərin məsuliyyətli davranışından asılı deyil. Küçələrin, dayanacaqların və piyada məkanlarının düzgün layihələndirilməsi də təhlükəsiz nəqliyyat sisteminin əsas tərkib hissəsidir. Bu baxımdan, dayanacaq ərazilərində fiziki ayırıcıların və təhlükəsizlik elementlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır”.
Rauf Ağamirzəyev vurğulayıb ki, beynəlxalq təcrübədə özünü doğrultmuş infrastruktur həllərinin tətbiqi həm sərnişinlərin təhlükəsizliyinin artırılmasına, həm də şəhər nəqliyyatının daha səmərəli təşkilinə imkan yaradır:
“Onun sözlərinə görə, dayanacaq təhlükəsizliyi ilə bağlı standartların daim təkmilləşdirilməsi və müasir yanaşmaların tətbiqi gələcəkdə qəza risklərinin azalmasına mühüm töhfə verə bilər”.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 24 İyun 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















