Icma.az
close
up
RU
ANTİ QƏRB BLOKU RƏSMƏN ELAN EDİLİR Geriləyən Qərb İran, yoxsa Turan seçimini etmək zorundadır

ANTİ QƏRB BLOKU RƏSMƏN ELAN EDİLİR Geriləyən Qərb İran, yoxsa Turan seçimini etmək zorundadır

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Namiq BİLAL

Donald Tramp ˝Hindistanı və Rusiyanı Çinə uduzduq˝ deməklə Qərb blokunun bəlkə də ən böyük geosiyasi məğlubiyyətlə üz-üzə qaldığını etiraf etmiş oldu. Trampın verdiyi bəyanatların nə qədər qeyri-ciddi olduğunu nəzərə alsaq belə, Si Cinpin, Vladimir Putin və Kim Çen Inın hərbi paraddan verdikləri birgə görüntü Qərb bloku üçün soyuq duş effekti doğurdu. Bu görüntüyə anti-Qərb blokunun rəsmi elanı kimi də baxmaq olar.

Çox sayda avropalı və amerikalı ekspertlərin özlərinin də etiraflarına görə, Qərbin geriləməsinin əsas səbəbi qərbli yönəticilərin ikili standartları və ikiüzlülüyüdür. Bu barədə çox yazılıb. Qərbin ən iyrənc oyunlarından biri də İrandakı fars rejimi ilə olan oyunudur. Əməldə fars molla rejimini quran və bu gün də ayaqda saxlayan Qərbdir. Sözdə isə molla rejimi Qərbin düşmənidir. Qısaca yada salaq ki, fars molla rejiminin Qərb qarşısında iki mühüm xidməti var.

Birinci xidmət: Fars rejimi yürütdüyü məzhəb düşmənçiliyi siyasəti və qurduğu ˝Şiə Hilalı˝ vasitəsilə Böyük Orta Doğunu parçalayıb, bitib-tükənməyən konfliktlər yaradıb. Qərb isə bu konfliktləri və qarşıdurmaları ustalıqla idarə edərək zəngin bölgəni öz nəzarətində saxlayıb.

İkinci xidmət: Fars molla rejimi ən əhəmiyyətli anti-Türk faktorudur. Qərb, fars rejimini ayaqda saxlamaqla, Türkiyənin güclənməsini və Böyük Turanın qurulmasını əngəlləyir.

Yuxarıda deyilənlər XX əsrin geosiyasi reallıqları idi. İndi vəziyyət kökündən dəyişib. Fars rejiminin qurduğu ˝Şiə Hilalı˝ çöküb, Tehran Orta Doğunu parçalamaq funksiyasını yerinə yetirə bilmir. Qalır anti-Türk rolu. Trampın ˝Hindistanı və Rusiyanı Çinə uduzduq˝ etirafından sonra böyük ehtimalla rəsmi Tehranın anti-Türk rolu da öz əhəmiyyətini itirəcək. Belə ki, İsrailin regional maraqlarını təmin etmək və Böyük Orta Doğunu nəzarətdə saxlamaq üçün Qərb hər zaman Türkiyənin əl-qolunu bağlamağa çalışıb və bu işdə İrandan geninə-boluna istifadə edib. İndi isə şərqdən yüksələn çox böyük təhlükə qarşısında İsrail və Orta Doğu məsələsi daha kiçik görünür. Üstəlik, köhnə Orta Doğu siyasətini davam etdirmək üçün ABŞ və Avropa güclənən və milli maraqlarından geri addım atmayan Türkiyəni qarşılarına almalıdırlar. Belə siyasət isə Türkiyəni və Türk birliyi dövlətlərini anti-Qərb blokuna yaxınlaşdırardı. Vaşinqton və Brüssel buna əsla getməz.

Məntiqə görə, böyük təhlükə ilə üz-üzə qalan Qərb nisbətən kiçik maraqları arxa plana keçirib, türklərlə daha dərin işbirliyinə getməlidir. Belə gedişat fars rejiminin anti-Türk siyasətini də gərəksiz hala gətirir.

Trampın səsləndirdiyi bəyanat indiyə qədər gedən proseslərin etirafıdır. Müdafiə Nazirliyini Müharibə Nazirliyinə çevirən Tramp oyunun son dərəcə sərtləşdiyini qəbul edir. Anti-Qərb blokunun güclənməsi Qərbdən bütün imkanların səfərbər olunmasını tələb edir. Lakin İranla bağlı paradoksal vəziyyət yaranıb. Qərbin ayaqda saxladığı fars rejimi Qərbin düşməni olan Rusiya və Çinlə dərin əməkdaşlıq içərisindədir. İran öz neftini qara sxemlərlə Çinə satır, Çindən hərbi-texnoloji və iqtisadi yardım alır. Eyni zamanda İranın Rusiya ilə hərtərəfli iqtisadi və hərbi əməkdaşlığı var. Başqa sözlə, Qərbin qoruduğu fars rejimli İran anti-Qərb blokunun vazkeçilməz tərəfdaşıdır.

Türkiyə və digər türk dövlətləri üçün vəziyyət fərqlidir. NATO üzvü olan Türkiyə Qərbin bir parçasıdır. Arada müəyyən ziddiyyətlər olsa da, Türkiyənin Qərbdən tam qopma ehtimalı sıfıra yaxındır. Digər Turan dövlətləri isə Rusiya, Çin və İranın qurduğu məngənədə sıxılmaqdadırlar.

Həm Azərbaycanın, həm də Mərkəzi Asiya türk dövlətlərinin bu böyük təhdidlərdən qurtulmalarının yeganə yolu Böyük Turanın qurulmasıdır. Əsrlər boyu türk dövlətləri həm Rusiya, həm də Çinlə ölüm-qalım qarşıdurmalarında olublar. Türk-Rus və Türk-Çin qarşıdurmaları indiyə qədər də tam olaraq bitməyib. Deməli, qurulmaqda olan Böyük Turan birliyi anti-Qərb bloku ilə mübarizədə Qərbin təbii müttəfiqidir.

Yaranan mənzərə belədir: ənənəvi Qərb blokuna qarşı başda Çin və Rusiya olmaqla güclü anti-Qərb bloku formalaşır. İran bu blokun tamhüquqlu üzvüdür. Türkiyə və digər türk dövlətləri isə təbii maraqlar baxımından Qərb blokuna bir köynək daha yaxındır. Bu baxımdan İranın parçalanması anti-Qərb blokunu zəiflədər, Turan birliyini isə möhkəmləndirərdi. Böyük Turanla ikibaşlı olmayan açıq münasibətlər türk dünyası ilə Qərb arasındakı əlaqələri sıxlaşdırardı.

Geriləməkdə olan Qərbin anti-Qərb blokuna qarşı duruş gətirə bilməsi üçünsə Böyük Turanın Qərbə daha yaxın mövqedə dayanması vacibdir. Lakin bu yerdə belə bir sual yaranır: Ronald Reyqan, Marqaret Tetçer, Fransua Mitteran, Helmut Kol kimi liderlərin olmadığı Qərb bloku bu sadə reallığı hesaba qata biləcəkmi?

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Sentyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri