“Uzun kirayədə yaşayan şəxsə köçmək üçün vaxt verilməlidir” Fərid Cəfərli
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Uzun illər ərzində bir mənzildə kirayə yaşamaq kirayəçiyə həmin mənzil üzərində mülkiyyət hüququ verməsə də, onun hüquqlarının nəzərə alınmasını tələb edən uzunmüddətli münasibət formalaşdırır. Kirayəçinin özünə mənzil alması və köçmək üçün ev sahibindən müəyyən vaxt istəməsi tamamilə normal və məntiqli tələbdir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib:
“Burada əsas məsələ ev sahibinin mülkiyyət hüququ ilə kirayəçinin müqavilə və qanunla qorunan hüquqları arasında balansın qorunmasıdır. Ev sahibi mənzilin sahibidir, lakin bu hüquq ona kirayəçiyə qarşı istənilən vaxt, istənilən formada davranmaq səlahiyyəti vermir.
Hüquqi baxımdan, kirayə münasibətlərinə xitam verilməsi müqavilənin müddətindən, şərtlərindən və qanuni xəbərdarlıq qaydalarından asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689–691-ci maddələri bu münasibətləri tənzimləyir. Xüsusilə, müqavilə müddətsizdirsə, qanunda nəzərdə tutulan yazılı bildiriş və müddətlərə əməl edilməlidir. Mənim analitik qənaətim budur: uzun illər mənzildə yaşamış, kirayə öhdəliklərini yerinə yetirmiş və artıq öz mənzilini əldə edərək köçmək istəyən şəxsə heç bir əsaslı səbəb olmadan vaxt verilməməsi nə hüquqi münasibətlər, nə də sosial ədalət baxımından sağlam yanaşmadır”.
O əlavə edib ki, ev sahibinin mülkiyyət hüququ toxunulmazdır, lakin mülkiyyət hüququndan istifadə etmək başqasının ləyaqətini və qanuni mənafelərini nəzərə almamaq demək deyil.
“Hüquqi dövlət yalnız mülkiyyətçinin deyil, kirayəçinin də hüquqlarını qorumalıdır.
Yekun olaraq: Bu məsələdə ev sahibinin hüququ var, amma bu hüquq mütləq və qeyri-məhdud deyil. Ən doğru yanaşma tərəflərin qarşılıqlı razılaşması, kirayəçiyə köç üçün ağlabatan müddət verilməsi və mübahisənin qarşıdurmaya deyil, hüquqi və insani çərçivədə həllinə nail olmaqdır”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Noyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















