Icma.az
close
up
RU
Anti dron yarışı: Kim qabaqdadır? ARAŞDIRMA

Anti dron yarışı: Kim qabaqdadır? ARAŞDIRMA

Azvision saytına istinadən Icma.az xəbər verir.

İlk pilotsuz uçuş aparatının uğurlu sınağından 20 ildən artıq müddət keçib. PUA-lar artıq döyüş əməliyyatlarının ayrılmaz aviasiya komponentidir. Düşməni əsir götürməyən və ya ona təslim olmağı təklif etməyən səmərəli döyüş vasitəsi kimi dəyərləndirə biləcəyimiz PUA-lardan bu gün dünyanın əksər ordularında istifadə olunur. Yeni PUA istehsalçılarının orataya çıxması xüsusilə orta və böyük PUA bazarına rəqabət və dinamizm gətirib. Mütəxəssislər yaxın on ildə PUA bazarının 11 dəfə artacağı proqnozlaşdırırlar.
İstifadəçi sayı hər il artan PUA-lar ölçülərinə, təyinatına, uçuş məsafəsinə, üçuş yüksəkliyinə, daşıdığı faydalı yükün tərkibinə və s. görə təsnifatlandırılır. PUA-ların növləri dayanmadan artır. Buna görə də onlara qarşı mübarizə apara biləcək vasitələr hazırlamaq çətinləşib.
Digər tərəfdən, istehsalçılar yeni mübarizə vasitəsi hazırlanana qədər PUA-larını daha üstün imkanlarla təmin etməyə çalışırlar. Bəzən isə istehsalçı öz vasitəsinin sifarişləri başa çatdıqdan sonra elə özü onun zərərsizləşdirilməsi üçün avadanlıqları da hazırlayıb, bazara təqdim edir.
Müasir münaqişələrin həllində PUA-lara qarşı mübarizə üçün nəzərdə tutulan radioelektron mübarizə (REM) vasitələri artıq həlledici faktora çevrilib. Bunu kimsə müzakirə belə etmir. Daha mükəmməl REM vasitələrinə malik olan konflikt iştirakçısı döyüş əməliyyatları teatrında şərtləri diktə edir. Bunu son illərdə Yaxın Şərqdə, Əfqanıstanda və Qarabağda baş verən müharibələr də təsdiqlədi. Əgər 50 il əvvəl REM vasitələri yalnız rabitə kanallarına müdaxiləni nəzərdə tuturdu. Bu gün isə onlardan bütün yüksək dəqiqlikli silahların, onların sursat və raketlərinin, uçan aparatların və s. idarəedilməsini həyata keçirən radiodalğalara müdaxilə üçün istifadə edilir.

Əslində PUA əleyhinə REM vasitələrinin hazırlanmasına çoxdan başlanılıb. 2019-cu ildə Yəməndə Husi qiyamçılarının Ədəndəki hökumətə və Səudiyyə Ərəbistanına zərbə vurmaq üçün bomba yüklü PUA-lardan kütləvi istifadəsi bu tendensiyanı sürətləndirdi. Dünyanın ən müasir “Patriot”, “Hawk”, “Crotale” və “Shahine” kimi hava hücumundan müdafiə sistemləri səudları sadə PUA-lardan qoruya bilmədi və nəticədə ölkənin neft hasilatı yarıya endi. Bu hadisə PUA-lara qarşı mübarizə vasitələrinin hazırlanmasına əlavə təkan verdi.
Hazırda həmin sahədə əsasən iki istiqamətdə real nəticələr əldə olunub. Onlardan biri PUA-ların idarəetmə kanallarına müdaxilə, digər isə PUA-lara yönəldilən enerji şüalarının tətbiqindən ibarətdir.
Bir çox ölkələr, o cümlədən Azərbaycan da artıq PUA əleyhinə sistemlərə malikdir. Adətən radioelektron mübarizə kompleksi və lazer silahı kimi 2 sinifdə təsnifatlandırılan bu vasitələrin birincisindən Azərbaycan Ordusu həm Ermənistanla dövlət sərhədində, həm də Qarabağ əməliyyat teatrında uğurla istifadə edib.
Bu məqalədə müxtəlif ölkələrin PUA əleyhinə vasitələrindən, onların imkanlarından və inkişaf tendensiyalarından bəhs ediləcək.
Hazırda Fransadan başqa, digər Avropa ölkələrinin PUA-lara qarşı mübarizə aparmaq imkanları elə də yüksək deyil. Bəlkə də bəzi ölkələr real nəticə olmadığına görə detalları açıqlamırlar. PUA-ları aşkarlamaq, müəyyənləşdirmək və zərərsizləşdirmək üçün radar, silahları hədəfə yönləndirmək üçün tuşlama sistemləri, atəş açmaq və ya enerjini PUA-ya yönəltmək üçün atıcı qurğular olmalıdır. Bunları hazırlamaq isə zaman tələb edir.
Silah bazarının nəhəng oyunçuları texnoloji tərəqqinin yüksək templərini nəzərə alaraq, istehsal etdikləri məhsulları açıq arxitektura konsepsiyasına uyğun hazırlamaqla, onların silahlanmada daha üzun müddətli mövcudluğunu təmin etməyə çalışırlar. Açıq arxitektura PUA sisteminin modernləşdirməsi üçün münbit şərait yaradır.

