“Börnli” İngiltərə futbolunda antirekord müəyyənləşdirib
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
İngiltərənin “Börnli” klubu çempionat oyunlarında evdə qələbə qazana bilmədiyi matçların sayına görə antirekorda imza atıb.
AZƏRTAC ESPN-ə istinadən xəbər verir ki, komanda “Birmingem Siti”yə 0:2 hesabı ilə məğlub olduqdan sonra evdə qələbəsiz oyunlarının sayını 24-ə çatdırıb. Bu uğursuz seriya artıq 403 gündür davam edir.
2025/2026 mövsümündə Premyer Liqanı tərk edən komanda sonuncu dəfə 2025-ci il oktyabrın 18-də doğma meydanda “Lids”i 2:0 hesabı ilə məğlub edib. Həmin vaxtdan bəri evdə 12 dəfə uduzub, 12 görüşdə isə heç-heçə edib.
Bununla da “Börnli” İngiltərə futbolunda yeni antirekord müəyyənləşdirib. Əvvəlki rekord 23 ev oyununda qələbə qazana bilməyən “Şeffild Uensdey” klubuna məxsus idi.
Komanda hazırda Çempionşipin turnir cədvəlində 17 oyundan topladığı 11 xalla 23-cü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Noyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