İstənilən silah istehsalçısı üçün yeni məhsulun “döyüş əməliyyatlarında uğurla istifadə edilib” etiketi böyük əhəmiyyət daşıyır. Fərqli imkanlara malik PUA-ların çoxsaylı modellərini əhatə edəcək standart mübarizə üsulu hələ ki, mövcud deyil. PUA-lar onlara qarşı mübarizə vasitələrinin inkişafından daha sürətlə modernləşdirilir. Bir çox ölkələr, o cümlədən də 44 günlük müharibə zamanı PUA zərbələrindən sarsılan Ermənistan dron əleyhinə vasitələr almaqda maraqlıdırlar.
PUA istehsalında öndə olan ABŞ, İsrail, Çin Türkiyə həm də bu vasitələrə qarşı komplekslərin hazırlanmasında ciddi nailiyyətlər əldə edib. Lakin antidron sahəsində Fransa, Rusiya, Almaniya, Britaniya, İtaliya, Avstraliya və Cənubi Afrikadakı şirkətlər müxtəlif araşdırma və inkişaf layihələrində fəaliyyətlərini davam etdirirlər.
Avstraliya

Avstraliyanın “DroneShield” şirkəti Pilotsuz Uçuşu Aparatları (PUA) əleyhinə “DroneGun Tactical” adlı silah sistemi yaradıb. Uzunluğu 1,42 metr və kütləsi 7,3 kq-dan az olan silah iki ədəd təkrar doldurula bilən 14.4V gücə malik litium batareya ilə təchiz edilir.
“DroneGun” PUA ilə operator arasında əlaqəni kəsmək üçün kinetik olmayan müdaxilə texnologiyasından istifadə edir. Bu silahın PUA-ları “əsir” götürmək və sonra ətraflı araşdırmaq üçün peyk naviqasiyasını sıradan çıxarmaq qabiliyyətinə malik olduğu iddia edilir.

“DroneGun Tactical”ın PUA-nı gəldiyi əraziyə geri göndərə bildiyi də iddia edilir. İstehsalçı silahın hansı məsafədə PUA-lara qarşı səmərəli olduğunu açıqlamır.
Almaniya
Almaniyanın “Hensoldt” şirkəti 2020-ci ilin iyul ayında PUA-lara qarşı mübarizə sistemləri hazırlaması üçün “Kongsberg Defence & Aerospace” şirkətinə 10 ədəd “Spexer 2000” adlı 3D radarları təqdim edib. “Spexer” radarları uzaqdan idarə olunan döyüş modulları ilə birlikdə “Boxer” zirehli döyüş maşınlarına da quraşdırlır. Sistem 2023-cü il üçün çox yüksək hazırlıqlı ortaq işçi qrupu üçün NATO-nun tələblərini qarşılamalıdır.

MBDA şirkətinin də Almaniya üçün üç lazer silahı layihəsi üzərində işlədiyi bildirilir. Şirkət ortağı olan “Rheinmetall” şirkəti ilə lazer silahı prototipi hazırlamaq üçün Almaniya hökumətidən vəsait alıb. Bildirilir ki, 10 milyon avro dəyərində olan müqavilə çərçivəsində “Rheinmetall” lazer və MBDA isə izləmə, operator konsolu və lazeri komandanlıq və idarəetmə sistemi təmin edəcək. Prototipin gələn il F124 “Sachsen” freqatında sınaqdan keçirilməsi nəzərdə tutulur.
Britaniya
Britaniya PUA-lara qarşı “Starstreak” yüngül raketləri ilə silahlanmış sistem hazırlayıb. Müştərilər silahı “Ground Master 200” radarı və komanda-idarəetmə sistemi ilə birlikdə əldə etməlidirlər. Radar 50-100 km nominal məsafədə taktiki PUA-ları aşkarlaya bilir. Məhvetməsi məsafəsi məlum deyil.
İran
Mətbuatda İslam İnqilabı Keşikçiləri Korpusunun “Qroza-S” kompleksindən istifadə etməklə ABŞ-ın İraq və Suriyadakı İran qüvvələrinin mövqeyini hədəf alan MQ-9 “Reaper” PUA-sının rabitə kanalına müdaxilə etdiyinə dair məlumatlar mövcuddur.
İranın PUA əleyhinə yerli məhsulları barədə məlumatlara açıq mənbələrdə rast gəlinmir, amma çoxlu yerli pilotsuz vasitələr hazırlayan Tehranın bu istiqamətdə passiv qaldığı inandırıcı deyil.
Rusiya
Liviya, Suriya və Qarabağ müharibələrinin nəticələrindən dərs çıxarmağa cəhd edən Rusiya rəqiblərin pilotsuz uçuş aparatları, optik və optik-elektron vasitələri ilə mübarizə üçün lazer komplekleslərinin yaradılması üzrə işlər aparmağa başlayıb. Adı naməlum Rusiya istehsalçısı yüksək dəqiqlikli silahlarla mübarizə aparmaq üçün lazer kompleksləri və atəş silahları ilə təchiz olunan zirehli texnikanın istehsalını planlaşdırılır.
Hələ 2017-ci ildə Rusiyanın “Rostex” Dövlət Şirkətinin “Rusiya elektronikası” müəssisəsi yeni radioelektron mübarizə (REM) sistemi yaradıb. Yeni REM sistemi xüsusi əhəmiyyətli obyektlərin mühafizə zonasında hərəkət edən hava, yerüstü və suüstü hədəflərin aşkarlanması üçün nəzərdə tutulurdu. Kompleksin 100 kilometrə qədər radiusda olan hədəflərin koordinatlarını müəyyənləşdirməyə, trayektoriya müşayiətini həyata keçirməyə və operatorun monitorunda əks etdirməyə, həmçinin icazəsiz müdaxilə vaxtı tədbir görməyə imkan verdiyi bildirilirdi. Yeni sistem vasitəsilə kiçik qabaritli dron və s. hədəflərin aşkarlanmasını mümkün edən kompleksdən 4 ildir ki, heç bir xəbər yoxdur.
2018-ci “Rostex” korporasiyasının bir hissəsi olan "Avtomatika" konserni müxtəlif siniflərdən olan PUA-larla mübarizə aparacaq stasionar “Sapsan”, modul tipli “Taran” və portativ “Pişal” komplekslərinin istehsalı barədə məlumat verdi. Rusiyanın yeni REM vasitələri barədə məlumatlar çox olsa da, onların səmərəsi haqqında real faktlara rast gəlinmir. Ən yaxşı halda məsələ animasiya çarxının təqdimatı ilə yekunlaşır.
Ermənistan
Ermənistan həm Aprel döyüşlərində, həm də 44 günlük müharibədə Rusiya istehsalı olan REM vasitələrindən geniş istifadə edib. İrəvana verilən yüz tonlarla hərbi yüklərin tərkibində “Krasuxa-4”, “Avtobaza”, “Leer”, “Nebo-M” və “Pole-21” radioelektron mübarizə vasitələrinin də olduğu barədə məlumatlar açıq mətbuatda mövcuddur.

ÇPS siqnallarının söndürülməsinə hesablanan bu komplekslər peyk rabitə siqnallarını basdıra bilmirlər. Ermənistan və rus mediası bu komplekslərin imkanları barədə geniş məqalələr dərc etmişdilər. Lakin Suriyada və Liviyada nəticə göstərə bilməyən komplekslərin əksəriyyəti Qarabağda da uğursuz oldu. Əksini düçünənlər Vətən Müharibəsinin nəticələrinə nəzər yetirə bilərlər. Ermənistan tərəfi PUA əleyhinə “Krasuxa-4” REM vasitələrinin Vətən Müharibəsində Azərbaycan dronlarına qarşı səmərəli olmasını iddia etsə də, bunu təsdiqləyən vizual görüntüləri təqdim edə bilməyib. İşğalçı ölkənin mütəxəssisləri nədənsə istifadə etdikləri digər vasitələr barədə susmağa üstünlük verirlər.
(Növbəti yazıda Türkiyə, ABŞ, İsrail, Fransa və Azərbaycanın PUA əleyhinə vasitələri nəzərdən keçiriləcək)
AzVision.az -ın Analitik Qrupu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 Fevral 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see250

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see250

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see244

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see210

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see200

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see190

Dünya bazarlarında WTI neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun 2026 08:44see177

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see173

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see171

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see171

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see171

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see170

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see170

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see170

100 yaşlı superfanat DÇ 2026 nın əsas ulduzuna çevrildi: Messi, mənimlə evlənərsən? VİDEO

25 İyun 2026 08:35see169

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see168

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see167

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see167

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see164

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri